1789-cü ilində fransanın savaş gəmiləri tulun limanından misrə tərəf yola düşdü. Bu gəmilər 5 min əskərlə və Napoleonun öz başçılığ ilə gecə iskəndəriyyə limanına yetişib və şəhəri fəth elədi. Napoleonun qəsdi varidi qahirəni fəth edə; buna görə qahirəyə hücum eləməmişdən qabaq bir elamiyyə yaydı ta misr cəmatı onun qarşısında müqavımət göstəməsin.

Napoleonun elamiyyəsi belədir:

«bəsmillaherrəhəmanerrəhim, laelahə ella allah, məhəmməd rəsul allah. Fransa millətinin adına ki öz binasını azadlıq və bilığa qoyub. Qədim zamanlardan sizin ölkəyə hökümət edən bəylər, fransa millətin təhqir edib və onların tacirlrinə işkəncə verirdilər. İndi allah rəbbəlaləminin iradəsi belədir ki onların sultanlığına son qoyula. Mən misr məmalikindən çox allaha və onun rəsuluna ehtiram qoyuram. onlara deyin ki allah məhzərində camaat arasında fərq yoxdur, məgər ağıl və insan və əxlaqi kəmallar və fəzilətlərə görə . . . Şeyxlər, qazilər və imamlar camaata itminan versinlər ki biz həqiqi müslmanıq. Məgər biz deyildik ki Rom şəhərinə getdik və camaatı müsəlmanlarla mübarizəyə çağıran Papı yerində otürtdüq?»

Və belə oldu ki fransa qoşunu neçə aydan sonra qahirəyə qədər qabağa getdi.