5 sonuçtan 1 ile 5 arası

Ikinci cins (qadinlar ucun)

  1. #1
    n
    n çevrimdışı
    Junior Member
    Üyelik tarihi
    Mar 2005
    Mesajlar
    4

    Ikinci cins (qadinlar ucun)

    Makiaj Maddeleri, Moda Ve Qadinlardan Behrelenme

    Meqalenin yazicisi: Evlin Rid
    Tercume: Lale Cavansir


    “Qadinlar istemedikleri seyleri isteyirler.” Yox, amacimiz letife soylemek deyil. Bu cumlede iki tezadli mesele var. Bu meseleler, qadinlar oz ehtiyac ve isteklerini ancaq cinsiyyetleri cercivesinde gеrcekledirmelilir deyenlerin dunyagoruslerinden аlinib. Amma bu dusuncenin tezadli çağrışımları vardır.
    Bu insanlardan biri “Xanım Cin Morgan”dır. O bu iki təzadlı məsələni səmimi bir şəkildə gündəmə gətirir. İlk məsələ belədir:
    1- Cinsəl rəqabət bazarı, kapitalizmin yaratdığı özəlliklərdən biridir. Qadınlarsa ekonomik əmniyyətə çatmaq üçün başqa qadınlarla rəqabətə girmək zorundadırlar. Bu əmniyyət həm “iş” həm də “ər” (kişi) şəklində nəzərdə tutlabilər. Bu baxımdan qadınlar elə belə və könül istəyi ilə makyaj maddələrinə üz tutmurlar. Qadınlar sosyal sıxıntılar üzündən bər- bəzəkdən istifadə edirlər.
    2- Makyaj və bər - bəzək gözəl və zəruridir. Çünkü qadınların gözəlliyinə və daha da gözəlləşmələrinə yardımçı olurlar. Bəzəkdən istifadə etmək bizim haqqımızdır.
    Burda seçim və bəzəkdən istifadə etmək istəmə, sosyal fişarlarla yan – yana gətirilib. Ki, seçim məsələsi sosyal fişarlardan yaranır demək özü - özünə təzadlı olur.
    İkinci məsələ isə belədir:
    1- Cinsəl gözəlliyin müxalifi olan bütün insanlar, güclərini, maaşların çoxalmasına, daha yaxşı yaşam şərtlərinə, yaxşı qidalanmaya və bunun kimi şeylərə sərf etsəydilər, qadınların sağlamlıq durumu daha yaxşı olardı. Bu isə otomatikman olaraq qadınların təbii gözəlliklərini artıqraq önə çıxarmış olardı. Sonucda “makyaj maddələrinə daha az” ehtiyac duyulardı.
    2- Təbii gözəllik ölçülərini bizim üzümüzə çəkməyin. Bu daha Köhnəlib getmiş “əxlaqi gözəllik”dir. O da artıq yeni zərurətlərə uymur. Yeni dünyanın ilişkilərinə əsaslansaq, gözəllik, bəzəklərə dayanaraq daha da cilvələnməlidir. Zərurət var ikən, biz də bu hakim zərurəti gərçəkləşdirməyə çalışmalıyıq.
    Burda da gözəlliyi cilvələndirməklə normal gözəllik arasındaki seçim sosyal fişarlarla qarışdırılıb. Seçimin sosyal fişarlardan yaranmasını qəbul etmək təzadlı məsələdir.

