6 sonuçtan 1 ile 6 arası
Like Tree1Beğenme
  • 1 Gönderen Aygun

Baki onun problemleri ve gelecek inksafi

  1. #1
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33

    Baki onun problemleri ve gelecek inksafi

    Göydələn altında qalan tramvay (ARAŞDIRMA)

    ANS PRESS bütün dünya meqapolislərində geniş işlədilən tramvay nəqliyyatının Bakıda tətbiqindən imtinasının sirlərini araşdırıb
    Müəllif
    Çingiz Rüstəmov

    Bakının “Xətai” metrosundan Montin bazarına qədər uzanan sonuncu tramvay xəttini 2004-cü ildə sökən zaman şəhər rəhbərliyi əsas kimi Milli Bankın yanında yenicə istifadəyə verilmiş göydələnin silkələnməsini göstərmişdi. Meriyaya yaxın adamlar bütün kluar söhbətlərində jurnalistləri inandırmağa çalışırdılar ki, bu, çox vacib idi və şəhər rəhbərliyi məhz binaların möhkəmliyi naminə bu addımı atıb. Bəlkə də, bu təbliğatın nəticəsi idi ki, o vaxt şəhərin ən ucuz (indiki pulla 5 qəpiyə) xidmət göstərən bu nəqliyyat növünün aradan qaldırılmasına ciddi reaksiya olmadı (onda metroda və avtobuslarda gediş haqqı 10 qəpik, bəzi avtobuslarda isə 20 qəpik idi).

    Daha sonra bu göydələn - tramvay savaşının bir məqsədi də aydın oldu: şəhərin düz mərkəzində - metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən tramvay parkının ərazisi nüfuzlu şəxslər tərəfindən qəsb edildi və yerində göz-gözə göydələnlər inşa edildi. Şəhər rəhbərliyinin mətbuatla aparığı “uğurlu” iş nəticəsində buna da laqeyd qalındı və bu biçimsiz urbanizasiyanın gətirəcəyi fəlakətlər yada salınmadı. Beləliklə, Bakının əsası 1924-cü ildə qoyulmuş və 1980-ci illərdə ümumi uzunluğu 70 kilometrə çatmış tramvay xətləri tarixə gömüldü.

    Və bunun nəticəsi ağır oldu. İndi Bakı göydələn - trolleybus, tramvay savaşının miras qoyduğu iki ciddi problemi həll etməyin yollarını axtarır. Birinci problem göydələnlərin yaratdığı tıxaclarla bağlıdır. Şəhərin mərkəzində qarajların, tolleybus-tramvay parklarının, 3-4 mənzilli kiçik evlərin sökülərək, yerində yüzlərlə mənzili olan göydələnlərin tikilməsi sakinlərə məxsus avtomobil sayını dəfələrlə artırdı, bu isə şəhərdə ciddi parkinq problemi yaratdı. İndi Bakının mərkəzində nəinki maşınlar, hətta piyadalar da hərəkət edə bilmir, çünki məhəllə sakinləri hətta səkilərdə də avtomobil saxlayırlar.

    Yüz milyonlarla vəsait xərclənərək tikilən parkinq sahələri də bu problemi həll edə bilmir - parkinq xidmətinin bahalılığı, evlərdən uzaqlığı üzündən əhali avtmobilini yenə də səkilərdə saxlamağı daha məqsədəuyğun sayır, parkinqlərdə sutka üçün 24 manat istəyirlər ki, bu da orta Azərbaycan vətəndaşı üçün həddindən bahadır.

    Bu uğursuz urbanizasiyanın yaratdığı ikinci problem isə şəhərin havasının korlanmasıdır. Şəhər mərkəzində sayı dəfələrlə artan avtomobillər Bakının atmoferinə sovet dövründəki zavodlardan da çox tullantı atır və həkimlər həyəcan təbili çalırlar: bu indiki nəsilləri xəstə etsə də, gələcək nəsilləri isə deqradasiyaya uğradacaq. Nəqliyyatın təşkili üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Bakıda hər gün 800 minə yaxın avtomobilin saatlarla tıxaclarda qalır və tıxaclarda dayanan avtomobillər il ərzində havaya 500 min tona yaxın zərərli maddə buraxır.

    Ekspertin fikrncə, Bakıda bu məsələdə dönüş etmək və şəhərdə elektriklə işləyən ictimai nəqliyyatı bərpa etmək mümkünlür. “Dünyanın aparıcı dövlətlərində bu nəqliyyat növlərini genişləndirmək fikrindədirlər və bununla bağlı uzun müddətli proqramlar mövcuddur. Hətta bizə qonşu olan Rusiyada tramvay və trolleybus zavodları var, onlar vaxtaşırı parkı yeniləyirlər və yetərincə modern tramvaylar və trolleybuslar xətlərə buraxılır",- deyə Azər Allahverənov ANS PRESS-ə bildirib.

