3 sonuçtan 1 ile 3 arası

Sən gülsən, gülüm...

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Sən gülsən, gülüm...



    Onun saçlarına sığal çəkəndə, alnını, əllərini öpəndə baxışlarına necə təbəssüm dolduğuna, “gəl, gəzməyə gedək” deyəndə qollarını boynuna dolayıb səni itirəcəyindən qorxurmuş kimi qoynuna sığınmasına heç fikir vermisənmi?

    Bəli, bax, beləcə, o həmişə diqqət, nəvaziş gözləyir, səndən. Nə olur-olsun, səni heç kimsə əvəz edə bilməz onun üçün.

    Hər yenicə doğulmuş körpəyə atalı-analı böyüməsini arzu edirlər. O bu atalı-analı dünyadan məhrum olanda, hansı səbəbdənsə boşanmalara gətirib çıxaran qərarın zərbəsi körpə ürəyinə dəyəndə çilik-çilik olub torpağa səpələnmiş ayna kimi qırılır, parça-parça olur. Axı saf, təmiz, ləkəsiz aynaya bənzəyir körpə qəlbi. Bu aynanı qırmağa tələsmə, necə deyərlər, yenə yüz ölç, bir biç, düşünülmüş qərar ver. Ciddi-ciddi düşünsən, yaxşı-yaxşı götür-qoy etsən, hər şey yaxşılığa doğru dəyişər.

    Hər səhər, hər gün öp, oxşa körpəni, gülən gözlərinə aynaya baxan kimi bax, sevincinə sevginlə cavab ver, bağrına basıb qızılgül tək qoxula onu, astaca əyilib qulağına pıçılda: “Sən gülsən, gülüm...” [email protected]

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Sən gülsən, gülüm...


    ATALI ANALI USAQNAN , ATASIZ VE YAXUD ANASIZ BOYUYEN USAQLARIN ARASINDA COX BOYUK FERQ OLUR .
    ALLAH HEC KESI ATA , ANASIZ QOYMASIN. HER ZAMAN ONLARIN NEFESLERINI HISS EDEK AMIN

  3. #3
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Sən gülsən, gülüm...

    tesekkur movzuya gore

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.