3 sonuçtan 1 ile 3 arası

Sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti - Kərim Kərimov

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti - Kərim Kərimov



    Azərbaycan xalqının görkəmli oğlu, sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti adlandırılmış, kosmik raket texnikası üzrə işlərin təşkilatçısı, Dövlət Pilotlu Kosmik Uçuşlar Komissiyasının sabiq sədri, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı, general-leytenant Kərim Kərimov Sovet və dünya kosmonavtikasının inkişafına misilsiz töhfə vermişdir. 1917-ci ilin noyabrında Bakıda, mühəndis-texnoloq ailəsində doğulub. O, Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) energetika fakültəsini bitirib, Dzerjinski adına Artilleriya Akademiyasına daxil olub, burada təhsilini başa çatdırdıqdan sonra məşhur "Katyuşa" reaktiv mərmiləri buraxan Qvardiya minomyot hissələri baş idarəsinə hərbi xidmətə göndərilib. Faşizm üzərində qələbədən sonra da orduda qalıb. Onu Müdafiə Nazirliyinin mərkəzi aparatında işə götürüblər. K.Kərimov burada 20 il ərzində böyük mühəndislikdən Kosmik Vasitələr İdarəsinin rəisinədək müxtəlif vəzifələrdə çalışıb. Müdafiə Nazirliyi sifarişçi idarənin rəisi işləyərkən Dövlət Sınaq Uçuşları Komissiyalarının sədri təyin olunub, 1965-ci ildə raket texnikası və kosmik texnika yaradılması ilə məşğul olan Ümumi Maşınqayırma Nazirliyində Baş Kosmik İdarəyə rəhbərlik edib. Elə həmin il Sergey Korolyovun zəmanəti ilə Dövlət Pilotlu Uçuşlar Komissiyasının sədri vəzifəsinə təyin olunub. İndiki Uçuşları İdarəetmə Mərkəzinin rəsmi nümayəndəsi Valeri Lındinin dediyi kimi, ömrünün yarım əsrdən çoxunu raket texnikasına həsr edən Kərim Kərimovun iştirakı olmasaydı, Rusiya kosmosun öyrənilməsində belə yüksək zirvələr fəth edə bilməzdi. Kərim Kərimov Sosialist Əməyi Qəhrəmanının Qızıl Ulduzu təqdim edilməklə, ikinci dəfə Lenin ordeni ilə təltif olunub. Moskvada qeyd olunmuş 85 illiyi ilə əlaqədar Kərim Kərimovu Azərbaycanın sabiq prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin də ürəkdən təbrik etmişdilər. Görkəmli soydaşımız 2003 cü ilde Moskvada vəfat etmişdir. Qebri nurla dolsun.

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jan 2011
    Mesajlar
    2

    Re: Sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti - Kərim Kərimov

    bOYUK adam olub Kerim Kerimov.O boyda Sovetin e vezifeli adamlarindan olub. [ özü uçanda onu yola salıbmış.

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Jan 2011
    Yer
    Germany-München
    Mesajlar
    28

    Re: Sovet kosmonavtikasının əfsanəvi şəxsiyyəti - Kərim Kərimov

    o gun olsun bizim musteqil respublikamizda Kerim Kerimov kimi kosmonavtlar nesli yetishsin
    Güler yüzle söylenen bir yalanı; bir anda yuttuğumuz halde, acı gerçeği ancak damla damla yutarız!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.