    Onun fikrincə, Bakının mərkəzində olmasa da, əhalinin gur yaşadığı ətraf məhəllələrdə tramvay xətlərini bərpa etmək vacibdir: “Tramvaylar xüsusilə meqapolislər üçün çox yararlıdır - ətraf mühitə zərər vurmur, ekoloji cəhətdən təmizdir. Məsrəfləri də elə çox deyil, gediş haqqı əhalinin geniş təbəqəsinin bundan istifadə etməsinə imkan yaradır. Həm də meqapolislər üçün xarakterik olan tıxac probleminin tramvaya dəxli yoxdur. Meqapolislərdə insanlar əsasən alternativ nəqliyyat növlərinə - metroya və tramvaya meyl göstərirlər”.

    Tramvayların uzun ömürlü olması da bu nəqliyyat növündə ucuz xidmət göstərilməsinə imkan yaradır. Bir tramvay vaqonu ən azı 40 il xidmət göstərə bilir. Bu gün Belçikada 1970-ci illərin əvvəllərində düzəldilmiş tramvaylar işləyir, Milanda isə 1928-ci ilin istehsalı olan vaqonlar fəaliyyətdədir. Avropa 1880-ci illərdə almaniyalı mühəndis Verner fon Simens tərəfindən yaradılmış bu nəqliyyat növü ilə vidalaşmaq niyyətində deyil. Artıq bəzi Avropa ölkələrində - Belçikada, Avstriyada, Polşada, Almaniyada şəhərlərarası və şəhərətrafı tramvaylar da xidmət göstərir.

    Azər Allahverənovun fikrincə, Bakıda tramvay xətləri platonun yuxarı hissələrini, konkret olaraq, Əhmədli, Günəşli və 8-ci kilometr qəsəbələrini, mikrorayonları, Alatava, Yasamal, Musabəyov və Badamdar qəsəbələrini birləşdirən dairəvi şəbəkəyə çevrilə bilər. Həmçinin Bakını Xırdalan və Sumqayıtla birləşdirən tramvay xətləri də salmaq mümkündür. “Nəzərə almaq lazımdır ki, indi Masazır yaşayış massivi var, yeni qəsəbələr salınır. Bu gün - sabah Ələtin özünün statusu müəyyənləşəcək, Qaradağ rayonu sürətlə inkişaf edir, Sanqaçala qədər yeni massivlərin salınması nəzərdə tutulur. Bu istiqamətləri özünə birləşdirən ayrıca tramvay yollarının salınmasına geniş imkanlar var”,- deyə nəqliyyat eksperti vurğulayır.

    Qeyd edək ki, bu məsələ Azərbaycanın digər şəhərlərində də gündəmə gəlib və tramvay xətləri ilə hələ 1970-ci illərdə ləğv edilmiş Gəncə də bu nəqliyyatı bərpa etmək niyyətindədirlər. O vaxt Gəncədə tramvay xətlərini ləğv edəndə səbəb göstərməmişdilər, kənd camaatının tramvayla mal-qoyun, toyuq-cücə daşıdığını, bunun da sovet şəhərinə yaraşmadığını iddia edib xətləri sökmüşdülər. 70-ci illərdə vaxt şəhəri Böyük Bağban massivinin yuxarısında bazar varmış və şəhər sakinləri oradan aldıqları mal-qoyunu deyil, yalnız toyuq-cücəni tramvayla gətirirmişlər, Gəncədə bu gün də bazardan alınan diri toyuq-cücəni yetərincə təmiz şəkildə avtobuslarda aparıldığını görmək olur.

    Həm də indi tramvay xətlərini bərpa etməyə daha tutarlı səbəblər var. Şəhər rəhbərliyi qardan və buzdan asılı olmayaraq həmişə qrafik üzrə işləyən, səhər saat 06:00-dan gecə saat 00:00-a qədər şəhər sakinlərinə xidmət göstərə bilən, həmçinin ekologiyanı korlamayan bir nəqliyyat növü təşkil etmək istəyir. Çəkilişinə 2014-cü ildən başlanacaq tramvay xəttinin ümumi uzunluğu 6,5 km olacaq, dəmir yolu vağzalından başlayaraq, şəhərin mərkəzindən keçməklə Bala Bağban məhəlləsindəki xəstəxana kompleksinə qədər davam edəcək. Təkərlərin üzərinə rezin örtük çəkildiyindən səssiz hərəkət edəcək və ətraf binalarda yaşayanları narahat etməyəcək.

    Bütün bu üstünlüklərinə baxmayaraq, nədənsə, Bakı rəhbərliyinin şəhərdə tramvay xətlərini bərpa etmək fikri yoxdur. Bakı şəhər İcra Hakimiyyətindən ANS-in bununla bağlı edilən müraciətinə elə də ürəkaçan cavab verilməyib. İcra hakimiyyətindən bildiriblər ki, yaxın gələcəkdə hələ ki, tramvayların yenidən bərpa olunması məsələsi gündəmdə deyil. Amma nahaq, hələ ki, Azərbaycana iri neft pulları gəlir və bu cür iri və uzunmüddətli layihələrin gerçəkləşdirilməsinə imkanlar var. Hər halda, elektrik nəqliyyatının bərpası tıxacları azaltmaq üçün nəzərdə tutulmuş körpülərin tikintisindən az əhəmiyyətli deyil. Hər iki layihə bir-birini tamamlamalıdır. Bəlkə, şəhər rəhərliyi bu məsələnin gündəmə gətirilməsi ilə vaxtı ilə şəhərdə geniş əraziləri olmuş tramvay və trolleybus parklarının, min tonlarla dəmir yolu relslərinin, mis naqillərin, istehlaka yararlı tramvay vaqonlarının və trolleyusların sonrakı taleyi ilə maraqlanılacağından qorxur. Amma burda qorxulacaq nə var ki? Hər şey keçmişdə qaldı, keçənə güzəşt var, deyərlər…

    Mənbə
    ANS PRESS

  2. #2
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Mence Bakinin esas problemleri su, seher neqliyyati ve tarixi binalarin statusudur. Birinci su problemi hell edile biler eger israfciliq olmasa. Ikinci de mumkundur cunki yeniden muasir avropa standartlarina uygun tramvay xetleri salina biler teki istek olsun. Ucuncu artiq gecikib cunki, Bakinin evvelki simasi itmek uzredir bir cox tarixi binalar artiq sokulub ve ya sokulmek uzredir. Bunun qarsisini yalniz tarixi binalarin qorunma komitesinin yardilmasi ile mumkun olardi.

  3. #3
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502
    Düzdü Bakı getdikce daha müasir bir hala düşür. Ancaq tarixi görkemi itir
    Bilgar bunu beğendi.

  4. #4
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Bir cox Avropa seherleri oz tarixini qoruyur. Buda turistleri butun olkelerden bu seherlere celb edir. Ve seher ozu-ozunu dolandirir.

    Men cox heyfslenirem ki, Bakida bir cox tarixi binalar sokulub evezinde ise seherin merkezinde umumi arxitekturaya uyqun olmayan hundur binalar tikildi.

    Menim usaqliqim yadimdadir Baki tam basqa bir seher idi. Kitab Pasajinin yanindan tramvay kecerdi yanindaki parkda hundurde goyercin yuvasi var idi orda ise yerde coxlu goyercinler yigilardi. Nizami kucesinde ise cox vaxt sabalid qovurardilar. Onun iyi kucenin bir terefinden diger terefe yayilardi adamlar heves ile alib yeyerdi.

  5. #5
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Kəndinizə gəlin cənablar, bura şəhərdir

    Bakıda hamıdan gizlədilmiş onlarla, yüzlərlə yer var ki, orada hansı işlərin görüldüyü heç kimə məlum deyil



    Şəhərin mərkəzində yerləşən gördüyünüz bu yerdən Bakıda tikinti sahəsində dəyişikliklər başlayır desək yəqin ki, yanılmarıq. Burada qeyri-qanuni tikintinin başladığını məhz prezident İlham Əliyev aşkarladı. Onun Hacıbala Abutalıbova verdiyi göstərişdən sonra yarımçıq tikili söküldü.

