2 sonuçtan 1 ile 2 arası

Günün qoroskopu (24.02.2012)

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Günün qoroskopu (24.02.2012)

    Bir çoxları üçün gün vacib kəşflər və dəyərli məlumatın əldə edilməsi ilə əlamətdar olacaq.

    Nəzərdə saxlayın ki, məlumatları gözləmədiyiniz mənbələrdən ala bilərsiniz: nə eşidirsinizsə, yadınızda saxlamağa çalışın. Peşəkar sahədə dəyişikliklər mümkündür. Bu gün bir çoxları yeni bir fəaliyyətə başlayacaq, yaxud da köhnə iş metodlarını dəyişməyə çalışacaqlar.

    Şəxsi münasibətlərdə çətinliklər yaranır: hətta ən yaxın insanlar razılığa gələ bilmirlər. Çünki hər kəs ilk növbədə öz maraqlarını müdafiə etməyə çalışır. İri alış-veriş və ya sövdələşmələr üçün münasib gün deyil: itkiləriniz böyük ola bilər.

    Qoç - Problemləri siz özünüz-özünüzə yaradırsınız, çünki tamahınızı dəf eləmir, hətta yaxşı qurtarmayacağını bildiyiniz halda, emosiyalarınızın təsiri altında hərəkət edirsiniz. İşləmək istəmirsiniz, bu səbəbdən də çox maraqlı imkanları əldən verirsiniz. Xırda maliyyə itkiləri mümkündür.

    Kiminsə gözünə kül üfürmək üçünsə ideal gündür. Kütləvi çıxışlar uğurlu olacaq, prezentasiya və yaxud digər bu kimi tədbirlərdə iştirak xoşunuza gələcək. Unutmayın ki, bu gün əvvəllər verdiyiniz bütün vədləri mütləq yerinə yetirmək lazımdır, hətta heç vaxt ciddi əhəmiyyət vermədiklərinizi də.

    Buğa - Ünsiyyət üçün çox çətin gündür. Yerinə yetirilməsi çətin olan tələblər irəli sürür, xırdalıqlara görə mükafat gözləyir, kimsə sizə diqqət yetirməyəndə hirslənirsiniz. İşlərinizə köklənmək çətindir, bir məsələni bitirməmiş o birinə keçir və elə onu da yarımçıq qoyursunuz. Günün ortası daha gərgindir, nahaqdan vurnuxacaqsınız, emosiyalar qızışacaq.

    Maliyyə çətinlikləri yarana bilər. Xərclərlə bağlı məsləhətlərə qulaq asmırsınız, amma çox nahaq. Təşkilati məsələlərlə məşğul olmaq, təntənəli tədbirlər hazırlamaq məsləhət deyil.

    Əkizlər - Yetərincə uğursuz gündür. Qarşınızda əla perspektivlər açılır, amma heç cür onlardan yararlana bilmirsiniz. Nəticədə kimsə qabağa gedir, sizsə dil-dodağınızı dişləyirsiniz. Sizin üçün dəyərli olan bir insanla münaqişə etməyiniz mümkündür. Fikrinizi birbaşa demək xasiyyətiniz xoşagəlməz situasiyalar yarada bilər.

    Zədə almaq ehtimalınız da güclüdür. Əgər fiziki işlə məşğul olmağı, yaxud səfərə çıxmağı planlaşdırırsınızsa, bu barədə unutmayın. Həmçinin ictimai iaşə müəssisələrinə baş çəkməyiniz də məsləhət deyil, zəhərlənə bilərsiniz.

    Xərçəng - Kaprizlərinizə və ötəri həvəslərinizə daha çox vaxt ayırırsınız, nəinki həllini gözləyən vacib məsələlərə. Bu davranışınızı nə qədər tez dəyişsəniz, sizin üçün bir o qədər yaxşıdır.

    Düzgün qərar qəbul edərək onları həyata keçirmək bu gün göründüyü qədər də çətin deyil. Sadəcə, öz intuisiyanıza daha çox güvənin. Ən başlıcası - sizi vacib hesab etdiyiniz qərarlardan çəkindirən şəxslərin məsləhətlərinə qulaq verməyin.

    Şir - Gün sürprizlərlə doludur, amma təəssüf ki, bunların heç də hamısı xoş deyil. Sizin güvənməyə alışdığınız insanlar bu gün özlərini məntiqsiz aparır, bu isə gələcək işbirliyinizi sual altına qoyur. İş ortaqlarınız və rəhbərlik qarşınızda çətin məsələlər qoyurlar, hətta sizin ünvanınıza əsassız tənqidlər də səslənə bilər.

    Maliyyə vəziyyətiniz isə sizi sevindirəcək. Nəhayət ki, çoxdan planlaşdırdığınız əşyaları ala bilərsiniz. Yaxınlarınızla fikir ayrılığı yaranır, bunların əksəriyyəti yersiz və xırda olduğundan vəziyyəti yoluna qoymaq sizə çətin olmayacaq.

    Qız - Sizi çətin gün gözləyir. Qarşınızda duran məsələlər çox çətindir. Düzdür, onların həlli üçün mükafatınız böyük olacaq, amma hətta bunu bilərək işə həvəssiz yanaşırsınız. Çünki çox yorulacağınızı hiss edirsiniz. Bəzi Qızlar öz planlarını dəyişməli, əyləncələri və istirahəti qurban verməli olacaqlar.
    Yaxınlarınızla ünsiyyətiniz gərginləşir. Hiss edirsiniz ki, sizdən narazıdırlar, amma bunu düzəltmək üçün əlinizdən heç nə gəlmir. Xanım Qızlar bu gün daha əsəbi və şıltaqdırlar, kişilər isə emosiyalarına nəzarət edə biləcəklər.

