3 sonuçtan 1 ile 3 arası

Azərbaycanın nömrə faciəsi

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Feb 2011
    Mesajlar
    19

    Azərbaycanın nömrə faciəsi

    Eşidiblər ki,İlham Əliyevin telefon nömrəsi də bu rəqəmlə başlayır. İnanın bu rəqəmlə başlayan nömrə almaq üçün insanlar dəridən qabıqdan çıxır, təkcə “211” faktına görə 4-5 min manat pul xərcləyirlər”
    Bu söhbəti keçmiş dostların hansındansa eşitmişəm. Deyirdi ki, dörd-beş il əvvəl xaricdən qonağı olub. Onu yaxşıca gəzdirib, yedizdirib, məlumatlandırıb, aparıb hava limanından yola salanda soruşub ki, Azərbaycan haqqında nə deyə bilərsən. Qonaq da yaxşı müşahidə qabiliyyəti olan adam imiş. Qayıdıb ki, Azərbaycanda iki şey dünya ilə tərsmütənasibdir. Birincisi, dünyanın hər yerində piyada adamlar sürətlə hərəkət edirlər, hamı tələsir, sizdə isə adamlar veyillənə-veyillənə gəzir. Bir də dünyada adamlar avtomobillə çox yavaşdan, aşağı sürətlə hərəkət edirlər, sizdə isə maşına minən qazın üstünə çıxır, sanki təcili yardım maşını sürürmüş kimi çox möhkəm hərəkət edirlər. Bax, bu iki şey sizin qəribə camaat olduğunuzu göstərir...

    Bu söz məni elə tutub ki, eşitdiyim vaxtdan uç-dörd il keçməsinə baxmayaraq, hələ də unuda bilmirəm. Doğrudan da bizim insanlarda elə irsi xüsusiyyətlər var ki, bunu dünyanın heç bir xalqında, toplumunda görmək mümkün deyil. Mən bu cür məsələləri çox ciddi problem hesab edir və millətin inkişafını əngəlləyən ən böyük maneə sayıram. Məsələn, mənə maraqlıdır ki, nəyə görə bu ölkədə “07” markalı maşınlarının demək olar ki, hamısının dövlət nömrə nişanında mütləq “7” rəqəmi olmalıdır? Tutaq ki, yaxşı halda “777”, “077”, “007”, pis halda isə “567”, “275”, “729” və. s. Axı ay xalq, sənin kreditə aldığın “07”-nin nömrəsində mütləq hansısa rəqəmin “7” olması nəyi dəyişəcək? Şəxsən, mən olduqca elementar və adi görünən bu faktı faciə kimi qarşılayır və bunu ölkənin ən böyük problemlərindən biri hesab edirəm. Mənə görə, bu qədər cılızlığa yuvarlanan bir cəmiyyət heç vaxt Qarabağı alacaq qədər güclü ordu yarada bilməz. İki manatlıq kontur almağa pul tapmayan, işi gücü ona-buna “vızıv”etmək olan, lakin mobil telefonunun nömrəsi məsələn, “01-01” qurtaran vətəndaşı olan bir ölkədə hansı inkişafa ümid etmək mümkündür? Bu ölkədə “Eurovizion” keçirtmirsən, Olimpiya məşəli yandır, bu səviyyəli cəmiyyət zülmət içində qalacaq...

