Azərbaycan Atabəyləri dövlətinin son hökümdarı.Atası Məhəmməd Cahan Pəhləvan,anası isə Zahidə xatundur.Ata bir qardaşı Əbu Bəkrdən sonra hakimyyətə gəlib.Özbyin hakimyyət illəri Atabəylərin ən zəif dövrlərinə təsadüf edir.Hakimyyətinin ilk ilindəgürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir.Naxçıvana hücum edən gürcülərşəhəri tuta bilməyərək,Culfaya doğru yönəlir.Dərədüz keçidini keçib Culfaya,Mərəndə,Təbrizə,Zəncana,Qəzvinə və b. yerlərə hücum edir,talan edirlər.Onun hakimyyəti illərində monqollar 1-ci dəfə Azərbaycana hücum edirlər.1225-ci ildə Xarəzmşah Cəlaləddin Hinistandan qayıdaraq Azərbaycanahücum edir.Cəlaləddinin Marağaya hücumunu eşidən Özbək Təbrizdən Gəncəyə,sonra isə Naxçıvana Əlincə qalasına gedir.Ölkənin idarəsi Özbəyin xanımı,ııı Toğrulun qızı Məleykə xanımın əlinə keçir.Məleykə isə hakimyyətini qorumaq üçün Cəlaləddinlə evlənir.Bu xəbəri eşidən Atabəy bir neçə gün sonra vəfat edir.Bununla da Azərbaycan Atabəylər sülaləsinə son verilir və Azərbaycanda hakimyyət Xarəzmşah Cəlaləddinə keçir.