    Təbəqələr Mezvusu:
    Bu mevzuda olan təzadlar, əslində, qadınların Seks, gözəllik və... problemlərini təbəqati problemlərdən ayırmaqdan yaranır. Beləliklə bütün mübahisələr sanki boş bir ortamda gərçəkləşir və fantaziya kimi düşünülür. Bu mevzuya gəlincə tarixə və təbəqati mübarizələrə baxılmır. Belə bir anlayış burujvazi əfsanəsindən irəli gəlir. Əfsanə isə budur: Cinsi gözəllik alanında, bütün qadınların ehtiyacları eynidir və təbəqati problemlər ilə heç bir əlaqəsi yoxdur. Bunun səbəbi də onların eyni kimliyə sahib olmalıdır: Onların hamısı qadındırlar.
    Bu söyləyiş tamamiylə yalandır. Əksinə, qadınların arasındaki təbəqati təzadlar, onların ortaq cinsi kimliklərini dağıdır. Bu söz özəlliklə eyni kapitalizm sistemi ilə idarə olunan ölkələrdə keçərlidir və təbəqati güclərin qutblaşması kəskin bir şəkildə gözə çarpır. Bu əfsanəni burujvazi ortaya atıb. Bütün qadınlar gözəl olmaq istədikləri üçün, modaya və makyaj maddələrinə müştərək bağlantıları var deyib. Hələ üstəlik, əfsanəyə əsasən moda və bəzək, gözəlliklə eyni ailənin üzvləridirlər deyirlər və əfsanəni bütün beyinlərə yeritmək üçün yeni dəlillər uydururlar. Gözəlliyin başqa – başqa zamanlarda müxtəlif şəkildə, müxtəlif qəbilə və təbəqələrdə var olduğunu söyləyirlər. Buna subut olaraq da, daha ibtidai cəmiətlərdə belə qadınlar öz bədənlərini boyayıb bəzəyirmişlər deyirlər. Bu əfsanənin əsasız olduğunu göstərmək üçün, öncə makyaj maddələri və modanın tarixinə və keçmişinə qısa bir nəzər salacağıq:
    Hələ ictimai təbəqələrin, ekonomik, sosyal və cinsi rəqabətlərin anlamı olmayan ibtidai topluluqlarda qadınlar və kişilər, hər ikisi bədənlərini boyar və bəzərmişlər. Bunun gözəlliklə heç bir əlaqəsi yox imiş. Boyanıb bəzənmə, ibtidai şərait və ibtidai işin məhsulu imiş.
    O zamanlar hər hansı bir qurupa mənsub olan fərdlərin bir şəkildə bəlirlənməsi gərəkirmiş. Bu üzdən fərdlər özlərinə nişanlar asırmışlar. Nişanlar, zinət alətləri, üzük, qolbağı, qısa ətək və belə şeylərlə məhdud olmurmuş. Xal döydürmə, boyanma, kəsik yerləri şəklində də istifadə edilirmiş. Bu nişanlar fərdlərin ancaq cinsiyyətlərini deyil, yaş quruplarını, işlərini və mövqelərini də göstərirmiş.
    Nişanlar, bir qohum yada qurup üzvlərinin kimliyi sayılırmış. İbtidai toplumların sosyalist toplum olduqlarına görə bu nişanlar həmdə ictimai bərabərliyin göstəricisiymişlər. Burujva cəmiətşünaslar bu gərçəyi açıqlamaqdan qorxurlar. Amma gərçəklərə göz yumsaq belə, onlar, ibtidai və hətta modern toplumlara hakim olan iqtisadi və ictimai güclər haqqında belə heç bir mevzunu açıqlamaq istəmirlər.
    Daha sonra təbəqati toplumlar ortaya çıxdı. Bununla bərabər, ibtidai sosyalizmdəki sosyal bərabərliyi göstərən nişanlar bütün işləvlərilə bərabər tam başqa anlamlar qazanmağa başladılar. Bu nişanlar modaya və bər - bəzəyə çevrildilər. Elə bu andan etibarən artıq sosyal ədalətsizliyin göstəricisi oldular: Toplumun zənginlər və yoxsullar, hakimlər və məhkumlar gurupuna ayrılması buna birər örnəkdir. Makyaj maddələri və moda, artəq ictimai ayrı – seçgiliyin, təbəqələr arası fərqlərin nişanı idi. Bu ayrımların ən zirvəsini, Fransa inqilabından öncəki Fransa saraylarında görürük.
    Şahlar, şahzadələr və yer sahibləri, qadın – kişi demədən günün modasına uyğun geyinir, üzlərini boyayırdılar; qızıl – gümüş asırdılar.Hər iki cins zamanın meyarına əsasən “gözəl”idilər. Amma ən önəmlisi budur ki moda və bəzək, həm qadın həmdə kişidə hakim təbəqəni bəlli edirdi və onları əkinçilərdən ayırırdı. O əkinçilər onlar üçün can çəkirdilər amma yuxarıdaki meyarlara əsaslanaraq gözəl sayılmırdılar.