    Prezident İlham Əliyevin göstərişi deyəsən kifayət qədər sərt olub. Qonşu binaların sakinlərinin sözlərinə görə, yerli İcra Hakimiyyətinin işçiləri 4 gün, 4 gecə söküntü işləri aparıblar. Yarımçıq tikilinin sökülməsi zamanı qonşu evlərə də ziyan dəyib. Bakı sakinləri arasında geniş yayılmış bir zarafat var – İcra Hakimiyyəti orqanlarının, mənzil-kommunal təsərrüfatlarının və digər dövlət qurumlarının sayıq nəzarəti nəticəsində paytaxtda icazəsiz balkonu 10 santimetr qabağa çıxarmaq, hətta divara bir mıx vurmaq belə mümkün deyil. İndi necə olub ki, bu sayıq qurumlar şəhərin düz mərkəzində yeni tikintinin getdiyindən xəbərsiz olublar. Ritorik sualdır? Yəqin ki, ona, habelə sakinlərə dəyən ziyanın ödənilməsinə prezidentin tapşırığı ilə başladılan araşdırma nəticəsində cavab tapılacaq. Amma dövlət başçısı artıq bu sahədə qeyri-qanuni əməllərin sxemini açıqladı.

    Prezident İlham Əliyev: “Özbaşınalıq və anarxiya ola bilməz. Qanunsuz tikirlər, sonra da gəlirlər bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq ansamblı pozulur”.

    Prezident İlham Əliyevin bu toplantıda şəhərin arxitekturası ilə bağlı bir neçə göstəriş verdi. Bunlardan biri şəhərin mərkəzi hissəsinin ümumi arxitekturası ilə bağlıdır. Paytaxta bu gün yuxarıdan nəzər saldıqda təmamilə fərqli mənzərə, arxitektur uyğunsuzluqlar müşahidə etmək olar. Bu şəhərin mərkəzi hissəsinin plansız tikintisi ilə bağlıdır.

    İndi faktiki olaraq söhbət paytaxtın mərkəzi hissəsində hündür mərtəbəli binaların inşası prosesinin dayandırılmasından gedir. Çünki müşavirədə dövlət başçısı bina tikintisinə icazənin yalnız onun müvafiq infrastruktur obyektləri, məktəblər və uşaq bağçaları ilə təmin edildiyi halda verilməli olduğunu dedi. Şəhərin mərkəzində bu cür işlər aparmaq üçün yer kifayət qədər deyil. Bu isə o deməkdir ki, yeni tikintilər daha çox Bakının ikinci və üçüncü dairəsində aparılmalıdır. Şəhərin mərkəzi isə daha çox parklar və ictimai obyektlər üçün nəzərdə tutulmalıdır. Bu obyektlər paytaxtda yerləşən və fəaliyyətsiz qalan sənaye müəssisələrinin yerində tikilə bilər. Burada söhbət ilk növbədə dənizkənarında yerləşən müəssisələrdən gedir. Yaxın 5 ildə Nobel prospektinin Dəniz vağzalından neftayırma müəssisələrinə qədər olan hissəsində bulvar salınması planlaşdırılır. Bunun üçün neftayıtma müəssisələrinin Qaradağa köçürülməsi planlaşdırılır. Bu layihə həyata keçirildildən sonra Dənizkənarı Bulvar faktiki olaraq, Bayraq meydanından başlayıb Əhmədli qəsəbəsinə qədər uzanacaq.

    Prezidentin paytaxtda parkların və ictimai iaşə obyektlərinin yaradılması ilə bağlı planlarının həyata keçirilməsi üçün Bakıda aparılan tikinti işlərinin ciddi yoxlanılmasına ehtiyac var. Müşavirədə dövlət başçısı Nobel prospektinin bir hissəsindəki çəpərlənmiş əraziyə toxundu və orada park salındığını dedi. Amma Bakıda bax belə çəpərlənmiş, hamıdan gizlədilmiş onlarla, yüzlərlə yer var ki, orada hansı işlərin görüldüyü heç kimə məlum deyil.

    Anspress

  6. #6
    Member
    Üyelik tarihi
    Dec 2013
    Mesajlar
    33
    Baki metropoliteni bir nece il bundan evvel metbuata melumat vermisdi ki, yeni salinan metro xetleri ucun qatarlar Fransadan alinacaq amma sonradan melum oldu ki, qerarlarini deyisib rusiyadan satin alirlar. Eziz uzvler sizin bu haqda ne fkilesdiyinizi bilmek maraqli olardi?

Benzer Konular

  1. Serdar Ortac Bakıya gelecek
    By Baku in forum Şou Biznes
    Cevaplar: 0
    Son Mesaj: 04-01-2013, 11:37 AM
  2. Cevaplar: 1
    Son Mesaj: 01-27-2010, 01:51 PM
  3. Baki FC-Vaxs
    By POWER_RANGERS in forum İdman
    Cevaplar: 1
    Son Mesaj: 01-17-2010, 10:17 AM
  4. Inter Baki
    By AgLaYaN_BuLuD in forum İdman
    Cevaplar: 3
    Son Mesaj: 07-09-2009, 11:00 PM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.