2 sonuçtan 1 ile 2 arası
Like Tree1Beğenme
  • 1 Gönderen azerqrup

Təbrizin Tarixi

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Aug 2015
    Mesajlar
    7

    Təbrizin Tarixi


    Təbrizin tarixi böyük hadisələrinan karışıb ki yapışıb Ruslar və Azərilara və bəlkə Iki müxtəlif ölkədi lakin birlikdə qardaşdilar.

    Təbriz hələ eramızdan əvvəl şəhər-qala olmuşdur. Təbriz yaxınlığında Həsənli təpəsi ndə, Ziviyə və Yanıqtəpə də aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir. Həmçinin Aşşur hökmdarı II Sarqona (e.ə.722-705) məxsus kitabədə onun e.ə. 716-ci il də Manna ölkəsinə daxil olduğu, Uşkayanı aldıqdan sonra möhkəmləndirilmiş Tarui-Tarmakis qalasına gəlib çatdığı qeyd olunur. II Sarqonun kitabəsində deyilirdi: “Tarmakis qalasının divarları ikiqat idi. Orada Fərat çayı qədər geniş olan kanal var, onun ətrafı isə qalın meşəliklərlə əhatə olunmuşdu. Şəhərdə gözəl binalar var idi… Mən Tarmakis şəhərinə hücum edən zaman əhali buranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ keçirdim, müdafiə əhəmiyyəti olan istehkam vəziyyətinə salınmış yaşayış yerləri arasında döyüşə başladım”.
    Səhənd dağının ətəyində yerləşdiyi və möhkəm istehkam qalalarına malik olduğu üçün Tarmakis hərbi-strateji baxımından da xüsusi əhəmiyyət kəsb etmişdir. Qala özü də su ilə doldurulmuş, dərin kanallarla əhatə olunmuşdur. Q.A.Melikişvili Tauri-Tarmakisi möhkəmləndirilmiş şəhər hesab etmişdir. İ.Əliyev haqqlı olaraq Tauri-Tarmakisi Tavriz şəhəriadlandırmışdır. Təbriz şəhəri e.ə. VIII əsrdə mövcud olduğu halda, onun şəhər kimi hələ e.ə. II minilliyin axırlarında təşəkkül tapması ehtimal edilir. Beləliklə Təbriz şəhərinin üç min illik tarixi vardır.
    Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Antik müəlliflərdən Polibi, Diodor və Ptolomey bu şəhərin Ovront dağının (Səhənd) ətəyində yerləşməsi haqqında məlumat verir. III əsrdə Təbriz Atropatenanın əsas şəhərlərindən idi. Sasanilər dövründə strateji əhəmiyyəti olan Təbrizdə qarnizon saxlanırdı. VII əsrin ortalarında isə ərəb qoşunları Təbrizi işğal etdi. Xilafət dövründə Təbriz mahal mərkəzi idi. Babək hərəkatı Təbrizə də yayılmışdı. 852-ci il zəlzələsi zamanı Təbriz dağılmış, bir müddət sonra bərpa edilmişdi. Xilafətin zəiflədiyi dövrdə Azərbaycanda yaranmış Rəvvadilər dövlətinin paytaxtı Təbriz idi. Təbrizin yun, ipək və pambıq parçaları, xalçaları xarici ölkələrə də ixrac olunurdu. X əsr ərəb müəlliflərindən Müqəddəsi, İbn Havqəl və b. Təbrizdən abad bir şəhər kimi bəhs etmişlər. 1054-cü ildə Səlcuq sultanı I Toğrul Təbrizi tutdu. 1174-cü ildən Qızıl Arslanın iqamətgahı olan Təbriz sonralar Azərbaycan Eldənizlər dövləti nin paytaxtına çevrildi.
    Orta əsrlər

