Yeni Günəşli qəsəbəsində , Altun ş/e-nin yaninda 2 sotun icində tikilmiş 2, 5 mərtəbəli həyət evi satilir. Ev qaya parçası üzərində tikildiyi və yeni tikildiyi üçün (2004) möhkəm və zəlzələyə cox davamlıdır. Evin altinda geniş qaraj vardır. Ev kürsüdən tikilib, ona görə də nəmişlik problemi yoxdur. Dam örtüyü təzə şiferdəndir. Evin birinci mərtəbəsi (90 kv.m.) 1 zaldan, 1 geniş mətbəxdən və hamam-tualet otagindan ibarətdir. Geniş dəhliz evə xüsusi yaraşıq verir. 2-ci mərtəbəyə yüksək keyfiyyətli ağacdan hazirlanmış enli pilləkan qalxir. 2-ci mərtəbə (90 kv.m.) 2 yataq otağindan, 1 uşaq otağından və tualet otağından ibarətdir. Evin döşəmələri taxtadır, laklanmışdır. Qapılar avropa qapilarıdır. Pəncərələr qapılara uyğun taxtalardan hazırlanmışdır. Divarlar xoşa gəlimli rənglərlə örtülmüş, yataq otaqlarından birinin divarı oboydur. Iceriden boyuk balkona qapisi var. Həyətyanı sahədə meyvə ağacları, palma, güllər və göy-göyərti sahəsi var. Evin daimi suyu, işığı, qazı, telefon xətti , yüksək sürətli internet xətti var, su çəni, qidropor nasosu, saygaclari var. Küçə tam yaşayış sahəsidir, asfaltlanib, geniş və yaraşıqlıdır. 264, 278 nomrəli marşrutlar sizi məhlədən birbaşa Neftçilər, Xalqlar dostluğu metrolarinin yanina, Qaracuxur, Razin, Sabunçuya aparacaq. Bir qədər (0, 5 ostanovka piyada getsəz ) məsafədə isə 275 və s. marşrutlar Əhmədli, Xətai və s. yerlərə rahat gedirlər. Evin qiyməti 120000 AZNdir. Razilaşmaq olar. Əlaqə: Əsgərov Süleyman 055 477 34 69 012 478 08 76