Azərbaycan Kinematoqrafçılar İttifaqında xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Axırıncı dərviş” bədii filminin təqdimat mərasimi keçirilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Ələkbər Muradov bildirib ki, saatyarımlıq bədii filmin çəkilişləri Quba, Xaçmaz, Bakı və Səttar Bəhlulzadənin anadan olduğu Əmircan kəndində aparılıb. Filmin rejissoru böyük fıça ustasını uşaqlıqdan tanıdığını və onun atası ilə bir sinifdə oxuduğunu diqqətə çatdırıb: “Filmdə Səttar Bəhlulzadə obrazını onun qohumu canlandırıb. Ancaq o, heç bir sənətin sahibi deyil və simaca Səttar Bəhlulzadəyə bənzədiyi üçün baş rola onu çəkdim. Bu mənim üçün çox çətin oldu”.

Zaman