Leyla Əliyeva kimdi?

Leyla İlham qızı Əliyeva (1986) prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun Rusiya təmsilçisi. İsveçrədə və Böyük Britaniyada təhsil alıb, hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) (rusca: Московский Государственный Институт Международных Отношений - МГИМО) magistr təhsilini davam etdirir. Heydər Əliyev Fondunun Rusiya təmsilçisi, MDBMİ-nin Azərbaycan klubunun prezidenti, Rusiyada nəşr olunan "Баку" jurnalının baş redaktoru, Rusiyadakı Azərbaycan gənclərinin lideridir.

2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarov ilə ailə həyatı qurub. 1 dekabr 2008-ci tarixində əkiz oğlan uşaqları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir.