Küçədə, yolda itin hücumundan xilas olmaq üçün çoxumuz yalnız qaçmaqla canımızı qurtarmağa çalışırıq. Əslində isə bu, doğru deyil. Bəs onda nə etmək lazımdır?

İlk növbədə, özünüzü sakit, laqeyd göstərin, qaçmayın, asta addımlarla yolunuza davam edin. O zaman it sizdən uzaqlaşacaq. Əgər it üstünüzə gəlirsə, belə edin: əvvəlcə itlə aranızda olan məsafəyə görə qaça biləcəyiniz yerin olub-olmadığını düşünün. Məsələn, it sizdən uzaqdırsa, onda tez avtomobilinizə əyləşə bilərsiniz. Yox, əgər yaxınlığınızdadırsa, qaçmayın, çünki itlər çox sürətlə qaçır və o sizə çata bilər. Yalnız sakit tərzdə itin hərəkətlərini izləyin.

Əgər it üstünüzə atılmaq istəyirsə, pencəyinizi, jiletinizi çıxarıb qolunuza sarıyın. Əksər halda it bədənin bir yerini dişləməklə kifayətlənir.

İtin hücumundan qurtula bilmirsinizsə, ona paltar sarıdığınız qolunuzu uzadın ki, sarğılı qolunuzu dişləyərkən o biri əlinizlə ona sərt bir yumruq, qarnına təpik vura, yaxud su və buna bənzər maddəni üz-gözünə tökməklə xilas ola biləsiniz.

Zaman