    1220-ci ildə monqol qoşunu Təbrizi iki dəfə mühasirəyə aldı. Təbriz əhalisi bac]] verməklə qarət və dağıntılardan xilas oldu. 1224-cü ildə monqol qoşunları yenidən Təbrizə yaxınlaşdı. Şəhər rəisi Şəmsəddin Tuğrai Təbrizin müdafiəsini təşkil etdi. 1225-ci ildə Xarəzmşah Cəlaləddin Təbrizi tutdu. 1231-ci ildə monqol qoşunu Təbrizə hücum etdi. 1256-ci ildən Təbriz Elxanilər dövlətinin tərkibinə daxil oldu. Sonralar bu dövlətin paytaxtı Marağadan Təbrizə köçürüldü. Elxanilər dövründə Təbrizin ərazisi 5-6 dəfə genişləndi. XIII əsrin 60-cı illərində Təbrizdə monqol zülmünə qarşı baş vermiş çıxışlar amansızlıqla yatırıldı.
    Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə ‘(1295-1304) Təbriz Yaxın və Orta Şərqin ən böyük sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri idi. XIII əsrin sonlarından XIV əsrin 30-cu illərinədək Təbriz təkcə Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqin iri sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi kimi şöhrət tapmışdır. Təbriz Şərqlə Avropa ölkələri arasındakı beynəlxalq ipək və toxuculuq malları ticarətində əsas və həlledici rol oynayırdı. Marko Polonun məlumatları bu zaman Təbrizin Avropa-Şərq iqtisadi əlaqələrinin həyata keçirildiyi çox mühüm beynəlxalq ticarət mərkəzi olduğunu göstərir. İtalyan səyyahı Təbrizin xarici ticarət əlaqələrindən bəhs edərkən yazır ki, bura Şərq malları almaq üçün Avropa tacirləri, xüsusən, genuyalılarda gəlirlər. Venesiya və genuya respublikalıları Təbrizdə möhkəmlənmək üstündə mübarizə aparırdı. Venesiya respublikası Xəzər dənizində gəmiçilik sahəsində xüsusi imtiyazlar ələ keçirmiş, Hülaki hökmdarı Əbu Səidlə müqavilə bağlayaraq Elxanilər imperiyası ərazisində imtiyazlı ticarət hüququ əldə etmişdi. Təbrizdə Venesiyanın ticarət məntəqələri açılmış, Venesiya konsulu fəaliyyətə başlamışdı.
    1321-ci ildə Təbrizdə olmuş italyan səyyahı Odorik de Pordenon yazır ki, Hülaku hökmdarının bu şəhərdən əldə etdiyi gəlir Fransa kralının bütün Fransa dan əldə etdiyi gəlirdən çoxdur.
    1357-cı ildə Qızıl Orda xanı Canı bəy Təbrizi ələ keçirərək Elxanilər dövlətinə son qoydu. 1359-cu ildə isə Cəlairi Şeyx Üveys Təbrizi ələ keçirərək Cəlairilər dövləti nin paytaxtına çevirdi. O, Təbrizdə geniş tikinti işləri apardı. 1386-cı ildə isə Qızıl Orda xanı Toxtamışın qoşunu Təbrizi mühasirəyə aldı. Əhali şəhər hakimi əmir Vəli və Xalxal hakimi Mahmudun başçılığı ilə müdafiəyə qalxdı. Toxtamış bac verilərsə, mühasirədən əl çəkəcəyini bildirdi. Lakin o, 250 tümən qızıl pul bac aldıqdan sonra şəhərə soxuldu. Təbriz on gün talan edildi. 1386-ci ildə Əmir Teymur Təbrizi ələ keçirdi. Təbriz sənətkarlarının bir hissəsi Səmərqəndə aparıldı. Teymurun oğlu Miranşah Azərbaycanın hakimi olarkən Təbrizdə xeyli tarixi və mədəniyyət abidəsini dağıtdırdı. Teymurun ölümündən sonra (1405) Miranşahın oğlu Ömər Mirzə Təbrizə hakim oldu. 1406-cı ilin iyul ayında Cəlairi Sultan Əhməd Təbrizdə möhkəmlənməyə çalışdı. 1410-cu ildə Qara Yusif Azərbaycan Qaraqoyunlu dövlətinin (1410-1468) əsasini qoydu. Təbriz yeni dövlətin paytaxtı oldu. 1468-ci ildən Təbriz Qaraqoyunlular dövlətinə son qoymuş Uzun Həsən tərəfindən yaradılan Azərbaycan Ağqoyunlular dövlətinin paytaxtına çevrildi. Ağqoyunlu Uzun Həsən TəbrizdəNəsriyyə və Məqsudiyyə mədrəsələri ni, Uzun Həsən camesi ni, məşhur Qeysəriyyə üstüörtülü bazarı nı tikdirdi. Onun varisi Sultan Yaqub dövründə Təbrizdə möhtəşəmHəştbehişt saray kompleksi tikildi. XV əsrdə Azərbaycan ərazisindən çox mühüm əhəmiyyəti olan beynəlxalq karvan yolları keçirdi. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını Təbriz – Xəzərsahili Azərbaycan rayonları və Həştarxan vasitəsilə Moskva ilə birləşdirirdi. Şərq ölkələrinin Avropa ölkələri ilə ticarət əlaqələrinin həyata keçirilməsində Təbriz-Bursa-İstanbul yolunun böyük əhəmiyyəti vardı. Uzun müddət geniş ərazili feodal dövlətlərinin paytaxtı olmuş Təbriz şəhəri bu beynəlxalq karvan yollarının hamısının qovşağında yerləşməklə, sanki Avropa-Asiya ticarətini tənzim etmişdi.