    Sonralar, burda açıqlaya bilməyəcəyimiz tarixi səbəblər üzündən, kişilər moda alanını umumiyyətlə qadınlara tapşırdılar. Fransa inqilabından sonra doğulan burujvazi təbəqələri bəlli etmə məsələsini qadınlara buraxdı. Qadınlar, daha zamanın modalarına uyaraq zərbəft şalvarlar geyməyən kişilərin yerinə də, onların təbəqələrini fərqləndirmə görəvini üstələndilər. Amma yenə də bu zamana qədər moda qadınlarda belə təbəqələri fərqləndirmə üçün idi, cinsi kimlik kimi deyildi.
    Kapitalizmin gəlişməsilə birlikdə, istehsal maşınları böyük ölçüdə gəlişdilər. Geniş bazarlara və tükəticiyə olan ehtiyac get gedə artdı. Bu durumda toplumun yarısını təçkil edən qdınlar, gözəllik alanındaki pul ovçularına rastladılar. Onlar bu alanda qadından yararlanmağa başladılar. Beləliklə, moda, zənginlərin dar alanından çıxıb geniş bir şəkildə toplumun arasında yayılmağa başlayaraq qadınlara qəbul etdirildi.
    Beləcə sərmayə sahibləri söylənməyə başladılar: Bütün qadınlar gözəl olmaq istəyirlər. Demək bütün qadınlar eyni biçimdə bər - bəzəyə möhtac və bağlıdırlar. Onlar gözəllik və moda eyni şeydir deyərək ortaq ehtiyac və istəklər adı ilə öz məhsullarını qadınlara satdılar.
    Bu gün, modanın hər bölümündə, moda sərmayəçiləri milyarlar dolar qazanırlar: Makyaj maddələri, saç düzümü, gözəllik salonları, arıqlama diyetləri, zinət eşyaları - qızıl, gümüş,... – bu qazanma qaynaqlarındandır. Tacirlər gözəllik formülünün çox əsnək və deyişkən olduğunu kəşf etdilər. Zəngin olmaq üçün, yeni bir gözəllik formülü kəşf edib ortaya atmaları və qadınları bu fomülə inandırmaları yetecekdi. Amma buna dəvam etmək üçün yeni – yeni əfsanələr ürətmələri də lazım gələcəkdi. Əfsanələri isə öz reklam maşınları vasitəsilə insanların beyinlərinə yeridəcəkdilər. Bu belə olacaq:
    1- Qagınlar daha əzəl gündən kişiləri öz cinsi cazibələrinə çəkmək üçün bir birləri ilə rəqabətdə olmuşlar. Bu biyolojik bir qanundur!!! Demək qaçınılmazdır. Bu qanun bütün dönəmlərdə var olduğu üçün, əbədiyyətə qədər də var olacaqdır. Buna əsan qadınlar öz alın yazılarını qəbul edərək bir birləri ilə rəqabətə dəvam etməlidirlər.
    2- Modern toplumda diqqətə alınmayan ilk şey, bir qadının doğal gözəlliyidir. Gərçək budur ki, təbiət , gözəllik konusunda bir çox qadından üz çevirib (əlbətdə bunu bu açıqlıqda qadınlara söyləməzlər). Onlar da fiziki azlıqlardan qaçmaq üçün, yapay yardımçı vəsilələrə ehtiyac duyurlar. Bu vəsilələri isə o zəngillik peşində olan ama qadına ürəkləri yananlar onlara verirlər.
    Gəlin bir azda bu əfsanələri araşdıraq. Cinsi rəqabət təbiidir yoxsa ictimai? cəmiətşünaslıq və biyolojik araşdırmalar, təbiətdə qadınlar arasında cinsi rəqabətin olmadığından danışır. Cinsi rəqabət ancaq təbəqati toplumun yaratdığı olaydır. Bu ibtidai toplumlarda olmayıb, yəni aşağı - yuxarı bir milyon il.
    Heyvanlar aləmində dişilər arasında erkəkləri cəlb etmək üçün rəqabət gözə çarpmır. Heyvanlarda ancaq bir nev rəqabət var; o da erkəklərin bir biriylə, nəsli dəvam etdirmə amaclı təbii rəqbətidir.
    Təbiətdə qadınlar arasına rəqabət kəsinliklə yox imiş və qadınların ictimai nizam - intizamların yaranmasında böyük rolü var imiş. Ilk ictimai nizam, qadın zehniyyətinin məhsuludur. Yəni toplum rəqabət üzərində qurulan ilişkilərdən arınmış imiş. ən maraqlısı isə, hətta burujva cəmiətşünasların qadınlar arasında rəqabət yoxmuş məsələsi ilə müxaləfət etmələridir. Ama irticai cəmiətşünaslar belə bəzən bu “maraqlı özəlliyi” və “şaşırdıcı ənənəni” inanılmaz deyərək anırlar.
    Təbəqati toplum ibtidai toplumun yerini tutdu. Bu iş rəqabət, sahiblənmək və sərvət ilə gərçəkləşdi. Qadınlar da bu sistemə girmək zorunda qaldılar. Beləliklə bu ictimai problemdə təbiətin yeri yoxidi, bu yapay və toplumsal bir olay idi deyə bilərik.

