10 sonuçtan 1 ile 10 arası

Ümummilli Ana

  1. #1
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Ümummilli Ana

    Meqalenin müellifi telebe yoldashlarimizdan Elnur Mecidli.


    Hər gün bu ölkədə yeni bir filfilo ortaya çıxır…

    Hansı birini sayasan…

    Bələdiyyə seçkiləri filfilosu ilə yeni ilə girib Bənəniyar kəndindəki turp əkmələrlə sarsılıb, ordudakı son faciəylə kədərə qərq olmuşduq ki, xanım deputat Elmira Axundova yeni filfilo təklif irəli sürərək bizi sevincdən uçurtdu.

    Milli Məclisdə fevralın 1-də keçirilən növbəti iclasda söz alan Elmira Axundova bundan əvvəl edilən təklifləri kölgədə buraxacaq təkliflə çıxış edib.

    Təklifin orjinal cümləsi

    «Görkəmli oftolmoloq Zərifə Əliyevanın doğum günü – 28 aprelin Azərbaycanda Analar Günü kimi qeyd edilməsini təklif edirəm».

    Elmira xanım yuxarıdakı cümləni deyərkən öz daxilində müəyyən redaktələr etsədə mətnaltı mənanın nə olduğu açıq-aşkar ortadadı.

    Elmira xanım ürəyindən bu cümləni aşağıdakı formada da keçirmiş ola bilər.

    «Görkəmli oftolmoloq, ümummilli liderimizin xanımı, prezidentimizin anası Zərifə Əliyevanın doğum günü – 28 aprelin (növbəti parlament seçkilərində də öz kreslomu qorumaq üçün) Azərbaycanda Analar Günü kimi qeyd edilməsini təklif edirəm».

    Elmira Axundova eyni zamanda 8 Mart Beynəlxalq Qadınlar Gününün öz əhəmiyyətini itirdiyini və ləğv edilməsi gərəkdiyini söyləyir.

    Artıq neçə illərdir, 9 May (faşizm üzərində) Qələbə bayramının 10 May Ümummilli Ad Günü ilə qeyri-rəsmi olaraq əvəzləndiyi heç kimə sirr deyil…

    Hətta 10 May o qədər canfəşanlıqla qeyd olunur ki, keçən il aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə də bunun qarşısını ala bilmədi, əksinə xalqın acığına digər illərə nisbətən daha təmtaraqlı qeyd edildi.

    İndi də 8 Martın 28 Aprellə əvəzlənməsinin təklif edilməsi, ümummilli düşüncə tərzinin məhsuludur.

    8 Mart və 28 Aprel

    8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Kopenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib.

    Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub.

    8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.

    8 Mart dünyada qadın azadlığının simvoluna çevrilmiş bir gündür.

    Bu günü ləğv etmək, sadəcə qadınlara hörmətsizlikdir.

    28 Aprel isə 1920-ci ildə sovet-bolşevik ordusunun Bakını işğal edərək Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyduğu bir gün olaraq tarixə keçib.

    28 Apreli, hansı səbəb olursa olsun bayram günü olaraq təklif etmək yüngül dillə desək sadəcə etikasızlıqdı və yaxud öz keçmişinə tüpürməkdi.

    Xanım Axundovanın bu təklifi irəli sürəndə 28 Aprelin hansı gün olduğunu unutduğuna inanmaq istəyirəm.

    Ümummilli Xəstəliyi

    Heydər Əliyevin vəfatından sonra Azərbaycanda yayılan ən qorxunc xəstəlikdir.

    Quş qripi, donuz qripi, nə bilim eşşək qripi bunun yanında vız gəlir..

    Növləri də müxtəlifdir və davamlı ümumilli sözündən istifadə də şərt deyil.

    Məsələn hər rayonun mərkəzi küçəsinin Heydər Əliyevin adına olması, Respublika sarayının anidən Heydər Əliyev sarayına çevrilməsi, Heydər Əliyev muzeyləri, parkları və s. – bunlar xəstəliyin kəskin göstəriciləridir.

    Bu xəstəliyə yoluxanların ən çox istifadə etdiyi söz isə “ümumilli” sözüdü.

    Ümummilli bayramların sayı da artmaqdadı..

    Məsələn Ümummilli Ad Günü, Qurtuluş bayramı və s.

    Sırada Ümummilli Ana(lar) Günü, Ümummilli Bala(lar) günü kimi bayramların təsdiq edilməsi var.

    Mən də ümummilli bayramların çoxalmasına dəstək məqsədiylə Ümummilli Yaltaqlar Gününün də olmasını təklif edirəm.

    Xahiş edirəm ki, bu yazını oxuyan deputatlarımızdan biri bunu məclisdə müzakirəyə çıxarsın, hətta təlif hüququnu belə ona bağışlayıram.

    Yaltaq demişkən

    Yaltaqlığın özü də ən ağır xəstəliklərdən biridi, hətta narkotik maddələrdən daha betərdi yaltaqlıq etdikcə daha çox etmək istəyirsən.

    Yaltaqlıq eyni zamanda rəsmi qeydiyyatdan keçmədən, vergi ödəmədən çörək pulu qazandıran bir peşədir.

    Və ən əsası bu peşəylə məşğul olanlar üçün kimin hakimiyyətdə olduğu əhəmiyyətli deyil…

    Əsas odur ki qəlbiniz təmiz olsun..