    1501-ci ildə qızılbaşlar I İsmayılın başçılığı ilə Təbrizə daxil oldular. Təbriz Azərbaycan Səfəvilər dövlətinin paytaxtı elan edildi. 1514-cü ildə Osmanlı Sultanı I Səlimin qoşunları Təbrizi tutdu. Altı gündən sonra I Səlim Təbrizi tərk etməyə məcbur oldu. O, mindən artıq Təbriz ustasını ailəsi ilə birlikdə İstanbula apardı. Səfəvi-Osmanlı müharibələri dövründə Təbriz dəfələrlə əldən-ələ keçirildi və qarət edildi. 1562-ci ildə Təbrizdə olan ingilis səyyahı Cenkinson yazır ki, “bu şəhərin ticarət əhəmiyyəti əvvəlki dövrə nisbətən azalmışdır”. Bunun əsas səbəbi Osmanlı sultanının hərbi yürüşləri olmuşdu. 1585-1586-cı illərin Osmanlı işğalı zamanı Təbriz ağır zərbələrə məruz qaldı. Oruc bəy Bayat yazır ki, osmanlılar tərəfindən ələ keçirilib talan edilənədək Təbrizdə 80 mindən artıq ev sahibi (yaxud 360 min nəfər) yaşayırdı. XV-XVII əsrlərdə Təbriz Yaxın Şərqin mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən idi. Mənbələrdə həmin dövrlərdə Təbrizdə 300 mindən artıq əhalinin yaşadığı haqqında məlumatlar vardır. Xandəmir və Oruc bəy Bayat Təbrizi“Şərqin paytaxtı”, “aləmin məskun olan dörddə bir hissəsinin ən abad şəhəri” kimi qiymətləndirmişlər.
    Təbriz XVII əsrdə də Azərbaycan memarlığının başlıca inkişaf mərkəzlərindən ümdəsi idi. XVII əsrin ortalarında Təbrizdə 250 məscid, 47 mədrəsə, 300 karvansara, 15 min dükan vardı. 63 XVII əsrin 60-cı illərinin sonunda – 70-ci illərinin əvvəllərində Təbriz öz sahəsinə, əzəmətinə, sərvəti, ticarəti və əhalisinin sayına görə Səfəvi dövlətinin ikinci şəhəri idi və şəhərdə 500 min nəfər yaşayırdı. Osmanlı səyyahı İbrahim Əfəndi Peçevi isə “Şəhərin özündə 19 came məscidinin, insan qəlbini riqqətə gətirən fəvvarəli 21 hamamın, 200 karvansaranın, 12 min köşkə malik olan bəzəkli bazarların, saysız bağ və xiyabanların olduğunu göstərirdi”.
    XVII əsrin sonlarında Azərbaycan iqtisadiyyatının ümumi tənəzzülü ilə əlaqədar olaraq Təbrizin əhalisi getdikcə azaldı. Ticarət və sənətkarlıqla məşğul olan əhalinin şəhərlərdən kütləvi surətdə axını iqtisadiyyatın həcminin azalmasına gətirib çıxardı. Həmin dövr ərzində Təbriz şəhərinin əhalisinin sayı üç dəfədən çox azaldı.
    XVIII əsrin əvvəllərində Səfəvi imperiyasının dərin siyasi, iqtisadi böhran keçirməsi daxili mübarizəyə yol açdığı kimi, qonşu Rusiyanın və Osmanlı imperiyasının Səfəvi mülklərini bölüşdürmək uğrunda mübarizəyə başlamağa şərait yaratdı. 1725-ci ildə Osmanlı qoşunu Təbrizi ələ keçirdi. 1730-cu ildə görkəmli Azərbaycan sərkərdəsi Nadir xan ƏfşarTəbrizi osmanlılardan azad etdi. 1735`də Nadir xan Əfşar tərəfindən Azərbaycan torpaqları Rusiya və Osmanlı işğalından tamamilə azad edildi. Təbriz Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın əsas şəhərlərindən birinə çevrildi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanın digər bölgələrində olduğu kimi Təbrizdə də müstəqil dövlət – xanlıq yaradıldı. XVIII əsrin ortalarında Əmiraslan xan Əfşar mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycanda hakimiyyəti ələ aldı. 1758-ci ildə Təbriz Urmiyalı Fətəli xan Əfşarın, 1761-ci ildə isə Xoylu Nəcəfqulu xan Dümbülünün hakimiyyəti altına düşdü. 1791-ci ildə Təbriz xanlığını Ağa Məhəmməd xan Qacar ələ keçirdi. Qacarlar dövründə Təbriz vəliəhdin iqamətgahı idi. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Rusiya qoşunu Təbrizi tutdu (oktyabr, 1827). Türkmənçay müqaviləsinə (1828) əsasən Təbriz İranın hakimiyyətində qaldı.
    Derya bunu beğendi.