    Ibtidai toplumıarda, hətta əkinçilik dönəmində belə ən sağlam, ən gözəl nümunələr, öz görəvlərini düzgün bir biçimdə yerinə yetirirdilər. Bu durumda qadının doğal gözəlliyi və sağlamlığı hər şeydən daha üstün tutulurdu.
    Kişiərkil toplumlar yaranıb gücləndikcə, zəngin kişilər onlara görə özəl olan qadınları seçməyə başladılar. Bu qadınlara “ külfət”, “kəniz” deyirdilər. Mal sahibləri kənizlərinin gözəlliyini daha da cilvələndirmək üçün onları saraylarını bəzərcəsinə bəzəyib düzədirdilər. Belə şeylərin aşıb daşdığı yerlər arasında Asiyanı görmək olar. Bu qadınlar şah və şahzadələrin cinsi mülkləri sayılırdılar. Ama yenə də, rəqabət ancaq qadınları alıb satanlar arasındaydı. Onlar ən gözəl qadını seçmək üçün rəqabətə girirdilər və qadınlar ancaq satılan bir cinci əşya kimi idilər.
    Zaman keçdikcə, tək qadınlılıq, neçə qadınlılığın yerini aldı. Bu devaranın başalanqıcında cinsi rəqabət iqtisadi məsələlərin təsirində idi. Bir sərvət sahibi olan yada bir irsə sahib olan qadınlar, zəngin olmaq istəyən kişilər üçün yaxşı yoldaş sayılırdılar. Buna gözəllik vaya sağlamlığın heç bir təsiri yox idi. Evliliklər isə kişi ilə qadının ailələri arasındaki müzakərələrə əsasən, bir mal alveri kimi gərçəkləşdirilirdi. Bu biçim əkinçilik devranının sonuna qədər dəvam etdi.
    Amerikada Avropanın əksinə olaraq, təbəqati fərqlər daha doğum zamanından bəlli olurdu. Pul sahibi olan kişilər təbəqati sərhədləri aşabilirdilər. Pullanan hər kəs öz təbəqəsini dəyişdirə bilirdi. Qaınlarda da durum eyni idi. Hər hansı bir şəraitə görə pullu bir kişi ilə evlənə bilən qadının təbəqəsi dəyişilirdi.
    Amerika toplumunun elə bu özəlliyi, əşya, seks və cinsi rəqabətə piskolojik zəmin hazırladı. Məsələn, “Horatio Alger”in hikayələri kişilərə özlərini yoxsul təbəqədən qurtama yollarını öyrədirdi. Eşq hikayələri isə, qadınlara müdürlərin özləri yada oğulları ilə evlənməyi önərirdi.
    Bu durumda moda dünyası birdən birə tapılmış, sərhəd tanımayan xəzinə kimi idi. Pullu bir alverçi çıxıb yayğın bir modanı həmən dəyişdirə bilirdi. Beləliklə kapitalist toplumda qadınları bir mal kimi alıb satmaq, yerini onlara mal satmağa verdi. Yavaş – yavaş doğal gözəlliyin də yerini yapay gözəllik aldı və bu usturə ortaya çıxdı: gözəllik və moda eyni şeydir. Modaya ehtiyac isə bütün qadınlarda ortaqdır çünkü bütün qadınların gözəl olmağa ehtiyacları var.

