2 sonuçtan 1 ile 2 arası

Geyim sağlamlığa xidmət göstərməlidir

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Geyim sağlamlığa xidmət göstərməlidir

    Hər fəslin, belə demək olarsa, öz geyimi var. Paltar seçərkən çalışmaq lazımdır kı, həm fəslə uyğun olsun, həm də insan sağlamlığına ziyan vurmasın. Yəni paltarın hansı materialdan tikilməsinə, rənginə, biçiminə diqqət yetirmək çox önəmlidir. Çünki allergiyaya səbəb olan, təri çəkməyən sintetik parça və geyimlər müxtəlif cür xəstəliklərə səbəb olur. Buna görə də paltar seçimində təbii materiallara daha çox üstünlük vermək lazımdır.

    Sintetik tərkibli geyimlər tərləmənin qarşısını aldığı üçün bədən temperaturunun yüksəlməsinə səbəb olur. Ona görə də bu tip geyimlərdən yalnız soyuq havalarda və qış fəslində istifadə etmək məqsədəuyğundur. Belə geyimlərdən düzgün istifadə etməyəndə sızanaq, göbələk və digər yoluxucu xəstəliklər meydana gəlir. Təbii materiallardan hazırlanmış paltarlar isə bədənin nəfəs almasını təmin edir, xəstəlik törətmir, dərini aşındırmır.

    Tamamilə sintetik məhsullardan ibarət olan paltarlardan uzaq durun.

    Neylon, süni kauçuk tərkibi daha çox olan geyim əşyalarını qarderobunuzdan çıxarın. Çox tünd rəngli paltarlar da sağlamlıq baxımından o qədər də xeyirli deyil. Açıq rəngli, incə toxunuşlu, pambıq, yun, kətan və sintetik tərkibi az olan parçalar daha əlverişlidir.

    Uşaqların immunitet sistemi çox inkişaf etmədiyindən məsləhətdir ki, onlar üçün paltar seçərkən açıq rəngə üstünlük verəsiniz.

    Zaman

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Geyim sağlamlığa xidmət göstərməlidir

    Təşəkkürlər mövzuya görə..

    Doğurdan da əsas paltarin keyfiyyətidi..Sintetik paltarlar sağlamliğa olduqca ziyandir,əsasən x/b xebeşkalardan hazirlanmiş geyimlər daha da səmərəlidir,çalişiram ki,aldiğim geyimin materiali təmiz maldan olsun..

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.