Sentyabrın 19-da Londonda “Barbican” konsert salonunda xalq artisti Alim Qasımov konsert proqramı ilə çıxış edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Konsertdə xalq artisti “Kronos” kvarteti ilə birgə “Ramazan Gecələrinin bir parçası kimi” adlı konsert nümayiş etdirəcək. Alim Qasımovla eyni səhnəni qızı Fərqanə Qasımova və Əfqanıstan müğənnisi Humayun Sakhi də bölüşəcək.

Zaman