5 sonuçtan 1 ile 5 arası

Gözəllik 10-du, 9-dondu?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Gözəllik 10-du, 9-dondu?

    Geyim insana xüsusi bir görkəm, xüsusi bir hal gətirir. Bu cümlə ilə, əksəriyyətimiz razılaşsaq belə, lakin zövq həmişədən mübashiə obyekti olub və olacaqdır. Bəzilərimiz dəbi xüsusi maraqla izləyir, onunla ayaqlaşmağa çalışır. Bəzilərimiz isə dəbi izləməkdə ehtiyac duymur. Yalnız özünə uyğun hesab etdiyi və özü bəyəndiyi tərzdə geyinir. Hətta yeni dəbi bəyənməyənlər və köhnə dəbin geyimlərindən istifadə edənlər də az deyil.
    Hər birimiz öz zövqümüzə güvənirik, düşünürük ki, seçdiyimiz və istifadə etdiyimiz geyim hər kəs tərəfindən bəyənilməkdədir. Lakin bu hər zaman belə olmur. Ətrafdakı insanların fikri həmişədən bizlər üçün xüsusi əhəmiyyət kəsb edir. Onların mənfi fikri ilə qarşılaşdığımız zaman, artıq yeni geyimə ehtiyac duymuş oluruq.

    "Gözələ al da yaraşır, şal da"-gözəl xanım və yaraşıqlı bəy heç bir dəbə ehtiyac duymur. Onlar istənilən halları və istənilən geyimləri ilə bəyənilirlər. Görəsən bu həqiqətən belədirmi? İnsan gözəl görkəmə sahib olduğu zaman onun xüsusi bəzənməsinə ehtiyacı olmur. Dəblə ayaqlaşmasalar, müasir geyimlərə uymasalar belə onlar hər kəs tərəfindən bəyəniləcəklər. Lakin izlədiyimiz bir sıra verlişlərdən, gördüyümüz reklamlardan, gündəlik həyat tərzimizdən, ünsiyyətdə olduğumuz insanlardan geyimin insan görkəminə necə təsir etdiyinin şahidi ola bilirik.


    1. Geyim insana, yoxsa insan geyimə gözəllik gətirir?
    2. Geyim seçərkən öz zövqünüzə güvənirsiniz, yoxsa kiminsə yardımına ehtiyac duyursunuz?

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Gözəllik 10-du, 9-dondu?

    sozun duzu hemise ne ise almaga gedende en azi 4 neferle gedirem ama heresi bir soz deyir qaliram bele kime qulaq asim 5-6 defe geyinib soyunandan sonra satici deyir qardas sizden mal alan cixmaz mezleneye gelmisiz siz
    [

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Gözəllik 10-du, 9-dondu?

    1. Geyim insana, yoxsa insan geyimə gözəllik gətirir? -- mence hər ikisi.Gözəl geyim gözəl bədəndə daha da gözəldi.

    2. Geyim seçərkən öz zövqünüzə güvənirsiniz, yoxsa kiminsə yardımına ehtiyac duyursunuz? _ancaq özümə.Bəyəndimsə dünya tökülsə fikrimi deyişə bilməz
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Gözəllik 10-du, 9-dondu?

    Geyim insana gözəllik verir, əlbəttəki elə insanlar var ki, elə geyim tərzləri olur ki, viddən fasondan salir onu, yaraşmayan bir geyim geyinir ...Mənimçün fərqi yoxdur, baha ya ucuz esas odur ki, yaraşsin. Geyimi seçəndə də kiminsə məsləhətinə ehtiyacim yoxdu, öz zövqümə aid geyinirəm.Həm də yaşa uyğun geyimlər var daaa... Ancaq şəhərə çixanda hərdən elə geyinənləri görürsən ki adami lap gülmək tutur.Misalçun cins şalvarlar...Bu geyim 25 yaşacan geyinilməlidir. Amma geyinəndə elə geyinilir ki, elə bil molodyojdular...

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  5. #5
    Member
    Üyelik tarihi
    May 2010
    Mesajlar
    62

    Re: Gözəllik 10-du, 9-dondu?

    Beli geyimden cox shey aslidir.Yarashan palatari geyinende insani cox deyishir.Baxirsanki qiz gedir ozu qesheng olmasada geyimine gore cezbedici gorunur.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.