Evinizin tavanını rəngləmək fikriniz varsa, əvvəlcə, otaqdan mebelləri çıxarıb üzərini örtün. Döşəməyə boya damcılamasın deyə yerə mütləq örtük sərin. Elektrik açarlarının üstünü örtün, çilçıraq və pərdələri açın.

Divarlar çirklidirsə, əvvəlcə, yuyucu vasitə ilə təmizləyib qurudun. Otaqdakı boşluqları və çatları gips ilə doldurun. Quruyandan sonra sumbata kağızı ilə hamarlayıb, nəmli parça ilə silin.

Tavana boyanı ikiqat çəkin, əvvəlcə vurduğunuz ilk qatın qurumasını gözləyin, sonra ikinci dəfə rəngləyin. Qapı və pəncərələrinizi 5 və ya 7,5 sm-lik fırça vasitəsilə rəngləyin. 2,5 sm-lik fırçanı isə pəncərə kənarları üçün seçin.

Divarlarınız hamar deyilsə, son qat boyanı çəkəndə mümkün qədər solğun rəngdən istifadə edin. Belə olduqda divarın hamar olmayan yerləri az nəzərə çarpacaq. Zaman