8 sonuçtan 1 ile 8 arası

MƏMMƏD ARAZ

  1. #1
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    MƏMMƏD ARAZ


    Tam Adı Məmməd İnfil oğlu İbrahimov
    Doğum Tarixi 1933
    Doğum Yeri Naxçıvan Şahbuz Nurs
    Ölüm Tarixi 2004
    Ölüm Yeri Bakı

    İbrahimov Məmməd İnfil oğlu (Məmməd Araz) — şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991) - 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra «Ulduz» jurnalının məsul katibi, «Ədəbiyyat və incəsənət» qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
    1974-cü ildən ömrünün sonuna kimi Azərbaycan təbiəti jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına «Məmməd Araz» mükafatı təsis olunmuşdur (1993-cü ildən).
    2004-ci ilin dekabrında Bakıda vəfat edib və fəxri xiyabanda dəfn olunub
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Əsərləri

    1.Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
    2.Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
    3.Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
    4.Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
    5.Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
    6.Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
    7.İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
    8.Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
    9.Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
    10.Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
    11.Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
    12.Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
    13.Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
    14.Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986,
    15.Dünya düzəlmir. Bakı: «Azərbaycan» nəşriyyatı, 1992, 81 səh.
    16.Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
    17.Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994,
    18.Yol ayrıcında söhbət. Bakı: «Azərbaycan» nəşriyyatı, 1997, 318 səh.
    19.Sənətdə son mənzil olmur. Bakı: «Adiloğlu» nəşriyyatı, 2001, 440 səh.
    20.Ağlayan qayalar. Bakı: «Araz» nəşriyyatı, 2002, 144 səh.
    21.Vətən deyin. Bakı: «Adiloğlu» nəşriyyatı, 2003, 149 səh.
    22.Əsgər andı. Bakı: «Araz» nəşriyyatı, 2003, 98 səh.
    23.Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 337 səh.
    24.Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: «Ozan nəşriyyatı, 2003, 360 səh.
    25.Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 376 səh.
    26.Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: «Ozan» nəşriyyatı, 2003, 365 səh.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Sözə Açıq Olanda

    Dur aç pəncərəni açıq havaya,
    Qorxma görünməyə,
    Görməyə qorxma.
    Dur, ey yoldaş insan, dur çıx havaya;
    Dur, təzə gözlə bax köhnəyə qorxma!

    Nə qədər söz udaq, dil sancaqlayaq,
    Göyərdi pıçıltı qapı dalında.
    Bizi anlayanı biz də anlayaq,
    Səsimiz qovruldu qapı dalında.

    Burda iddiamız başdan yuxarı,
    Qapılar dalında pələngik, şirik,
    Burda başımızı yaddan çıxarıb,
    Özgənin başıyla fikirləşirik.

    Söz açıq olanda - göz açıq olur,
    Göz açıq olanda "beş", "əlli" deyil.
    Söz açıq olanda düz-düzə quldu,
    Şapalaq zərbəsi,
    Təsəlli deyil.

    Dartmalar, didmələr, fəndlər, bölgülər
    Oxunu gizlədən yay ola bilmir.
    Biclik tələsindən qaçan tülkülər,
    Düzlük tələsindən yayına bilmir.

    Qoşa buynuzunu gizlətmə başda,
    Qarnını deşəcək - içinə çəksən.
    Özünə görünsən sən açıq aşkar
    Elə özgəyə də görünəcəksən.

    Sirr açar, dürr açar açarımız da,
    Od donsa, buz yansa - inam ələnməz;
    Söz açıq olanda içərimizdə
    "Yalanlar, filanlar" qafiyələnməz.

    Boş vədə fil olsa - dizi qatlanar,
    Tarixin "düzü-düz", varağı ağdır;
    Açmağa düyünlü həqiqətləri
    Duyumlu barmaqlar tapılacaqdır.

    Ədalət qamçısı qəzəb soyudur,
    Qırımlar, qurumlar itirməz onu.
    "Açıq söz" dediyin qızıl suyudur,
    Pas atan ağıllar götürməz onu.

    Ötəri hay-küydən qulağım batar,
    Yalançı köçəri,
    Yalan köçəri.
    Açdım ürəyimi, açdım taybatay,
    Xoş gördük doğru söz,
    Buyur içərii...
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #4
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Dost

    Hər çətin anımda kəsin yanımı,
    Axın ürəyimə gülüşlə, sözlə,
    Mən oz varlığımı, öz ünvanımı
    Tapıram hər yeni gəlişinizlə.

    Bəzən hamarda da büdrəyir adam,
    Oxuyun üzümə nə günahım var.
    İttiham etsəniz günah sanaram,
    Güzəştə getsəniz, ittiham olar.

    Gözümdə, könlümdə bir qönçə kimi
    Hərəniz bir duyğu bəxş edər mənə.
    Ömrüm çox dolaşıq düyünçə kimi
    Həmişə möhtacdır dost əllərinə.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  5. #5
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Vətən Mənə Oğul Desə Nə Dərdim!?

    Buyruqlara sığışmayan inaddım,
    Çox qanadlar yorub salan qanaddım.
    Ulduzlara yumruq düyüb, daş atdım;
    Nizamlara baş əyməzdi nizamım.