    Moda Alanının Mənfəttələbləri

    Yalanla, hiyləylə qadınları öz bazarlarına tərəf cəlb edən və get gedə sərmayələrini çoxaltmağa çalışan mənfəəttələbləri üç dəstəyə ayırmaq olar:
    1- qadınların vücudlarını (burun, dodaq,...) istandard modada çıxarmağa çalışan mənfəəttələblər.
    2- Makyaj maddələri, losyon, ətir və bunun kimi maddələrlə o istandard modada olan vücudu bəzəməyə və boyamaya başlayan mənfəəttələblər.
    3- Istandardlaşmış vücudu, günün modasına uyğun geyim və zinət əşyaları ilə bəzəyən mənfəəttələblər.
    Birinci bölümdə, bir qadının gözəl sayılması üçün, boyu, kilosu, və... istandard ölçüdə olmalıdır. Bunun dışında olanlar gözəl deyillər.
    Buna əsasən, söylənən ölçüdə olmayan qadınlar bu ölçüyə girnək üçün acılar çəkirlər və özlərini oda suya vururlar. Öz bədbəxtliklərinin kökünü çirkinliklərində arayırlar. Ona görə də minlərcə qadın gözəllik salonlarına axın edirlər və hətta özlərini arıqlatmaq üçün bütün işkəncələrə dözürlər.
    Sonra bər - bəzək satanlar ortaya çıxırlar və emolsiyonə olmuş cildləi bəzəmək üçün məhsullarını satmağa başlayırlar. Sonra isə bu boyanmış vücudlara paltar geyindirmək üçün, üçüncü dəstə meydana girirlər. Burda isə seçim daha əzablıdır. Alışverişdə hansına diqqət ediləcək, keyfiyyətə mi, gözəlliyə mi? Zənginlər bunun hər ikisinə diqqət edə bilirlər: 24 saatlıq bir göstəridə, səhər modası, gecə modası, kokteyil modası,... . Elə burdaca qadınlar modadan və bəzəkdən istifadə etməlidirlər deyənlər, sosyal sıxıntı və haqq məsələsinin sərhədlərini ayırmadan burujvazinin reklam tələsinə düşürlər və bəlkə də bilmədən bu mənfəəttələblərə yardımçı olurlar.
    Sonuc olaraq, bir qadın olmamız nədəni ilə, şərayiti qəbul etməyə deyil ona qarşı çıxmamız gərəkdiyinə inanıram çünkü təbəqati mübarizələr qarşı çıxmalala oluşur razılaşma ilə deyil. Qadınlar, bəzənmiş və boyalı guruplar halında yaşamağa məcbur deyillər. Gəlin, “gözəllik” adı ilə bizə qəbul etdirilən bu gələnəyi savunmayaq.

  2. #2
    n
    n çevrimdışı
    Junior Member
    Üyelik tarihi
    Mar 2005
    Mesajlar
    4

    feminizm - Ikinci cins

    8 mart – Beynelxalq qadinlar gunune hesr olunur

    Fahiselik – qadinlari buna gore alcaltmamali!

    (eyhamsiz, kinayesiz, zarafatsiz)