    Yazı belə alındı ki, onun əvvəlində daha çox cəmiyyətin aşağı təbəqəsini hədəfləyən məqamlara toxunduq. Dərd burasındadır ki, Azərbaycan cəmiyyətində aşağıdan yuxarıya meşşanlıq, dəbdəbə, cılızlıq baş alıb getməkdədir. Yəni təkcə “07” sürən deyil, “Jeep” sürən də “zerkalnı” nömrə xəstəsidir. Onun da mobil telefonunda rəqəm sıralamaları parlaqdır, adamı heyran edir, asan yadında qalır. Bu ölkədə özünə bir az babat gün ağlaya bilən adam qaçıb özünə min hoqqadan çıxaraq “211”lə başlayan mobil nömrə alır. Guya eşidiblər ki, prezident İlham Əliyevin telefon nömrəsi də bu rəqəmlə başlayır. İnanın, bu rəqəmlə başlayan nömrə almaq üçün insanlar dəridən qabıqdan çıxır, təkcə “211” faktına görə 4-5 min manat pul xərcləyirlər. Bu nömrəni “050 211”lə ala bilməyənlər, ürəyini soyutmaq üçün “055 211” alır ki, qoy heç olmasa bu şəkildə ürəyini soyutsun. Bədbəxt millət. Siz Allah, özünüz deyin, bu səviyyə ilə Avroatlantik məkana yox ee, heç Afroatlantik məkana da inteqrasiya mümkündür? Axı bu cür meşşanlıq içində çapalayan bir cəmiyyətdə iqtidarı niyə günahlandırmalıyıq? Axı bizim intellektual səviyyəmiz, ictimai şüurumuz yuxarıdan lap aşağıya kimi hələ də quldarlıq, şahənşahlıq mərhələsindədir.

    Bizim kənddə bir Oktay var idi, ancaq biz hamımız onun adındakı “k” hərfini “x” ilə əvəzləyib Oxtay deyirdik. Bu adam bər-bəzək, maşın həvəskarı olsa da, traktorist idi. Yəni maşını yox idi. O da ürəyini soyutmaq üçün traktorunu balaca maşın kimi düzlətmiş, ona hətta pioner maqnitofonu alıb qoymuşdu. Təsəvvür eləyin də, traktorda maqnitofon. Məsələ beləydi ki, Oxtay ancaq maqnitofona traktorunu söndürəndə qulaq asa bilirdi, başqa vaxt texnikanın səsindən musiqini eşitmək mümkün olmurdu. Bu adam da belə bədbəxt idi. İndi bizim cəmiyyətin də bax həmin Oxtayla heç bir fərqi yoxdur...

    Əslində, mən bu yazını bir neçə gün əvvəl Milli Məclis tərəfindən “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklə bağlı yazıram. Milli Məclis qanunvericilikdə dəyişiklik edərək “Zerkalnı” dövlət nömrə nişanlarına yeni rüsumlar təyin etdi. Yəni indiyə kimi qeyri-qanuni baha qiymətə satılan dövlət nömrə nişanlarının məsələsi qanuniləşdirildi. Tutaq ki, kimsə gedib “010”la qurtaran nömrə almaq istəsə, 2-3 min manatından keçməli olacaq. Ancaq burada bir vacib məsələni unutmaq olmaz. “QAİ” avtomatik olaraq, həmin nömrələrinin qiymətini ikiqat bahalaşdıracaq və bu dəfə artıq vəziyyət lap pis olacaq. Belə ki, indiyə kimi tutalım “007” nömrəsi üçün 2 min ödəməli olan bədbəxt, indi artıq 4 min verməli olacaq. Qoy, bu insanlar meşşanlığının cavablarını alsınlar. Mən sadəcə, ona gülürəm ki, bu ölkədə rüşvətin, korrupsiyanın, səviyyəsizliyin qarşısını almaq əvəzinə Milli Məclis həmin meşşanlığı qanuniləşdirir. Demək qaydalar qanunları üstələyir...

    Yazının sonunda daha bir faciəli fakta da diqqət çəkmək istəyirəm. Azərbaycanda, yuxarıda qeyd etdiyim kimi, baş verən bu faciələr aşağıdan yuxarı deyil, yuxarıdan aşağı gəlir. Təsəvvür edin, bu gün Azərbaycanda hakimiyyətin yüksək pilləsində təmsil olunan məmurları gəzdirən avtomobillərin “AA” seriyalı dövlət nömrə nişanı var. Məsələn, məlumdur ki, dövlət başçısının avtomobili “AA - 001”, baş nazirinki “AA - 002”, Bakı merinin avtomobili “AA - 008”, fövqəladə hallar nazirinin avtomobili həmin seriya ilə bir qayda olaraq “900”, daxili işlər nazirinki “010”, Şeyxinki “017”, mili təhlükəsizlik nazirininki “009”, Prezident Administrasiyasının rəhbərinin avtomobili “500”-lə, Hacı Madərinki “012”ilədir. Bu siyahını nazirlərin və yüksək vəzifəli şəxslərin sayına uyğun olaraq davam etdirmək olar. Burada gizli və qeyri-adi heç nə yoxdur. Hər gün gözümüzün qarşısında yolumuzun üstündədirlər. Mənim bunu yazmaqda məqsədim ayrıdır. Anlaşılmaz və yazılmalı olan odur ki, hansı məmurun xidməti avtomobilinin dövlət nömrə nişanı necədirsə, onun qohum-əqrəbasının, mühafizəçisinin, xalası uşaqlarının, yaxınlarının da maşınlarında belə nömrələr olur. Və sən, sıravi bir adam gedib adi seriya ilə lakin rəqəmləri onlara uyğun nömrə almaq istəsən, mütləq bunun üçün yüksək məbləğ ödəməklə yanaşı, lazımı yerdən icazə də almalısan. Axı niyə?

