Bir dənə siqaret yandırıram və külqabına qoyub izləməyə başlayıram.
Külqabına tökülən külləri gördükcə; xatirələrimiz ağılıma gəlir
hər biri kül olub ağrılarıma çevrilir sonra.
Arada bir əlimə alıram siqareti və içimə çəkirəm səni.
Özümü zəhərləmək üçün; daha çox, daha çox çəkirəm.
Bəzən də xatirələri silkələyirəm külqabına.
"Sən zəhəri" xoşuma gəlir, içimi ağrıdır, imtina edə bilmirəm; içimə çəkməyə davam edirəm.

Ağızımdan çıxan hər tüstüdə, ayrılarkən mənə buraxdığın;
son baxışının sureti meydana çıxır.
Hər siqaretin olduğu kimi, sənin də sonun yaxınlaşır.
Və mən yavaş hərəkətlərlə; nə vaxt səni söndürmək üçün, əlimi aparsam külqabına,
axmaqca bir ümidlə "Nə olar etmə!! " deyəcəyin zamanı gözləyirəm.
Amma heç bir zaman eşidə bilmirəm səsini.
"Və budur bitirdim səni" deyirəm.
Yox yox özümü aldadıram yəqin,
"Səni belə bitirə bilmərəm" deyirəm sonra.
Amma baxıram külqabına; bəli! Sən oradasan,
bəli! Xatirələr orada.

Ancaq, əlimdə hələ qoxun var.
Yusam da, heç çıxmayacaq bir qoxu.
Anlayıram ki; bu siqaretdə, sənin çox az bir qisimini bitirmişim.
Səndən başqa bir sən, həmişə içimdə yaşayırmış.
Və anlayıram ki, yalnız sönürsən.
Səni yenidən yandıracaq bir "Məni" gözləyirsən səbirlə.
O "Mən", çox da gözlətmir səni.
Bir daha yanmağa başlayırsan.
Xatirələr ağrılar deyərkən yenə bitirsən. Yenidən yanır və bitirsən.
Bu həmişə belə davam edir; sonunda vərdiş olursan...