İsmayıllı rayonundan Qəbələyə gedən yolda
(İsmayıllıdan 20 km aralı) Buynuz kəndi

Buynuz kəndi Canalı dağı ilə Göyçay çayının arasında 100-110 evli səfalı bir kənddir.

Bakıdan kəndə qədər asfalt yoludur. Bakıdan məsafəsi 185 km-dir.

Kənddə böyük bir istirahət mərkəzi (Şirvan) yaradılıb.

Son 5 ildə kəndə imkanlı adamların axını başlayıb. Müasir evlər tikilib, kəndə asfalt çəkilib.

Kənd qazlaşdırılıb və işıq daimidir.

Kənddə bütün mobil operatorların antenaları quraşdırılıb

Göyçay çayı kəndin torpaqlarını yumaması üçün dövlət tərəfindən bənd çəkilib.

Hazırda Göyçay çayında su elektrik stansiyası tikilir. İlin sonuna tamamlanması nəzərdə tutulub.

Məşhur " Green House” istirahət mərkəzi kəndlə üzbəüz, çayın digər sahilindədəir.

Kəndin meşə zolağı "Dövlət Milli Parkı” elan edilib. Bu səbəbdən kəndə dövlət tərəfindən abadlaşdırma gözlənilir.

Kənddə su daimidir. Canalı dağından gələn bulaq suyu anbara yiğilib kəndə paylanır. Bütün məhəllələrə su xətti çəkilib.

Ev barədə

1 ha ərazidə yerləşən həyətyanı sahə hər tərəfdən daş hasar və dəmir setka ilə əhatə olunub.

Qonşuların həyəti görməməsi üçün şam ağacları və bəzək kolları əkilib.

Həyətdə 100 dən artıq meyvə ağacı var.

2 mərtəbəli+mansarda. Əhənd daşı ilə 1996 ci ildə tikilib. Damı dəmirdəndir.



1-ci qatda mətbəx və hamam-tualet (bir yerdə) yerləşir.

2-ci qatda giriş otağı və qonaq otağı yerləşir (40 kv.m.).

3-cü qatda 2 ədəd yataq otaği (4x4) və (6x4).

4-cü qatda mansarda (7x11).



1-ci qatdan (evin içindən) pilləkənlər poqrebə enir.

Su qızdırıcı sistemi qazla işləyir.

Qonaq otağında odun sobası var (kamin).

Qonaq otağının girişində üstü örtülü yanları açıq eyvan var. Eyvan həyətə baxır.

Həyətin dizaynı landşafta uyğun olaraq çay daşları ilə hörülüb.

Həyətin özü bir neçə səviyyələrə bölünüb və çay daşı ilə hörülüb. Meşə zolağı isə meşə daşları ilə hörülüb.



Evin arxası dağ və meşədir. Meşəyə 56-60 m pilləkən 40 m hündürlükdə meydançaya aparır. Bu meydançadan Qəbələyə qədər hər yer görünür.

Göyçay çayından xırda bir yol kəndə ayrılıb kəndin içindən və həyətdən keçir. Həyətdən keçən hissəsi hər iki tərəfdən meşə daşı ilə hörülüb, dincəlmək üçün guşə düzəldilib.

Kənd tərəfdən hündür söyüd ağacları həyəti dövrüyə alıb.

Diametri 30, dərinliyi 4 metr olan göl (süni göl) yaradılıb. Çay daşı ilə dairəvi hörülüb, ortasında balıq tutmaq üçün 7-8 kv.m. üstü örtülü hərtərəfi açıq meydança düzəldilib.

Çayda 3 cür balıq var (sazan, mərmayıl (şamayka) və göl fareli.

Kənar həyətdə mühafizəçi otağı (çay daşından, üstü saxsı) yay mətbəxi var.


Meşənin kənarında (qışda qarın səviyyəsi 0.5 m hündür olur) sauna və istirahət otağı (meşə daşı, üstü saxsı) var.

Meşənin içində 4x10 m hovuz tikilib.

Həyətdə 2 cür bulaq suyu var. 1-ci kəndə ümumu gələn bulağın suyu. 2-ci yalnız bu həyətdə gələn məşhur Pəri bulağının suyu. Meşədə anbar tikilib həmin bulağın suyu bu anbara yiğılıb (500 m məsafədən) həyətə çəkilib. Bu su keyfiyyətinə görə o birisindən üstündür.

Həyətin böyük əksəriyyəti (əsas meyvə ağacları olan hissədən başqa) futbol stadionu kimi düzdür (mütəxəssislər düzəldib) və otu maşınla biçilir.

6x10 ölçüdə bir yarımçıq tikili də var (toyuq saxlamaq üçün).


Satan şəxs ilə əlaqə:
Tеl: (+99450) 531-49-15
E-mail: [email protected]
Ətraflı məlumat bu saytda: [

video [