    Tərəzi - Çox uğurlu gündür. İşgüzar aktivliyiniz yüksəkdir, peşəkar uğurlarınız parlaq olacaq. Rəhbərlik rəyinizi dinləyir, işin təşkili ilə bağlı ideyalarınızı qiymətləndirir. Bəzi Tərəzilər karyera nərdivanı ilə lap yuxarılara qalxa bilməsələr də, bunun üçün yaxşı zəmin yaradacaqlar.

    Şəxsi cəbhədə də işlər pis getmir. Sizin üçün dəyərli olan şəxslər sizə diqqət göstərəcəklər, yaxınlarınızla ünsiyyətdən həzz alacaqsınız.

    Əqrəb- Bu günün hadisələri sizi keçmişə qaytaracaq - çünki bu gün baş verənlərin əsas səbəbləri məhz keçmişdən qaynaqlanır. Həm özünüzün, həm başqalarının hərəkətlərini obyektiv qiymətləndirmək iqtidarındasınız. Düzgün mülahizələr yürüdəcəksiniz. Bu isə səhvlərinizi düzəltməkdə sizə yardımçı olacaq. Bu, yorucu və xoşagəlməyən haldır, amma əgər bir yerdə dayanıb durmaq istəmirsinizsə, çox vacibdir.

    Günün ikinci yarısı xeyli sayda planlaşdırılmayan təmaslar, görüşlər mümkündür. Əvvəlcə sevinəcəksiniz, amma sonra tənhalığa çəkilmək, sakitcə istirahət etmək istəyiniz güclənəcək.

    Oxatan - Tələsmək lazım deyil. Sıradan bir gün deyil və siz tələsməklə hər şeyi korlaya bilərsiniz. Düşünülmüş, ardıcıl hərəkətlər gözlədiyiniz nəticəni verməsə də, hər halda, daha yaxşıdır, çünki yeni problemlər yaratmayacaq. Məsləhətlərə qulaq asın, amma onlara tənqidi yanaşın: ən uğurlu qərarı siz müstəqil verməlisiniz.

    Ən yaxın adamlarınızla fikir ayrılığınız ola bilər. Sizə elə gəlir ki, heç kim sizi nəinki başa düşmək, heç dinləmək də istəmir. Odur ki, neqativ emosiyaların öhdəsindən bu gün təklikdə gəlməli olacaqsınız.

    Oğlaq -Bu gün qarşınızda, həqiqətən, gözəl perspektivlər açılır. Ancaq siz onların yalnız birindən istifadə edə bilərsiniz. Odur ki, tələsmədən, düzgün seçim etməyə çalışın. Ətrafınızda baş verənlərə qarşı diqqətli olun, öz intuisiyanızın səsinə qulaq verin. İpucu göz qabağındadır, sadəcə, onu görüb, yararlanmaq lazımdır.

    Yaxınlarınızla münasibətləriniz gərgindir. Sakit və soyuqqanlı insanlarla daha yaxşı dil tapa bilirsiniz. Emosional insanlarla ünsiyyətdən qaçın: sizi xudpəsəndlikdə, laqeydlikdə günahlandıracaqlar.

    Dolça - Baş verən hadisələr sizi o qədər də sevindirmir. Hiss edirsiniz ki, tezliklə həyatınızda nəyisə dəyişdirməlisiniz və bu sizi qorxudur. İş burasındadır ki, inqdi qəti addımlar atmağa hazır deyilsiniz. Üstəlik, istiqamətinizi də doğru-düzgün təyin etməmisiniz. İnandığınız insanlarla şəraiti təhlil edin: onların təklif və məsləhətləri əsasında düzgün nəticələr çıxara bilərsiniz.

    Yersiz həyəcanlardan, əsəbi gərginlikdən özünüzü qoruyun: streslərin ucbatından xroniki xəstəlikləriniz güclənə bilər. Sakit olmağa çalışın.

    Balıqlar - Sadə və xoş gündür. Hər şey öz axarıyla gedir, bu da sizi qane edir. Başladığınız işlərin uğurla nəticələnəcəyinə şübhəniz olmasın, sadəcə olaraq, vaxtla bağlı bəzi problemlər yarana bilər. İşgüzar təmaslar, danışıqlar, ortaqlarla qeyri-formal görüşlər üçün münasib gündür. Nəzərə alın ki, tərəfinizdən olan ən xırda diqqət də münasibətlərin yoluna qoyulmasına şərait yaradacaq.

    Sevgililərindən ayrılıb bundan peşmanlıq çəkən Balıqların öz səhvlərini düzəltmək imkanı var: barışmaq üçün əla gündür. Yeni tanışlıqlar isə əksinə, sevincdən daha çox, problem gətirir.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    386

    Re: Günün qoroskopu (24.02.2012)

    Şəxsi cəbhədə də işlər pis getmir. Sizin üçün dəyərli olan şəxslər sizə diqqət göstərəcəklər, yaxınlarınızla ünsiyyətdən həzz alacaqsınız. sağ ol eeeeeee

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.