    Qedim Yunanistanda aile quran qizlarin deflorasiya prosesini ere getdikleri kisiler deyil, butun qohum-eqreba heyata kecirirmis. Hemin ritual zamani teze gelin das-qasdan hazirlanmis cinsiyyet orqaninin ustune otuzdurulurmus. Bu rituali kecirmekde meqsedbu imis ki, bakireliyhini itiren qiz melum agrilara gore erine ve cinsi elaqeye nifret beslemesin. Mueyyen zaman kecdikden sonra bu adet deformasiyaya ugradi. Artiq, deflorasiyani gelme ve yaxud ecnebiler mueyyen bir meblegin qarsiliginda heyata kecirirdi. Bu da qadinlara yeni bir ideya verdi: buy olla pul qazanmaq mumkundur!
    O zamanlar cox uzaq kecmisde qalib. Bu gun fahiselik en genis yayilmis ve en gelirli peselerden biridir.
    “Speed-info” qezetinin muxbirine musahibe veren birr us fahisesi on abele bir metn deyir: men eyaletden gelmisem. Paytaxtda yasaya bilmek ucun daha munasib bir is tapmaq cox cetindir. Men telebeyem. Tebii ki, teqaudum mene catmir. Tehsilimi basa vurmaq, sonra islemek ucun basqa elacim yoxdur. Amma men fahiselikle ayiq basla mesgul oluram. Bilirem ki, bu ishde ugurluyam. Ne zaman getmeli oldugumu da deqiq bilirem. Fahiselik ele bir senetdir ki, gerek zamaninda dayanmagi bacarasan. Yoxsa, mehv olmaq olar.
    Bu musahibe her bir oxucuda (eger muhafizekar dusunceden uzaqdirsa) genc bir qizdaki heyat eshqi ve xarakter, menevi guc heyret oyatmalidir. Ve tebii ki, semimiyyet… Beli, sade bir rus fahisesi oz senetine ne ac usagi, ne de ki, xeste anasiyla haqq qazandirmir. Umumiyyetle, o buna ehtiyac da duymur.
    Neinki Azerbaycanda, olkedeki “poliqonla” kifayetlenmeyib xarici olkelere uz tutan fahise qadinlarin movcudlugundan xeberdar olmaq ucun xususi diqqet teleb olunmur. Bu meseleye obyektiv yanassaq, gorerik ki, ele duz de eleyirler. Istehlakcilarin kisiler oldugunu nezere alsaq, onda etiraf etmeliyik ki, Azerbaycan kisisinin qadina deyer vermek qabiliyyeti bir yana dursun, ona fiziki zovq veren bir xanimin xidmetlerini odemek medeniyyeti de yoxdur. Eger bele deyilse onda men Dubayda, Rusiyada, Turkiyede fakiselikle mesgul olan xanimlarin hereketlerine bir izah tapa bilmirem. Ve umumiyyetle bunlarin meseleye hec bir dexli yoxdur. Menim maragima ve etirazima sebeb azerbaycanli fahishelerin oz islerine ve yasam terzlerine besledikleri munasibetdir. Axi her bir Milli fahishe (men bu sozun qarsisina Milli ifadesini artirmaqdan utanmiram) bu yola qedem qoyan kimi axmaq bir melanxoliyaya qapilir. Ona ele gelir ki, artiq her sey bitdi. O, artiq cemiyyetde eybecer bir unsure, shexsiyyetsiz ve meneviyyatsiz mexluqdur. Ustelik, her biri de hec olmasa cabalayib bir yana cixmaq, bir social movqe elde etmeye calismaq evezine ickiye, narkotike qursanaraq ozlerini mehve aparirlar. En acinacaqlisi, hamisi da ne vaxtsa onlarla evlenib enseni bu girdabdan qurtaracaq bir alicenab kishinin arzusu ile yasayirlar. Butun bunlardan daha axinacaqlisi ise xanimlarin hamisinin imkansizliqdan bu isle mesgul olmasidir. Dogrudan da qadinin fahiselikle bu senetin ona xos geldiyi ve bunu bacardigi ucun deyil, acliqdan, basqa elaci olmadigindan mesgul olmasi faciedir.
    Bir qadin kimi meni qezeblendiren daha bir cehet Azerbaycan ictimaiyyetinin fahiselere munasibetidir. Maraqlidir, niye resm cekib sonra onu satan ressam, meqale yazib onun evezinde qonorar alan journalist, lap ele bir kishiye ushaq dogub evezine hemin kisiye omru boyu boyun eti olan qadin exlaqsiz hesab olunmur, amma ele onlar kimi eziyyet cekib evezinde xidmetlerinin qarsiligini teleb eden exlaqsiz hesab olunur? Axi o istifadeciye bacardigi qeder zovq verir, bu ish hemise ona xosh deyil, o da fiziki ve menevi diskomfortlara meruz qalir, ustelik, mentiqle dusunsek, fahiseler varsa, demek, onlardan istifade edenler de var.
    Yadima bir letife dushur. Bir polis reisinden fahiselerle mubarizenin mumkun olub olmamagi barede sorusurlar. O deyir: fahiselerle mubarize menasiz ve semeresizdir. Cunki qalib geldiyin teqdirde de yene mubarize aparmaq isteyirsen, meglub oldugun halda da… Mence bu fikir hemin xanimlara verilen en duzgun qiymetdir. Bunu hec biri etiraf etmese de, her bir kisinin arzusu hansisa fahiseye sahib olmaqdir. Sadece, onlarin isteklerinin qarsisini alan amil bu cenablarin “ictimai qinaq obyekti” olmaq qorxusudur. Istedadsizlar bele arzularini, ara-sira bu xanimlarin xidmetlerinden yararlanmaqla (mumkun qeder gizli), istedadlilar ise “difirambalar” yazmaqla gerceklesdirirler. Elbette, azerbaycan kishisinin fahiseler qarsisinda en boyuk xidmeti onlara sher, roman, povest hesr etmekleridir. Onlar fahiseleri ancaq edebiyyata getirmekle kifayetlenibler. Yazinin evvelinde soz acdigim rus fahisesi kimi soyuq basla dusunende (ozumu onunla muqayise etmekden de utanmiram) dogrusu bu qerara gelmek olar: bu ellamecilerin xidmetlerindense fahisenin xidmetinden istifade edib, onun zehmetini laziminca deyerlendiren kisilerin ehtiraslari daha alicenabdir. Axi fahiseler haqda roman yazib onlara haqq qazandirmaga calisan yazarda bele bu xanimlara bir yuxaridan asagi “marazmi” var. Ozleri etiraf etmeseler de…
    Eslinde, bu iradi menim yazima da tutmaq olar. Lakin qeyd etdim ki, bu meqalemle menim meqsedim fahiselere haqq qazandirmaq deyil (cunki onlarin buna ehtiyaci yoxdur) sadece ozlerine lazimi qiymet vermeyen bu qadinlarda ozlerine bir hormet, oz ishlerine qarsi bir soyuqqanliliq telqin etmeye cehddir.

