2 sonuçtan 1 ile 2 arası

Ulduz Falı

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Ulduz Falı

    QOÇ - Ümumi süstlüyünüzü nəzərə alıb daha çox istirahətə yer ayırın. Qəlbinizə yaxın insanlarla görüşməyiniz rahatlığınızı artıracaq. Maliyyə sahəsində də uğurlarınız mümkündür.

    BUĞA - İşgüzar sövdələşmələrə başlamağa dəyər. Amma bu planınızı nahardan sonraya saxlamayın. Əks təqdirdə, razılığa gələ bilməyəcəksiniz. Ulduzlar pəhriz saxlamağı məsləhət görür.

    ƏKİZLƏR - Ümumi mənzərə ürəyinizcə olacaq. Ələlxüsus da günün birinci yarısında iştirakçısı olduğunuz proseslərdən məmnun qalacaqsınız. Amma imkan varsa, uzaq yola çıxmaqdan vaz keçin.

    XƏRÇƏNG - Özünüzə qapılmağa son qoyun. Çünki indi aktivlik məqamıdır. Göylərə, ulduzlara bel bağlamaqdansa reallığı nəzərə alıb konkret addımlar atın. Sadəlövh olmağın yeri deyil.

    ŞİR - Mənfi yüklü Ay bürcünüzdə olduğu üçün davranış və ünsiyyətinizdə sabitliyi qoruyun. Hər hansı riskli addımlara da yol verməyin. Axşama doğru ürəyinizə yaxın adamlarla bir araya gəlin.

    QIZ - Bu günün sizə mənfi təsir edəcəyi gözləniləndir. Odur ki, fəaliyyətdə və qarşılıqlı münasibətlərdə obyektivliyinizi qorumağa çalışın. Yaxşı olar ki, axşamı öz evinizdə keçirəsiniz.

    TƏRƏZİ - Qarşınızda sevinc dolu bir təqvim durur. Ulduzlar zamanın bütünlüklə xeyrinizə işləyəcəyindən xəbər verir. Bu səbəbdən də aktivliyinizi artırmalısınız. Maraqlı görüşlər də mümkündür.

    ƏQRƏB - Yaxşı olar ki, bütün məsələlərdə daxili sabitliyinizi qoruyasınız. İnsanlarla münasibətdə neytral olmağa çalışın. Onsuz da ətrafınızdakılar bu gün sizi tam anlamayacaqlar.

    OXATAN - Əgər gün ərzində səhhətinizi nəzarətdə saxlaya bilsəniz, hansısa digər probleminiz üzə çıxmayacaq. Saat 14-17 arası maraqlı və gələcəyinizdə rol oynaya bilən adamlarla rastlaşacaqsınız.

    OĞLAQ - Əgər vacib bir işiniz çıxmazsa, vaxtınızı daha çox oturaq şəraitdə, lap elə evdə keçirin. Çünki bu gün sizin üçün passiv gündür. Ulduzların düzümü yalnız saat 16-18 aralığını uğurlu sayır.

    SUTÖKƏN - Hansısa məqsədlərinizi reallaşdırmağa tələsməyin. Çünki ixtiyarınızda olan bu təqvim aktiv deyil. Yaxşı olar ki, düşüncələrinizi ilahi qanunlar əsasında tənzimləyəsiniz.

    BALIQLAR - Günün ilk yarısını daha çox istirahətə həsr edin. Həmin ərəfədə evdə təmir-tikinti işləri ilə məşğul olmaq səmərəlidir. Sonrakı müddətdə isə planların icrasına başlamaq olar.

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jan 2011
    Mesajlar
    27

    Re: Ulduz Falı

    yalandi bunlar

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.