    Qayaları haçalardı qüdrətim,
    Buludları parçalardı qüdrətim,
    Şimşəkləri qıçalardı qüdrətim,
    Yorulanda nur mizrablı ozanım.

    O selablar seləliyim yalanmış,
    Ötən günlər çalağanmış, çalanmış.
    Bircə kövrək xatirələr qalanmış,
    Onu da ki, ha çevirim, ha sanım...

    Vətən mənə oğul desə nə dərdim,
    Mamır olub qayasında bitərdim.
    Bu torpaqsız harda, nə vaxt, nə dərdim-
    Xəzanımdır, xəzanımdır, xəzanım.

    Dünənimi döşdən asan deyiləm,
    Dünənimə qəbir qazan deyiləm.
    Ürəyimsiz kəlmə yazan deyiləm,
    Nə qədər ki, öz əlimdi yazanım.
    1970
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  6. #6
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Məndən Ötdü....

    Ey daşlaşan, torpaqlaşan
    ulu babam,
    Bu günümdən dünənimə uzaqlaşan,
    ulu babam,
    Küləkləşən, dumanlaşan ruhunla sən
    Ayağa dur səninləyəm!
    Səs getməyən,
    əl yetməyən
    Qədim tarix dərəsindən
    Səs ver mənim səsimə san:
    Sənə gələn, səndən ötən
    nəydi belə?
    Səndən ötüb qardaşına dəydi belə?!
    Bununlamı neçə dəfə
    Ata - oğul qardaş hissi haçalandı,
    Bir şəhərin,
    Beş qardaşın xanlığına parçalandı?!
    O zamanmı biti bizim dilimizin
    <<sənin>>, <<mənim>> qabarı da?
    O zamanmı bitdi bizim dilimizin
    << Haralısan >> damarı da?..
    Səninləyəm, ulu babam?
    Bu məsəli kimdi yazan?
    Hansı soysuz ata idi,
    Ataların imzasını
    Çəkib ona möhür basan?!
    Adınızı dastanlardan oğrayaram,
    Ruhunuzu qıyma qıyma doğrayaram,
    Qara Çoban,
    Ulu Babək,
    Dəli Domrul,
    Ey Xan Eyvaz,
    Giziroğlu Mustafabəy.
    Əgər ki, siz
    Bu məsələ qol çəkdiniz!
    Sonra, sonra hansınızsa
    Xalqa gələn bir qəzadan
    Öz başını yana əydi,
    O qəza bir topa dönüb
    Səttarxanın tifaqına
    yaman dəydi,
    Məndən ötdü!..
    Məndən ötdü!..
    Sevincə bax, qeyrətə bax!
    Bunu yazan xilqətə bax!
    Məndən ötdü ...
    Qulağımdan getmir bu səs,
    Zərbələri qardaşına,
    Sirdaşına ötürən kəs
    Elə bil ki bax bu gecə
    Qulağımın dibindəcə
    Xətainin süqutuna qəh - qəh çəkdi.
    Sonra, sonra
    Səhərəcən başına yüzqədəh çəkdi.
    O qəh -qəhin dalğasından,
    O məstliyi baş fırladan
    Havasından qopan daşdı---
    Azərbaycan torpağında
    Araz boyda şırım açdı.
    Məndən ötdü...
    Bunu dedi Şəki xanı,
    Bunu dedi bakı xanı,
    Bunu dedi İbrahim xan,
    Fətəli xan, Kəlbəli xan...
    Qəza ötsün - məndən, - dedi;
    Ötən kimi <<mən-mən>> dedi;
    <<Mən-mən>> deyən bir ölkədə
    Nə qədər xan.
    Onlar mən-mən deyən yerdə
    Sən olmadın Azərbaycan!
    Səni səndən alıb belə
    Yüz illərlə uyutdular,
    Səni səndə ələdilər.
    Səni səndə üyütdülər.
    Dibək oldun öz duzunla,
    öz daşınla.
    Ögey oldun,
    doğma, ekiz qardaşınla---
    Məndən ötdüdeyənlərin qeyrətindən,
    Namusunu yeyənlərin qeyrətindən!
    Ey daşlaşan, torpaqlaşan ulu babam!
    Bu günümdən dünənimə uzaqlaşan ulu babam!
    Ayağa dur!
    Dəfn etdiyim məsələnin
    Başdaşına
    Bir təəssüf xatirəsi yazıb, yondur:
    Səndən ötən mənə dəydi,
    Məndən ötən sənə dəydi,
    Səndən, məndən ötən zərbə
    Vətən, Vətən, sənə dəydi...
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  7. #7
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Bir axşam balladası