    Gunel Movlud

  3. #3
    n
    n çevrimdışı
    Junior Member
    Üyelik tarihi
    Mar 2005
    Mesajlar
    4

    Ikin cins

    Biz butun qadinlari – fahiseleri ve lesbiyanlari bele, savunuruq.

    Azerbaycan realliginda lesbiyanliq
    Sovet hakimiyyeti ile beraber hemin ideologiyanin telqin etdiyi doqmatik exlaq normalari dagildiqdan sonra neler meydana coxmadi: sen deme, baslarina and icdiyimiz, ideallasdirib muqeddeslik ortuyune buruduyumuz shexsiyyetlerden az qala yarisi cinsi azliqlara mexsus imish. Leonardo da Vinci “mavi”, Marina Svetaya lesbiyan, Qoqol nekrofil olubmush. Sohbet ondan getmir ki, adicekilern meshurlarin bu meyllerinin bize dexli var, ve ya biz onlari qinayib qinamamaliyiq. Bu meselenin gulunc terefi odur ki, butun bu istedadlarin heyat terzleri haqda melumatlar bize “filtrasiya”dan kecerek oturulmusdu.
    Indi ise ele bir dovrde yasayiriq ki, hetta eyelet hesab olunan memleketimizde bele cinsi azliqlarin movcudlugu ile kimseni heyretlendirmek mumkun deyil. Lakin bu meselede de esrlerle cemiyyetin ugrunda mubarize apardigi qadin-kishi beraberliyi pozulur. Olkede maviler azad dolasdiqlari, cemiyyetde mueyyen movqe tuta bildikleri halda lesbiyanlar oz (bele demek mumkunse) “qusurlarini” gizli saxlayirlar. O qeder гядяр gizli ki, yazini oxuyanlardan bezileri fikirlese biler: beyem Azerbaycanda lesbiyanlar da var? Ve bu suali serem shexsde teeccuble yanasi bir qezeb hissi de oyana biler ki, buna ise artiq ehtiyac yoxdur. Niye?
    Lesbiyanligin tibbi izahi hamiya melumdur. Onu da qeyd edek ki, ozlerini lesbiyan adlandiran xanimlarin cox az bir hissesi lesbiyandir. Marlen Ditrix, Madonna kimi xanimlar hemcinsleri ile sevishdiklerini etiraf etseler de, onlari lesbiyan hesab eden olmadi. Heyatin butun zovqlerinden dadan bu xanimlarin bele meyllerine bir ad vermek olardi: niye hemcins mehebbetin de dadina baxmasinlar? ABS-in kecmis prezidenti Bill Klintonun arvadi Hillarinin bu meylden kenar olmadigini ele ABS metbuati yazirdi. Bayaq qeyd etdim ki, bu zengin xanimlarin lesbiyanliga meylleri (ve ya cehdleri) teeccublu deyil. Ele azerbaycanli xanimlarin da…
    Men bunu xanimlarimizi duruya cixarmaq meqsedile demirem. Amma dogrudan da inaniram ki, Azerbaycanda lesbiyan olan bir nefer de olsun qadin tapmaq olmaz. (belke de olar.) Azerbaycanda ozlerini lesbiyan hesab eden, hemcins mehebbete meylli qadinlarin bir izahi var: lesbiyanliq onlarda menevi telebatdir. Bu menevi telebatin ne qeder guclu oldugunu nezere alanda umumiyyetle butun azerbaycanli qadinlarin lesbiyan olmamasina teeccublenmek olar. Axi o, her zaman alcaldici bir kisi kobudluguna meruz qalib. Sadece hemcins mehebbet haqqinda anlayisi olmayan avam qadinlarimiz oz melumatsizliqlari ucbatindan hemise bu meylden kenarda qaliblar. Yeri gelmisken, hec indi de azerbaycan xanimlarinin lesbiyanliq meylleri ele meyl seviyyesinde qalir. Bir-birlerinden xoslanan qadinlar oz seksual savadsizliqlari ucbatindan mehebbetlerinden nece zovq alacaqlarini bilmirler. Ve onlarin hemcinslerine qarsi ehtiraslari bir nov fiaskoya ugrayir. Neticede qadina bedeninin ne istediyi qaranliq qalmaqda davam edir. Belelikle, o, kisi ve qadin portnyorlarin arasinda secim etmeli olur.Cox zaman kishini secir. .Ona gore yox ki, onunla yataqda daha xoshdur, ona gore ki, kishi ile her sey sadedir, aydindir ve klassikdir.
    Ve her seyde oldugu kimi azerbaycan qadini yene de kishiye uduzur. Olkede az qala mavilerden ibaret shehercik yaranir. Onlar gizlenmeye, utanmaga daha ehtiyac duymurlar. Konservativ Azerbaycan cemiyyeti bele, onlari qebul etmeye baslayir, lesbiyanlar ise… Qadinlar onlari her bir kisiden daha yaxsi anlaya, onlarin ne istediklerini daha hessasliqla duya bilecek hemcinsine olan sevgisinden utanaraq yari xosh – yari zor kobud kisilerin qucagina qayidir.
    Umidsizliye qapilmayaq. Bu hal muveqqetidir. Dunyada cinsi azliqlarin (hele ki azliqlarin) huquqlarini mudafie eden, onlarin problemlerini hell eden teskilatlar yeqin ki olkemizde de fealiyyete baslayacaq. Tedricen qadinlarimizin seksual savadsizliqlari legv olunacaq. Ve nezere alsaq ki, Azerbaycan kishisi sonsuza qeder indiki ve hemiseki kimi bele kobud, anlayissiz, eqoist olacaq, onda Azerbaycan xanimlarinin 3-den 3-sinin hemcinx mehebbete meyli olacaq. Niye de yox? Axi eks cins yalniz fiziki zovq vere bilirse, qadinlarin bir-biri ile sevismeyi iki zerif mexluqun ruhunun isteklerinin, ehtiraslarinin qovusmasidir. Meger bu, estetika deyilmi?

