4 sonuçtan 1 ile 4 arası

Resul Bayram Axına Qarşı romanı

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Resul Bayram Axına Qarşı romanı

    Bu romanı oxuyan ya da alan varmı?

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Resul Bayram Axına Qarşı romanı


  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Resul Bayram Axına Qarşı romanı

    mende
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Feb 2011
    Mesajlar
    19

    Re: Resul Bayram Axına Qarşı romanı

    Qanun" nəşriyyatından verilən məlumata görə, "Axına qarşı" adlanan roman bir kitabda həm azərbaycan, həm də rus dilində nəşr olunub. Əsər iki gəncin dramatik məhəbbəti fonunda Yaxın Şərqin və XX əsrin son 100 illik tarixinin düyünlərinə işıq salır.

    Romanın baş qəhrəmanı Davud adlı livanlı gəncdir. O, Fransada tələbə ikən, Çində baş verən zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün bu ölkəyə gedən könüllülərə qoşulur. Burada o özü də dağıntıların altında qalaraq, xəsarət alır. Çoxlu qan itirən Davudu huşsuz vəziyyətdə dağıntılar altından Suzan adlı bir qız xilas edir və ona ilk yardım göstərir. Suzan da Çinə gələn könüllülərdən biri olur. Davud bir neçə həftə sonra özünə gəlsə də, onu xilas edən Suzanın artıq Çini tərk etdiyini eşidir. davud barəsində heç bir məlumat olmayan Suzanın axtarışına başlayır.

    Romantik dram və siyasi detektiv janrında yazılmış kitabda I və II Dünya müharibələrinin başlaması səbəbləri, İsrail-Fələstin savaşının Azərbaycan oxucusuna bəlli olmayan qaranlıq məqamları açıqlanır.

    Yarısənədli formada yazılan romanda dünyanın və Yaxın Şərqin son yüzildəki əsas oyunçuları haqqında ilginc məlumatlar açıqlanır. "Hizbullah" təşkilatı necə yarandı? Təşkilatın lideri Molla Nəsrullahı İran lideri İmam Ruhulla Xomeyni ilə hansı tellər bağlayırdı? Xomeyni Qorbaçova göndərdiyi məktubda nələri yazmışdı? Ayaq basdığı bütün ərəb ölkələrində vətəndaş müharibəsinə bais olan Yasir Ərəfat əslində kim idi? ABŞ və Böyük Britaniya İsrail-Fələstin münaqişəsini necə alovlandırdılar? SSRİ-ni dağıtmaq üçün ABŞ prezidenti Ronald Reyqan hansı planı işə saldı?.. Bütün bu qlobal hadisələr iki xalqın - yəhudi və ərəblərin taleyində hansı izləri buraxdı? Bu faciəvi hadisələr bir-birini sevən iki gəncin qovuşmasına mane olacaqmı?..

    "Axına qarşı" romanı ümumilikdə avtoritar rejimlərin millətlərin və insanların taleyində necə ağır izlər buraxdığını canlı ştrixlərlə anladır. Əsərin mövzusu eyni problemlərlə üz-üzə qalan Azərbaycan oxucusuna müqayisə üçün yaxşı imkanlar açır.

    Qeyd edək ki, roman 2010-cu ildə ABŞ-ın tanınmış nəşriyyatlarından biri olan “Xlibris’’də ingilis dilində nəşr olunub.
    Kitab Almaniyanın məşhur Frankfurt yarmarkasında, habelə Amerikanın daha 3 kitab sərgisində geniş oxucu auditoriyasına təqdim olunub. Kitabın nəşrindən az sonra Yaxın Şərq ölkələrində baş verən inqilablar romanın aktuallığını artırıb və ABŞ-da böyük maraq qazanıb.

    Kitab bakının bütün kitab mağazalarında satışa çıxarılıb. Qiyməti 5 manatdır.
    Akilli olmak da bir sey degil muhim olan o akli yerinde kullanmaktir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.