3 sonuçtan 1 ile 3 arası

Gözələ baxmaq savabdır?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Gözələ baxmaq savabdır?

    Çox istifadə edilən atalar sözlərimizdən biri də "Gözələ baxmaq savabdır!" atalar sözüdür. Bəli, gözələ və gözəl olan şeylərə düşünmək üçün baxmaq, həqiqətən savabdır. Lakin dövrümüzdəki fitnələrdən dolayı əgər ?gözəl? kəlməsi naməhrəmə, açıq-saçıq geyinib gəzən qadınlara baxmaq mənasında işlədilərsə, təbii ki, sualımızın cavabı fərqli olacaqdır.

    Ümumimyyətlə, naməhrəmə baxmaq baxmanın tərzi və səbəbinə görə dəyişir. 1. Əgər yolda getdiyimiz zaman qarşımıza açıq-saçıq geyinmiş naməhrəm birisi çıxarsa, dərhal "Gözlərinizi haramdan qoruyun" ayəsini yadımıza salıb gözlərimizi başqa tərəfə çevirərək Allah qorxusundan diksinib tövbə etsək, bu baxışdan sonra göstərdiyimiz qətiyyət günahdan qorumaqla bizə savab qazandıra bilər.

    2. Ancaq "Naməhrəmə birinci dəfə qeyri-ixtiyari olaraq baxmaq mübahdır" qaydasından sui-istifadə edərək "Madam ki, belə bir baxış mübahdır, elə isə ona başdan-ayağa baxım" düşüncəsinə görə hərəkət etmək isə günah qazandırır.

    3. Şəhvətlə dolu sonrakı baxış isə haram olan baxışdır. Çünki bu baxışlar "Gözlərinizi haramdan qoruyun" ayəsinə ziddir.

    4. Həmçinin, tanımaq məqsədilə bu və ya digər qadına, qıza baxmaq olar. Ancaq bu tip baxışın davamlılıq müddəti sözügedən ayəni nəzərə almaqla minimum səviyyədə olmalıdır ki, nəticədə günaha səbəb olmasın. "Puç olanı gözəl şəkildə təsvir etmək saf zehinəlri azdırır" qaydasına əsaslanaraq "düşünmə üçün baxmaq" xüsusuna toxunaq: "Gözəl" dedikdə ilk öncə ağlımıza naməhrəm olan şeylər deyil, təbii və halal olan şeylər gəlməlidir. Naməhrəmlər deyil!!!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Gözələ baxmaq savabdır?

    cox sag ol qadasi
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Gözələ baxmaq savabdır?

    tşk

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.