    Gunel Movlud


    Dusunun: niye fahise deyende yalniz qadinlar nezerde tutulur, agla gelir?
    Axi zamanimizda kisiler de bu ishle mesgul olur.

  4. #4
    n
    n çevrimdışı
    Junior Member
    Üyelik tarihi
    Mar 2005
    Mesajlar
    4

    ikinci cins

    Oglan analarinin faciesi

    Very long way to the beauty..!
    Bir defe bir yazarimiz mene oz usaqligindan danisirdi. Deyirdi, 6 yasim olanda anam mene qonsudaki diger 6 yasli usagi gosterirdi ki, get onu doy, mohkem cimciqla. Her furset dusende anam qapinin arxasinda gizlenir, meni o yashidim ushagi doyub-incitmete gonderirdi. O zaman bunun sebebini anlamirdim. Bir az boyuyenden sonra meseleni basa dusdum. Sen deme, atam o ushagin anasi olan qonsumuzdaki rus qadinla gorusurdu. Anam bunun qarsisini hec cur ala bilmeyince, bele ifade edirdi acizliyini. Men de gedib cimciqlayirdim o rus ushagi... Bunu esidende indi 60 yaslarinda olan qadinin ozunemexsus intiqami ele tesirlendirmisdi ki meni, onu bedenimin yarali bir ezasi qeder cox sevmisdim…
    Amma sonralar hemin qadin altshuurunda qalmis o xatirelerin intiqamini yene oglu, ancaq bu defe orta yaslarina gelmis yetkin oglu vasitesile basqa qadinlardan alanda… Qadin psixologiyasinin bezi qaranliq guseleri – bax, buna deyirler.
    Kecen aylarda o qadinin oglunun toyunda olduq. Sevgilileri tebrik etdik, gulduk, oynadiq, seadet diledik… Amma ustunden 2 ay kecenden sonra beyin bundan evvel yazilmamis iki nigahi ve 7 ayliq qizi oldugunu esidende hami “aaa…” etdi, gelinciyez ise bu gune qeder uc-dord defe intihara qalxib, ayilir-bayilir, cirpir ozunu daga-dasa. Cirpmaz olurmu? Her seyden maraqlisi, oglan sen deme, anasinin xeyir-duasiyla evveller cox qadinlari bele gozuyasli qoyub, iki aydir evlendiyinese “buyur, qapi aciqdir” deyir. Ana ve ogul.
    ***
    Oglan analari diger qadinlardan xeyli ferqlenirler. Yuxaridaki hadisenin mueyyen payini onlarin her birisinde taparsiz. Psixoloqlar yazirlar ki, qiz ushaqlarini ezizleyib-oxsharken “ay menim qizimin toyu olacaq” , “ay menim qizimi bi rag atli oglan gelib aparacaq” deyerek monoqamligi terbiye eden analar oglan usaqlarinin shuuruna poliqamligi yeridirler: “ay menim bu oglumun derdinden qizlar olecek”, “ay menim oglum telefonla gunde nece qizla danisacaq, biriyle sagollasib, o birine zeng edecek”, “capqin oglum, necesen?”… Qadinlar, tesir eks-tesire beraberdir. Oglan usaqlarini kulli-ixtiyar kimi boyutmeniz, onlara sevmeyi deyil, atmagi ve yaxmagi oyretmeniz – bu terbiyeniz boshuna getmir, ne zamansa oz hemcinslerinize qarsi cevrilir. Heminquey “Ecel zengi” eserinde nece yazirdi? “kilse zenglerinin sesini esitsen, sorushma ki, kimdir dunyadan kocen? Sensen dunyadan kocen.”
    Belece, eziz qadinlar, sizi atdiqlri, caresiz kucelerde buraxdiqlari zaman esla gunahi kshide axtarmayin, gunah onun anasi olan hemcinslerinizde ve bu hadisenin qisasini dogacaginiz oglan ushagi vasitesile basqa qadinlardan cixmanizdadir. Ona gore radikal feministler ne qeder deseler de ki, qadinlarin bedbextliklerinde “menfur” kishiler ve onlarin dominantligi gunahkardir, bu qulaginizdan alin, o qulaginizdan verin. Qadinlarin bedbextliklerinde ele qadinlar ozleri gunahkardir, kishileri de terbiye eden qadinlardir.
    Kishilerin arasinda gizli bir bag, terefkeslik olmasi, qadinlarinsa bir-birlerine gizli-gizli nifretleri, ebedi olaraq oz erlerine bashqa qadinlari pislemeleri , diger butun qadinlari gozden salmaga calismalari… bu ebedi muherriki dayandirmaq sizin elinizdedir, oglan analari.
    ***
    Sirr deyil ki, qadinlarin bir-birlerini gormeye gozleri yoxdur. Kimse kiminlese refiqelik edir, elbette. Amma umumilikde… hetta bele bir mesel var: qadinlar arasinda refiqelik – bir-birine husum etmemeye dair muqavile paktidir. Cox az qadinlar bu problemi ozleri ucun hell edibler. Maraqlidir, goresen tekce bizim toplumdadir bu gizli nifret, yoxsa basqa toplumlarda da qadinlar bir-birlerinin uzune gulub eslindese tehemmul ede bilmirler. Internetin axtarish servislerine “pocemu jensini nenavidyat druq druqa” yazsaniz, dunyadan bir cox psixoloji ve sosioloji tedqiqatlar, forum polemikalari daxil olmaqla 30-40 qatli cavablar cixar qarshimiza. Sen deme, qadinlarda bir-birlerine qarsi en pataloji Isvecde yasayan rus qadinlarda qeyde alinib. (kofe.ru) Onlar hamisi ora eyni bir yolla – Rusiyada ecnebilerle tanish olub evlenerek getseler ve karyeraya baslasalar da, bir-birlerini gormeye gozleri yoxdur. Hetta kucede rus qadinlarin bir-birlerinin sacindan tutub yolmasi hallariyla da tez-tez rasatlasir Isvec polisi. Hucuma meruz qalmamagin en yaxsi usulu – hucum etmekdir – Isvecdeki rus qadinlar bu shuarla yasayir. Felsefede ise ebedi qadin sualindan danisilir: “Kim yaxsidir – o qadim, yoxsa men?” Azerbaycanda qadin dozumsuzluyu sahesinde mesele helelik sadece erlerine qisqandiqlari qadinlari pislemek ve benzer simtomlarla yekunlashir. Cunki Azerbaycan qadini hesab edir ki, bir qadinin qiymeti onu nece kishinin beyenmesi sayi, sevmesi derecesile olculur. Bele olan halda ibtidai indan tovruyle, basqa qadinlari ezmek, ozunu yeganeletmek kishilerle tek qalmagin priyomudur.
    Biz bu bolumde qadin dozumsuzluyunu psixoloji fakt kimi nezerden kecirdik. Butov bir cinse nifret etmeyin bir de ferqli – felsefi sebebi melumdur. Veyninger 24 yasinda “Cins ve xarakter” eserini yazib, qadinlara ve kisilere nifretini bildirib intihar etdi. Sebebse yuxaridaki kimi qadinlara yabani, tehtelshuur nifret deyil, rasional nifretdir. Veyninger keshf etmisdi: “Istisnasiz her bir qadinda bir az lesbiyanliq, her bir kishide bir az mavilik var”. Eger bizim qadinlar ozlerini test etseler, gorerler ki, onlarda hemcinslerine dozumsuzluyun birinci – psixoloji, tehtelshuur sebebi hokmranliq edir. Butov bir cinse veyningersayagi bifret ise tamamile basqa – rasional nifret novudur.
    ***
    Cenubi Azerbaycandan Bakida qonaq olan edebiyyatci Lale Cavanshir hem de feministdir. Eziz qadinlar, o cox inanir ki, diaqnozunuzu acib gostermekle Ifrite – Melek shkalasinda tereddud eden sizleri meleye dogru gelisdirmek olar. Zira, tehsilli bir toplumda yanlisliqlar az olyr. Diger terefden, bashqa qadinlarla sozugeden problemi hell etmek hem de daxili huzur demekdir. Lale Cavanshirin boyuk umidlerini lutfen bosha cixarmayin, eziz qadinlar. Sizi bir-birinize qarsi semimi tolerantliga devet edirik. Axi her halda kishiler sizi mesum ciceklere benzedirler…

    nermin

  5. #5
    Member
    Üyelik tarihi
    Jan 2005
    Yer
    ESKİŞEHİR/TÜRKİYE
    Mesajlar
    67

    kadınlarımız.

    bu konuları daha öz herkesin anlayacagı dilden yazarsak daha faydalı oluruz bu forumda daha aktif ve akıcı bir üslup kullanmalıyız kişilerin uykusu gelmeden kısa az ve öz sohbetlerle hitap etmeliyiz..selamlar...tüm kadınlarımıza......
    ATAHAYAT

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.