  2. #2
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.718
    Təbriz paytaxt şəhərlərimizdən olub. İnşallah qəlbimizdə bu cür də qalacaq. İnşallah bir zaman gələr Azərbaycan birləşər və bizlər də hər iki paytaxtımızı asan ziyarət edərik.

Benzer Konular

  1. Tarixi Bakı zəfəri – 95 il
    By Baku in forum Xəbər Lenti
    Cevaplar: 0
    Son Mesaj: 09-13-2013, 03:11 PM
  2. Bolşevik Vəhşiliyin Tarixi
    By meridyen2 in forum Genel Konular
    Cevaplar: 0
    Son Mesaj: 08-21-2011, 04:58 PM
  3. GS Tarixi ve Bu Günü
    By AgLaYaN_BuLuD in forum İdman
    Cevaplar: 1
    Son Mesaj: 01-23-2010, 09:57 AM
  4. 3 Rəngli Bayrağımızın Tarixi
    By AgLaYaN_BuLuD in forum Vətən
    Cevaplar: 3
    Son Mesaj: 12-16-2009, 01:46 PM
  5. Tarixi titrədən hadisə
    By Deli_UREK in forum Mənəviyyat
    Cevaplar: 0
    Son Mesaj: 01-20-2008, 10:15 PM

Bu Konudaki Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.