    Daha bir misal. Bir də görürsən bəzi adamlar avtomobilin dövlət nömrə nişanının seriyasını ad və soyadlarının baş hərflərinə uyğun götürürlər. Tutalım Faiq Ağayevin maşınındakı “FA” seriyası kimi. Belə adamları, xüsusi ilə də vəzifəli şəxsləri tez-tez müşahidə edirəm. Hətta o gün müğənnilərdən birinin avtomobilin dövlət nömrə nişanında yenilik etdiyini də görmüşəm. O, səviyyəsizlikdə bir az da qabağa gedərək, maşınının seriyasında hərflər arasında nöqtə qoyduraraq belə elətdirmişdi – “V.M”. Axı biz niyə Faiq Ağayevin dalına düşüb getməliyik?

    Mən hər dəfə belə faktları görəndə, qabağıma bu faciəli situasiya çıxanda yüz dəfə ölüb-dirilir və əlimi cəmiyyətimizdən üzürəm. Və öz içimdə yüz dəfə əmin oluram ki, yuxarıda qeyd elədiyim faktlar içində sürünən cəmiyyətə “ərəb baharı” deyil, səmum yelləri də əssə, düzələn deyil. Onun görkəmindən bir yarpaq belə qopara bilməyəcək. Nə qədər ki, bu şüur, psixologiya bizdə var, heç bir inqilab bizi düzlətməyəcək. Elə uduza-uduza gedəcəyik. Necə ki, bu baş verir.

    Bəlkə belə faciələr tale kimi dəyərləndirilməli, səbəbi Allahdan soruşulmalıdır? Elə isə mən soruşuram. Bizi niyə belə sağalmaz nömrə xəstəliyinə mübtəla eləyibsən, ya Rəbb?.. Bu nə nömrədir axı sən bizə gəlirsən?..

    Mən Allahdan soruşdum, amma bəndələr arasında bilən varsa, yazının aşağısından şərh yaza bilərlər.

    Akilli olmak da bir sey degil muhim olan o akli yerinde kullanmaktir.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Azərbaycanın nömrə faciəsi

    çox maraqlı, məntiqli və bir az da traqikomik məqaləniz üçün təşəkkürlər. neçə vaxt idi ki bu forumda belə mövzular yox idi. sizinlə razıyam hardasa bədbəxtlikdi və sosial bərabərsizlikdir. bu dediyiniz faktları olub ki mən tək Azərbaycanda yox bir çox ölkələrdə də görmüşəm amma fərq orasında olub ki belə nömrələri dövlət işçiləri yox ən çox şou-biznesdə,biznesdə olanlar alırlar. elə ölkələr var ki hətta öz adların da yazdıra bilirlər. dövlət bu yolla büdcəsin təmin eləyir.
    bir deyim var: Kasıblara kömək eləməyin yolu onlardan biri olmamaqdır.
    indi məncə bu vəziyyəti düzəltmək istəyiriksə ən azından özümüz gərək o nomrələrdən almayaq
    bir daha təşəkkürlər
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  3. #3
    Member
    Üyelik tarihi
    Oct 2011
    Mesajlar
    74

    Re: Azərbaycanın nömrə faciəsi

    Hami xestelikdirde milleti pis gune qoyublarda

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.