4 sonuçtan 1 ile 4 arası

İnsanlar var

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    İnsanlar var


    İnsanlar var – kitabxana kimi
    Bu insanlardan hər şey öyrənmək olar və ən əsası əgər
    səbrli olarsansa və səy göstərərsənsə özün üçün yeni şeylər kəşf edərsən.


    İnsanlar var– labirint kimi
    Onları tanımaq olmur, döngədə sizi nə gözlədiyini bilməzsiniz və əlaqələr sizi hara aparacağı
    sizə naməlum qalar. Amma nəqədər müammalı olsalar, onları öyrənmək bir o qədər maraqlı olur.


    İnsanlar var – yaşıl vadilər kimi
    Onlarla bütün dərdini sərini unudursan, hər şey çox asan gəlir.
    Yanında olanda rahatlayırsan və hər şeyi unudaraq dincəlirsən.

    İnsanlar var – külək kimi
    Bu gün burdadır, sabah başqa yerdə. Heç bir şey daimi və sabit deyil.
    Maraqları tez tez deyişir və heç bir mövzu üzərində çox durmur.


    İnsanlar var – atəşfəşan kimi
    Onların xarakteri partlayıcı kimidir və daima bayram əhval-ruhiyyəsi bəxş edirlər insanlara.
    Həyatı lazımınca yaşayır, daima əyləncələrdə olur. Onların loqosu həyatın dadını çıxart.


    İnsanlar var – güllər kimi
    Onlarla ehtiyatlı davranmaq, qorumaq lazımdı çünki onlar həssas və tez inciyəndirlər.
    Bu incəliyin özünündə bir gözəlliyi var – onlar onların qayğısına qalmağa, əks tərəfi güclü hiss etməyə imkan verir.


    İnsanlar var – qranit kimi

    Onlarla daima əminlikdə olmaq olar, daima qoruma altında olarsan. Daima adama dayaq olarlar və ən çətin vəziyyətlərdə sizə kömək etməyə can atarlar.

    İnsanlar var – uçurum kimi
    Bilirsən ki, hər şey pis qurtaracaq amma yenə də ona doğru can atarsız.

    İnsanlar var – brilliant kimi
    Hər ona baxdığında bir şeylər aşkar edirsən, mənfi ya müsbət fərq etməz. Sadəcə olaraq onu öyrənirsən və bundan böyük zövq alırsan.

    Insanlar var onları heç bir dərəcəyə ayırmarsan, bərabər tutmasan.
    Sadəcə sevərsən və bu insanlar daima lazım olar həyatda.

    Bəs siz hansı insan tipinə daxilsiniz?
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    386

    Re: İnsanlar var

    Insanlar var – onları heç bir dərəcəyə ayırmarsan, bərabər tutmasan.
    Sadəcə sevərsən və bu insanlar daima lazım olar həyatda. -- bundan olmaq yaxşidi
    maraqli idi sağ ol.Sen hansına aidsen??buda maraqlıdı

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: İnsanlar var

    İnsanlar var – kitabxana kimi
    Bu insanlardan hər şey öyrənmək olar və ən əsası əgər
    səbrli olarsansa və səy göstərərsənsə özün üçün yeni şeylər kəşf edərsən.
    [

  4. #4
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: İnsanlar var

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    İnsanlar var – güllər kimi
    Onlarla ehtiyatlı davranmaq, qorumaq lazımdı çünki onlar həssas və tez inciyəndirlər.
    Bu incəliyin özünündə bir gözəlliyi var – onlar onların qayğısına qalmağa, əks tərəfi güclü hiss etməyə imkan verir.

    [color=#FF0040][/b]

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.