5 sonuçtan 1 ile 5 arası

Azərbaycanlı Tələbələrin Fransa Forumu

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Azərbaycanlı Tələbələrin Fransa Forumu

    Gələcək özü gəlməyəcək!» onu biz gətirəcəyik

    6 -7 fevral tarixlərində Parisdə Azərbaycanlı Tələbələrin Fransa Forumu keçirilib. Forum, mərkəzi ofisi Brüsseldə yerləşən Azərbaycanlı Tələbələrin Avropa Forumu (ATAF), Fransada təhsil alan azərbaycanlı tələbələr, Xarici İşlər, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Fransa Senatının binasında, «Gələcək özü gəlməyəcək!» devizi altında keçirilmişdir.
    4 gün davam edən forum 5 fevralda iştirakçıların Parisə gəlməsiylə başlayıb, 8 fevrala qədər davam edib.

    Forumda xarici işlər, gənclər və idman nazirlərinin müavinləri, Azərbaycan dövlət neft fondunun rəhbəri Şahmar Mövsümov, Milli Məclisin üzvləri, Azərbaycanın Fransadakı səfiri, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Ambruaz Düpon və qrupun üzvü Natali Qule, Avropa Şurası təhsil, mədəniyyət, gənclər və idman komitəsinin sədri Qabriel Battuna-Draqoni, xarici qonaqlar və Fransanın digər hökümət nümayəndələri, Hollandiyada, Belçikada, İngiltərədə, Almaniyada, Fransada, Rusiyada və Yunanistanda təhsil alan Azərbaycanlı tələbələr iştirak edib.

    Tədbirdə Cənubi Qafqaz regionunun inteqrasiyası, Azərbaycanın perspektivləri, “Neft strategiyası”, siyasi, iqtisadi və ekoloji sahədə cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılmışdır. Həmçinin milli problemimiz Dağlıq Qarabağ məsələsi də müzakirə mövzusu olmuşdur. Fransalı həmsədrin iştirakı fürsətindən istifadə edən tələbələrimiz bir daha Azərbaycanın haqlı mövqeyini qonaqların nəzərinə çatdırmışdır.

    Azərbaycanlı Tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov yeni beynəlxalq reallıqda gənclərin böyük qüvvə olduğunu və dünya siyasətində mühüm rol oynadıqlarını xatırladıb, həmişə sülhün və əmin-amanlığın tərəfdarı olan Azərbaycanlı gənclərin Azərbaycan ərazilərinin işğal faktı ilə barışmayacağını bildirib, azad və demokratiya məfhumlarının işğalçılıq siyasəti ilə bir araya sığışmadığını deyib. V.Məmmədov gənclər adından dünya dövlətlərini və beynəlxalq təşkilatları erməni işğalına siyasi qiymət verməyə və buna son qoymağa çagırıb.

    Vüsal Məmmədov həmçinin bildirib ki, Azərbaycanın Avropada tanınması üçün belə tədbirlər davamlı olaraq keçiriləcək və bununla bağlı Qərb dövlətlərinin parlamentləri ilə danışıqlar aparılır. O, Azərbaycanlı Tələbələrin Avropa Forumunun Avropa Birliyində qeydiyyatdan keçmək üçün müraciət etdiyini də deyib: “Avropada fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr yaradılması əsas məqsədlərimizdən biridir. Bununla yanaşı, fəaliyyətimizi genişləndirmək üçün Avropa ölkələrində törəmə təşkilatlar da yaradılacaq”. Qeyd edək ki, mayın 14-də Avropa Parlamentində, mayın 15-də isə NATO-nun baş qərargahında Azərbaycanlı Tələbələrin II Avropa Forumu keçirilib.

    Tədbirdə həmçinin, Ambruaz Düpon və qrupun üzvü Natali Qule Cənubi Qafqaz bölgəsinin aparıcı dövləti olan Azərbaycanın dünyəvi dövlət kimi Avropaya inteqrasiya etməkdə olduğunu vurğulayıblar.
    Avropa Şurası təhsil, mədəniyyət, gənclər və idman komitəsinin sədri Qabriel Battuna-Draqoninin forum iştirakçılarına müraciəti paylanıb. Müraciətdə ATAF-ın fəaliyyəti yüksək qiymətləndirilib, belə forumların müxtəlif ölkə gəncləri arasında qarşılıqlı münasibətlərin və əməkdaşlığın yaranmasındakı yüksək rolu vurğulanıb, bütün dünya gəncləri kimi Azərbaycanlı tələbələri də dünyada sülhün və stabilliyin qorunmasına öz töhfələrini verməyə çağırıb.
    Günün ikinci yarısında tələbələrimiz bir neçə qrupa bölünərək, Fransanın qadın problemləri, ekologiya və tarixi abidələrin qorunması sahəsində çalışan qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb, onların fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar.
    Qeyd edək ki, Fransa senatında görüşə 2 il davam edən danışıqlardan sonra nail olunub.
    Forumun 3-cu günü Parisin məşhur "Gibus" əyləncə mərkəzində möhtəşəm Azərbaycan gecəsi təşkil olunmuşdur.
    Növbəti forum Böyük Britaniyanın Lordlar Palatasında keçiriləcəkdir.

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721


    inşalllah digər şəkillərdən də yerləşdirəcəyəm

  3. #3
    Moderlər
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Bakı
    Mesajlar
    917
    Alıntı fidan494 Nickli Üyeden Alıntı


    inşalllah digər şəkillərdən də yerləşdirəcəyəm
    sağol Fidan,

    ama seni tapa bilmedim bu şekilde. hardasan ?
    Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?

  4. #4
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721
    Alıntı ceng Nickli Üyeden Alıntı
    Alıntı fidan494 Nickli Üyeden Alıntı


    inşalllah digər şəkillərdən də yerləşdirəcəyəm
    sağol Fidan,

    ama seni tapa bilmedim bu şekilde. hardasan ?
    gizlənmişəm

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.