    Ey ilham pərisi, varsansa əgər,
    Bu axşam üstümə qanadını gər,
    Qanım bir hərarət alsın qanından,
    Çıxım bu fikirlər burluğanından.
    Isinsin azacıq bu daş duyğlar,
    Olmayım bir evdə beşinci divar...
    Bu axşam o qədər tənhayam, təkəm,
    Bu axşam elə bil yarılıb sinəm,
    Çaöılıb, talanıb məhəbbət orda,
    Qalmayıb bir tikə mərhəmət orda.
    Bu axşam sahibi ölən bir tacam,
    Kimsə istəməyən bir ehtiyacam,
    Bu axşam fikrimlə o qədər acam,
    Lap bütün gecəni
    Yesəm—daymaram.
    Bu axşam qəlbimdən gəlib keçəni
    Bütün ulduzlara desəm—doymaram.
    Bu axşam... özümdə yoxam bu axşam,
    Bu axşam özümdə dəfn olunmuşam.
    Bu axşam od yoxdu məhəbbətimdə,
    Bir ünvan, ad yoxdu məhəbbətimdə.
    Bir dəniz, bir sahil təmasını mən
    Bu axşam qəlbimdə görmürəm nədən?
    İlahi, dünyaya niyə gəlmişəm?
    Hisslərim qəlbimdə əzilmiş şüşə,
    Eşqim didiklənən bir parça kağız...
    Küləklər, haraya aparırsınız?—
    —Aparın, aparın, aparın, amma
    Onu qoşa duran,
    Onu illər boyu baş-başa duran
    Daşlara verin.
    Birgə çöp daşıyan,
    Birgə yuva quran quşlara verin.
    Qoy suya, torpağa hopulsun bu qəm;
    Mən necə sevmişdim, necə sevirəm...

    Sevib yaşadığım anlar var idi,
    Fikrimdə “o” vardı, “onlar” var idi.
    Bir dağdım, sinəmdə ad idi “onlar”,
    Adicə səyyahdı, yad idi “onlar”,
    Qəlbimi görməyi bacarmazdılar.
    Sinəmə girməyi bacarmazdılar.
    Sinəmdə “o” adlı vulkanım vardı,
    Bilməzdik hansımız hansı olardı,
    Kim kimin gözündən qapardı dərdi,
    Kim kimin qəlbində buz əridərdi.
    Sevirdim—dağ idim, sevirdi—vulkan...
    Qaldı bir ovuc kül, bir daş o dağdan.

    Ey ilham pərisi, varsansa əgər,
    Bu axşam üstümə qanadını gər,
    Mənə bir sevimlik məhəbbət gətir,
    Mənə bir güzəştlik mərhəmət gətir!
    Niyə mən özümdə yoxam bu axşam,
    Bu axşam özümdə dəfn olunmuşam.
    Sanıram min ildi dünyada varam.
    Sonuncu nəğməsi çalınmış taram.
    Heçnə gözə dəymir, gözə görünmür,
    Gözə görünən də təzə görünmür.
    Göylər dənizlərdir, dənizlər göylər,
    Təpələr dağlardan uca görünür.
    Lap dünən doğulan körpələr belə
    Gözümdə yü yaşlı qocaya dönür.
    Bu axşam özümdən uzaqlaşmışam,
    Uşaq olmamışam, uşaqlaşmışam.
    Ötən məhəbbətim yadıma düşüb,
    İtən məhəbbətimyadıma düşüb...
    İlahi, qəlbimə bir duyğu göndər.
    Yazıqdır, yazıqdır məni sevənlər.
    Bəlkə bir quyuya atılan daşam,
    Ağlı kəsilməmiş kəsilən başam...
    Kürrədən indicə suya salınmış,
    Odu söndürülmüş, köpü alınmış
    Bir parça poladam, bir parça dəmir;
    Filizlər mənimlə dostluq eləmir,
    Dağlardan izimi söküb-tökürlər,
    Küləklər dalımca qəh-qəh çəkirlər...
    Ey ilham pərisi varsansa əgər,
    Bu axşam üstümə qanadını gər,
    Qoyma bir anlıq da küsüm dünyadan,
    Sevgi ümidimi üzüm dünyadan,
    Mənə məhəbbət ver sevim bir kəsi,
    Sevim, elə sevim özü bilməsin,
    Bir anlıq dünyada yox ola bəşər,
    Məni meymunların yanın göndər:
    Ünsiyət istəyim məhəbbət üçün,
    Məhəbbət istəyim ünsiyyət üçün.
    Bir anlıq dünyada yox olsa bəşər,
    Məni delfinlərin yanına göndər:
    Dənizə məhəbbət səpmək öyrənim
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  8. #8
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Sən..

    Kimsə gözlərində gizlənib sənin,
    Kiminsə adı var dodaqlarında—
    Duyuram, səsini, gülüşlərinin
    Qalır sədası da qulaqlarımda.

    Ürəkdən gəlməyən gülüşün, sözün,
    Başqa bir ürəyə yamansın niyə?
    Mən səni öpəndə yumulur gözün,
    Yumulur, o məni görməsin deyə.

    Onu da görəndə yaxşı mənəmmi?
    Bir əldə biz iki qədəhik, nəyik?
    Yoxsa araməzda bir tikə kimi
    Sənin taleyini bölüşməliyik?

    Hüdudsuz bir sevda səmasında sən
    Peykini tapmazsan bu cazibənlə.
    İki planeti arasında sən
    Fırlanan bir peykə bənzərsən belə.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.