Dostunu öldürdü, bədənini parçaladı və beynini yağda qızardaraq yedi


İngiltərədə 10 il ərzində 3 insanı öldürən və qurbanının beynini çıxarıb yeyən şizofren Peter Bryanın rahat şəkildə cinayətlər törətməsinə şərait yaradılmasının səbəbkarları səhiyyə və mühafizə qrumlarının olduğu aşkarlanıb. Məlumata görə, şizofren Peter Bryan 1994-cü ildə 20 yaşlı dostu Nisha Shethi öldürüb.

Məhkəmə Bryanın yüksək səviyyədə qorunan bir cəzaçəkmə evində saxlanılması qərarını çıxarıb. Ancaq 2002-ci ildə Bryanın cəzaçəkmə evindən çıxaraq, bir pansionatda qalmasına icazə verilib, sonra da azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra o, 43 yaşlı Brian Cherrynin başına çəkiclə vuraraq, öldürüb. Daha sonra qurbanının bədənini parçalara ayıraraq beynini yağda qızardıb, yediyini etiraf edib.

Onun növbəti qurbanı isə xəstəxanada yatan 59 yaşlı Richard Loudəella olub. İngiltərə Səhiyyə Nazirliyinin araşdırmalarından sonra məlum olub ki, Brayının azadlığa buraxılmasının və bununla da cinayətlər törətməsinin səbəbkarları onu müayinə edən təcrübəsiz psixiatr və sosial xidmətlər səlahiyyətlisidir.


İki gündür Azərbaycan xalqını şokta saxlayan yalan xəbərlər yayıldı.Yazılan xəbərlərə görə guya Sami Yusuf Ermənistanda konsert vermeyi düşünür. Və erməniləri Eurovision yarışmasıda dəstəkləyib.
Yenə erməni yalanları aləmi qarışdırdı. Yeni Şəfəq qəzetinin yazdığı bu məlumat bütün KİV-in əsas başlığı oldu.
Sami Yusufla biz əlaqə yaratdıq. O bizə bu xəbərin yalan olduğunu bildird. Və belə bir açıqlama vermədiyini söylədi.
Sami Yusuf: "Ermənistan haqqında yazılanlar yalandır. Onlara inanmayın"