Bazar ertəsi kompüterlərə kütləvi hücum başlayacaq

Kompüter istifadəçiləri ciddi təhlükə ilə üz-üzədirlər. Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mütəxəssislər noyabrın 24-də bütün dünyada kompüter viruslarının son dərəcə aktivləşəcəyi barədə xəbərdarlıqla çıxış ediblər.

'PC Tools'un təhlükəsizlik xidmətinin əməkdaşları 500 min kompüterdən troyan virusu barədə məlumat toplayaraq analiz edərək belə bir nəticəyə gəliblər ki, noyabrın 24-də virusların aktivliyi görünməmiş həddə qədər yüksələcək. Qeyd edək ki, sonuncu dəfə virusların belə aktivliyi 2007-ci ilin eyni dövründə qeydə alınıb. O zaman Şükran günündə troyan virusunun aktivləşməsi nəticəsində bir çox istifadəçinin kredit kartının nömrəsindən tutmuş özəl dosyesinə qədər məlumatlar hakerlərin əlinə keçib. Mütəxəssislər qeyd edirlər ki, hakerlər bu il də anoloji aksiyaya hazırlaşırlar. Onlar gələn həftə keçiriləcək Şükran günü və Yeni il ərəfəsində virusları aktivləşdirəcəklər.

Ekspertlər qeyd edirlər ki, hakerlər bu il də internet vasitəsilə Yeni il alış-verişi edən istifadəçilərin kredit kartlarının nömrələrini oğurlamağa cəhd edəcəklər. İlkin hesablamaya görə, istifadəçilərin bu ilki itkisi ötən ilkindən 15 faiz çox ola bilər.