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Ümummilli Ana

    ay yaşa sen bax budu demek istediklerim de göz qabağında bakıya qar yağdı hemin o milli meclisde oturub yiyenler heç bir barmaqların bele qıpırdatmadılar her yanxaraba güne qaldı hele bu Elmira Axundovaya bax necede düz buyurulubki kreslosun qorumaq üçün artıq yaşamaq olmur bu VETEN-de bezilerinin ucbatından artıq veten sözün ürekle demeye insan tereddüd edir bitmir bu hasızlıq ve.s,ve.ilaxır
    analar günüymüş pahh ehhh doğurdanda bizim kendde bir 125 yaşlı kişi vardı deyirdi bax bala o çobana qarşısındakı qoyunlara bax....da qalanı melum olar !

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Ümummilli Ana

    hmmm ilginc her basa gelen kendı soyunun anılması icin neden var olan isimleri degistiriyorlar mence boyle bır sey mantıglı degil
    HaKKım heLaL,Sewqim haRam oLsun

  4. #4
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Ümummilli Ana

    Movzuu coxx mentiqlii ve ela movzudu haladii
    ferqi yoxduu ister tehsili istersede tehsilli ana olsunn ferqi yoxduu ana anadii onun yerini hec ne ve hec kim vere bilmezz

  5. #5
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Ümummilli Ana

    Qorxuram axirda Azerbaycan sozunun evveline Umumilli Azerbaycan artiralar.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Ümummilli Ana

    Alıntı Tutu20 Nickli Üyeden Alıntı
    Movzuu coxx mentiqlii ve ela movzudu haladii
    ferqi yoxduu ister tehsili istersede tehsilli ana olsunn ferqi yoxduu ana anadii onun yerini hec ne ve hec kim vere bilmezz
    HaKKım heLaL,Sewqim haRam oLsun

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Ümummilli Ana

    HaKKım heLaL,Sewqim haRam oLsun

  8. #8
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Ümummilli Ana

    Bizim milli meclisedeki sohbetlere baxanda adamin yuxusu gelir... nese muzakire elemirler orda yatillar axsama kimi oktay esedov danisan adamin her seye umudu olur qoyun kimi danismagi var ancaq!!! siz demeli yaltaqlar gunudu 125 dene yaltaqdi orda oturan birinde biraz coxdu digerinde biraz azdi ama hamisi yaltaqdi eks halda orda otura bilmezder onlar kimdi axi ozlerinden qanin qebul etsinler,aga deyir sur dereye sur dereye prinsipidi.
    Kas Azerbaycan Erdogan kimi BasBakani olardi yoxsa bizim artur kimi adida ermeni adidi hele nenesi yada Anasi ermenidi hansi vetenperverlikden danisiriq !!!
    elmira axundovanin xaricdeki banklardaki pul ehtiyati en azi 10-15 milyon $ di OnA gore onu qinamaq lazim deyil qohum eqrabasinin corek agacdi sigorta sirketi kimidi axi onun o kreslosu ...Nese ee fantanlar olkesi ee tu casdim yaltaqlar olkesi olacaq axirda!!!

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Oct 2011
    Mesajlar
    178

    Re: Ümummilli Ana

    Mən də ümummilli bayramların çoxalmasına dəstək məqsədiylə Ümummilli Yaltaqlar Gününün də olmasını təklif edirəm

    ay Allah oldume gulmekden bu meqaleni kim yazibsa elleri derd gormesin inshallah ,amma deyimki yaltaqlar ucun umummili yaltaqlar gunu ayirmaqa ehtiyac yoxdu cunki yaltaqlarin heyatlarinin butun gunleri ele yaltaqliqla kecirde . Meqaleninse yeri var
    Asıl azmaz, bal kokmaz, kokarsa yağ kokar, onun da aslı ayrandır

  10. #10
    Junior Member
    Üyelik tarihi
    Feb 2011
    Mesajlar
    19

    Re: Ümummilli Ana

    Bu yazdiklarimdan dolayi kimse kizmasin,ama siz böyle seylere gülüp gectikce göz yumdukca sizin söylediyiniz gibi ümummilli yaltaqlar günü de olucak hele yalakalar günüde olcak.Bunu okuyup eline saglik demekle elinize hic bir sey gecmez.siz sadece kendinizi kandiriyorsunuz.susmakla göz yummakla siz kendiniz bu bayramlari yada dediyiniz gibi günleri kendiniz yaratmis oluyorsunuz.vatan icin ne yaptiniz ki simdi vatan demeye bile utaniyorsunuz?sizin bir sözünüz daha var gün o gün olsun ki Karabagda yapalim, edelim .....demkle olmuyor yapmak lazim sen ben o bunlari deyip ve yeniden yerimizde oturursak kim yapicak ?her kes kendini düsünüyor arada birde söylediyiniz gibi gün geler her sey yapariz dersiniz. ama nedense 19 yildir bir irelileyis görünmüyor. (simdiyse istediyinizi yazmakta serbestsiniz.kesin kizicaksiniz yada her kes kendini aklayacak bir sebep uyduracaktir) unutmayin aci söz incitirrr. ama yine olan vatana olucak.
    Akilli olmak da bir sey degil muhim olan o akli yerinde kullanmaktir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.