4 sonuçtan 1 ile 4 arası

Azərbaycanda hər 1000 kişiyə 1041 qadın düşür

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Azərbaycanda hər 1000 kişiyə 1041 qadın düşür

    2011-ci ilin əvvəli üçün Azərbaycan əhalisinin sayı 9 mln. 111 min nəfərə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

    “Keçən il ölkə əhalisinin sayı 113,5 min nəfər, yəni 1,3% artıb. Hazırda respublika ərazisinin hər kvadrat kilometrinə 105 nəfər düşür”, - deyə çərşənbə günü Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan əhalisinin 53,1%-i şəhərlərdə, 46,9%-i kənd yerlərində yaşayır. Əhalinin 49,5%-ini kişilər, 50,5%-ini isə qadınlar təşkil edir. “Hazırda hər 1000 kişiyə 1041 qadın düşür”, - deyə məlumatda vurğulanıb.

    Məlumata görə, Azərbaycan əhalisinin 23%-ni yetkinlik yaşına çatmayan (14 yaşa qədər), 71%-ni 15-64 yaşlı, 6%-ni 65 yaşdan yuxarı şəxslər təşkil edir. 14-29 yaş arasında olan gənclər respublika əhalisinin 31,4%-ni təşkil edirlər.

    Doğum zamanı gözlənilən həyat davamlılığı 73,5 il, o cümlədən kişilərdə 70,9, qadınlarda 76,1 il təşkil edir.

    2010-cu ildə Azərbaycanda 165,6 min körpə doğulub ki, bu da son 16 ildə ən yüksək göstəricidir. Eyni zamanda, Azərbaycanda 1670 əkiz, 48 üçəm doğulub. Ötən il yeni doğulmuş körpələrin valideynləri uşaqlarına əsasən Əli, Murad, Məhəmməd, Hüseyn, Nihad, eləcə də Fatimə, Nərmin, Fidan, Zöhrə adlarını veriblər. “Hazırda Azərbaycanda nəsilvermə qabiliyyətinə malik hər qadına 2,3 körpə düşür və bununla ölkə əhalisinin reproduktivliyi təmin olunur”, - deyə komitədən vurğulanıb.

    2010-cu ildə 53,6 min ölüm hadisəsi qeydə alınıb. 2009-cu illə müqayisədə 2010-cu ildə ölüm halları hər 1000 nəfərə 5,9-dan 6,0-dək artıb.

    2010-cu ildə 79,3 min nigah və 8,9 min boşanma hadisəsi qeydə alınıb. Nigaha ilk dəfə girən şəxslərin orta yaşı kişilər arasında 27, qadınlar arasında 23 yaş təşkil edib. ANSPRESS

    [
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Apr 2011
    Mesajlar
    210

    Re: Azərbaycanda hər 1000 kişiyə 1041 qadın düşür

    Ehalinin 49,5%-ini kishiler, 50,5%-ini ise qadınlar teshkil edir.
    bu o demekdirki azliq choxluga tabedir.

  3. #3
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    Re: Azərbaycanda hər 1000 kişiyə 1041 qadın düşür

    men bu movzuya xususi hessasliqla yanashiram ve choxarvadliliqin elehineyem /

    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

  4. #4
    Member
    Üyelik tarihi
    Feb 2011
    Mesajlar
    89

    Re: Azərbaycanda hər 1000 kişiyə 1041 qadın düşür

    mənim ərəb dostum var 2 zovcəsi var,3-cüsünü də axtarir.. allah yardimçisi olsun,yolundan döndərə bilmirəm..deyirəm nəyinizə lazim bu qədər oğul-uşaq.?

    deyir allah rizasi üçün evlənirəm..
    guya daa

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.