3 sonuçtan 1 ile 3 arası

Ata və qızın dialoqu

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2007
    Yer
    baki
    Mesajlar
    775

    Ata və qızın dialoqu

    0 yaşında

    Ata :
    Nə qədər də gözəl. İndi bu kiçik şey mənim qızımdi?
    Gözləri də mənə nə qədər çox bənzəyir...

    Qızı :
    Bu gözlərini məndən heç ayirmayan adam atam olsa gərək...

    5 yaşında

    Ata :
    Şahzadəm mənim, gözəl qızım...
    Söylə baxaq atan sənə nə alsın...?

    Qızı :
    Ən çox atamı sevirəm...
    Atam, niyə anamla yatir?
    Həmişə mənimlə yatsın, başqasını sevməsin...

    10 yaşında

    Ata :
    Getdikcə yaramaz olur, kimə çəkdi bu qiz?

    Qızı :
    Mən atama asiqem.
    Böyüyüncə atam kimi kişilə evlenecem
    Atam bu ay cibxərcliyimi artırar goresen?

    15 yaşında

    Ata :
    Nə qədər də tez böyüdü...
    Evə də getdikcə gecikməyə basladı, bu gedişlə başına pis bir şey gələcək...Saniram daha sərt danışmalıyam...

    Qızı :
    Atam üzündən yoldaşlarımla istədiyim qədər vaxt keçirə bilmirəm...
    Mənə təzyiq etmesinden nifrət edirəm...
    Nə vaxt azad olacağam?

    20 yaşında
    Ata :
    Artıq sözümü dinləmir, məndən gedərək uzaqlaşır...
    Öz pulunu da qazanmağa basladı, mənə ehtiyacı qalmadı təbii.
    Uzun zamandır şirin bir-iki söz keçmədi aramızda onsuzda..
    Evi də davamlı oglanlar zeng edir. Yəqin qızım əldən gedir...

    Qızı :
    Hər dediyimə alınır, məni heç cür anlamır...
    Hələ keçən gün geydiyim mini ətəyə qarışmasına ne demeli?
    Evdən ayrılıb, öz həyatımı qurmalıyam...
    Uşaq rəftarı görməkdən bezdim artıq!...

    25 yaşında

    Ata :
    Bir gün bunun olacağını bilirdim...
    İşdə evlənir...
    Onsuzda aramız evvel ki, kimi deyildi...
    İndi bir də əri var...
    Şahzadəm məni tərk edir...

    Qızı :
    Belə bir gündə belə o bədbəxt ifadəni geyinməsinin nə lazımlılığı var ki?
    Bilirəm, onu heç cür içinə həzm edə bilmədi. Buna görə edir...
    Öz xəyalindəki kürəkən deyil axi.
    Sanki birlikdə yaşayacaq olan o...

    30 yaşında

    Ata :
    Çox az görüşürük. Daha sıx bir yerə gəlsək nə yaxşı olar...
    Həm nəvələrimi də darıxıram...
    Öz yoldaş ətraflarından fürsət tapıb da bizə gələ bilmirlər ki...

    Qızı :
    Atamları da çox laqeydlik edirəm yəqin...
    Yenə telefonda çox kədərli gəldi səsi...
    Heftesonu onlara sürpriz etmək ən yaxşısı...

    40 yaşında

    Ata :
    Qızım, mənim intellektual səviyyəmi kafi tapmır...
    Ona görə zamanin gerisində düşünürmüşem...
    Halbuki kiçikkən dərslərinə həmişə mən kömək edərdim...
    Anlaya bilmədiyi bütün problemləri mənə soruşardı...
    İndi məni bəyənmir...
    Bir daha onunla əsla siyasi müzakirələrə girmeyecem

    Qızı :
    Atam gedərək daha da uşaq kimi davranır...
    Davamlı bir şeylərdən şikayətlənir...
    Hərçənd son zamanlarda sağlamlığı da yaxşı deyil amma...
    Ya ona bir şey olursa...
    Onsuzda heç bir zaman dilədiyi kimi bir övlad da ola bilmədim...

    45 yaşında

    Ata :
    Qızımın xoşbəxt bir yuvası olması nə gözəl...
    Gözüm arxada getmeyecem Hər şeyi öz bacardı...
    Onunla qürur duyuram...

    Qızı :
    Atam üçün çox narahatlıqlanıram. Onu itirməyə hazır deyiləm...
    Dərmanlarını da həmişə laqeydlik edir onsuzda Allahım onu məndən alma.

    50 yaşında

    Ata :
    Dünyada xoşbəxt qal qızım !...

    Qızı :
    Səni çox özleyeceyim və axtaracağam atacığım...
    İndi mən kimə məsləhətləşəcəyəm, kim kömək edəcək mənə...?
    Nə olar getdiyin yerdə çox xoşbəxt ol...
    Və həmişə yanımda olduğunu hiss etdir,
    Nə bilim mən, arada sırada işarələr göndər məsələn ......


    qemini udmusam her nefesimde

    bitib her isteyim her hevesim de

    konlumun sizlayan kaman sesinde

    son vida qemini caldi ayriliq

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Ata və qızın dialoqu

    hekayeye gore cox sag ol qeribelikle dolu idi

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Ata və qızın dialoqu

    TŞK,HİKAYE İÇN,ÖRNEK ALINACAK ÇOK SEY VAR...

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.