*Burxulan biləyinizə buz qoymayın. Buz burxulma və şişkinliyi yaxşılaşdırmır, əksinə, sağalma prosesini ləngidir.

*Mebellərin yerlərini dəyişdirərkən xalçaların üzərinə düşən izi aparmaq üçün həmin yerə bir parça buz qoyun və əriməsini gözləyin. Daha sonra tozsoranla təmizləyin.

*Təmizlik maddələrindən ifrat dərəcədə istifadə etməklə dərinizin sağlamlığını və normal bakteriya tarazlığını təhlükə altına atmayın.

*Üst-üstə qoyduğunuz stəkanlar yapışıb çıxmırsa, ləyənə qoyub üstdəki stəkana buz yerləşdirin, sonra ləyənə yavaş-yavaş isti su tökün. Stəkanlar bir-birindən asanca çıxacaq.

*Təzə tavanı işlətməzdən əvvəl içində azca sirkə qaynadın. Bu, yemək qızardarkən tavaya yapışmasının qarşısını alacaq.