Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Səni allah saxlasın,
Sayəndə mən dolanım.

Balamsan, bir dənəsən,
Sədəfdən, dürdənəsən.
Mən ölsəm sənə qurban,
Sən ölmə, bir dənəsən.

Dəryə ollam, bulannam,
Sucaq ollam,sulannam.
Sağ gözüm sənə qurban,
Sol gözümnən dolannam.

Qərənfiləm, qalxaram,
Açılmağa qorxaram,
Gecə cınqırın çıxsa,
Yerimdən dik qalxaram.

Dərya dolu lilinən,
Balam oynar gülinən,
Aləmə can bağışlar,
Məni saxlar dilinən.