4 sonuçtan 1 ile 4 arası

Niyə hər insanın səsi fərqlidir?

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Niyə hər insanın səsi fərqlidir?

    İnsan səsi, daha doğrusu insan danışması meydana gələrkən iştirak edən o qədər çox şey vardır ki, bunlar bir araya gəlincə iki insanın danışmasının eyni olma ehtimalı yox deyiləcək qədər azdır. Hətta hər fərdin danışması o qədər özünə məxsusudur ki, telefonda səsin altdan və üstdən müəyyən tezlikləri yox edilməsinə
    baxmayaraq, açar açmaz 'salam' deyişindən qarşımızdakı adamı
    tanıya bilərik.

    Səsimizin meydana gəlməsinin ana səbəbi şübhəsiz səs tellərimizdir. Səs tellərinin boyu səsimizin qalınlığını təyin edər. Nə qədər uzun olsalar səs o qədər incə çıxar. Qadınların kişilərə görə səs telləri daha uzun olmalıdır. Təbii ki səs tellərimiz sesi tək başlarına təyin edə bilməzlər. Dodağımız, dişlə-rimiz, dilimiz olmasaydı ortaya aydın olmaz narahat edici bir səs-küy çıxardı.

    Danışarkən nəfəs verərik. Bu nəfəs danışmanın xarakteristikasını təsir edən ən az 11 nöqtədən keçir. Ayrıca adamın xarakteri, havanın axışı və sürəti, ağız və dodaq quruluşu da danışmada təsirli faktorlardır. Ancaq bütün danışma hadisəsinin təşkilatçısı beyindəki bir bölgədir. Burada düşüncənin ana quruluşu yaradılar, qulaq və gözlərdən gələn siqnallarla birləşdirilər və boğaza siqnal olaraq göndərilər.

    Heyvanlarda isə beyində belə bir bölgə yoxdur. Bəzi tutuquşu, söhbət quşu hətta qarğa növlərinin danışmaları onların əzbərləmə və təkrar edə bilmə qabiliyyətləridir. Şüurlu bir danışma söz mövzusu deyil. Genetik olaraq insana ən yaxın olan şimpanzelərin belə dil və damaq strukturları səbəbi ilə insan kimi danışmaları mümkün deyil.

    Dünyanın dörd bir tərəfində fərqli dillər danışılır amma bütün bu insanlar ağızlarında bənzər səslər çıxarırlar. Hər iki dodaqları ilə 'P' və 'B', dodaq və dişləri ilə 'F' və 'V, dilin ön qisimi ilə 'T' və 'D', dilin arxa qisimi ilə də 'K' və 'G' səslərini çıxarırlar.

    Dilin ilk insanlarda, mədəniyyət və məlumatları gələcək nəsillərə köçürmə ehtiyacından doğulduğu sanılır. Günümüzə qədər altı min dil inkişaf etdirilmişdir. Dünyadakı bütün dillərin tək ortaq nöqtəsi, ən çox istifadə edilən sözlərin daha az sayda hərflə yazılmalarıdır.

    İnsan yüzündəki qaş, göz, burun, ağız və digər şəkillərin çox az fərq göstərmələrinə baxmayaraq hamısı birləşincə necə bir insan digərinə bənzəmirsə, meydana gəlməsində iştirak edən şeylərin müxtəlifliyi baxımından danışmamız da elədir
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Niyə hər insanın səsi fərqlidir?

    verdiyin bilgi için saol,tşk

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Apr 2009
    Yer
    Azərbaycan,Odlar Yurdu Bakı
    Mesajlar
    668

    Re: Niyə hər insanın səsi fərqlidir?

    Alıntı suzi333 Nickli Üyeden Alıntı
    verdiyin bilgi için saol,tşk
    rica ederim
    ♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥
    ♥----==-♥°° ♥°°♥montin♥°°♥°°♥suzi333♥°° ♥°°-===----♥
    ♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Niyə hər insanın səsi fərqlidir?

    melumatin ucun tesekkur

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.