Bunun üçün bır az ağil ışlətməlı və fərasətlı olmalisan Biznesdə uğur qazanmağın əsas yolu vaxtını və gücünü qurban verməyə hazır olmaqdır. İstəyir əlində sərmayə olsun, ya olmasın. Əlbəttə ki, bir də gördüyün işi sevməlisən. İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, ölkəmizdə biznes fəaliyyətinə başlamaq istəyən şəxs ilkin mərhələdə, yəni hüquqi şəxs kimi qeydiyyatdan keçmək və bank hesabının açılması üçün 300 manat ödənilməlidir: “Sərmayə qoymaq üçün isə 50 min manat və daha artıq vəsaitə ehtiyac var. Bu, kiçik sahibkarlıqla məşğul olmaq istəyənlər üçün minimum həddir.”



Rabitə Kutusu


Video Foto Ses

Printerə göndər Dostuna göndər

Şərh yaz

Şərhi oxu





Adətən, şəxsi biznesi qurmaq üçün əlində-ovucunda müəyyən qədər pulun olmalıdır. Əgər indi internetdən istifadə etməyi bacarırsansa və bir az fərasətin varsa, 100-200 dollarla da biznesdə uğurlara imza atmaq mümkündür. Yəhudi uşağı ilə bağlı köhnə bir lətifə belə fikirləşməyə əsas verir. Lətifədə deyilir ki, 15 yaşlı yəhudi uşağı Amerikaya miqrasiya edir. İş axtarmaq məqsədi ilə onun müraciət etdiyi ilk ünvan sinaqoq olur. Sinaqoqda uşağa xidmətçi işləməyi məsləhət görürlər. Lakin onun savadsız olduğunu öyrənincə fikirlərindən daşınırlar. Çıxılmaz vəziyyətə düşən 15 yaşlı uşaq son qəpik-quruşuna apelsin alır. Aldığı portağalı sıxaraq şirəsini əldə edən işsiz uşaq insanlara şirə satmağa başlayır. Portağal şirəsindən qazandığı pula iki portağal alır və onların da şirəsini əldə edərək satır. Beləcə uşaq bu minvalla pul qazanmağa başlayır. Bir müddətdən sonra uşaq o qədər pul qazanır ki, o, meyvə dükanı açmağa müvəffəq olur. Ardından iri mağaza sahibinə çevrilir. Bu hadisənin üzərindən 40 il keçəndən sonra həmin 15 yaşlı uşaq ABŞ-ın meyvə satışı inhisarçısına çevrilir. Günlərin bir günü jurnalistlərdən biri ondan soruşur: “Görünür bütün bunlara nail olmaq üçün siz çox oxumusunuz və universitet qurtarmısınız?” Artıq milyonçuya çevrilmiş yəhudi bunu təkzib edərək bildirir ki, o, tamamilə savadsızdır. Jurnalist milyonçunun cavabından xeyli təsirlənərək bunları deyir: “Təssəvvürümə gətirə bilmirəm ki, savadlı olsaydınız, hansı zirvələri fəth edərdiniz”. Biznesmen isə cavabında: “Əgər savadlı olsaydım, sinaqoqda xidmətçi işləyərdim”, - söyləyir.

Hədiyyədən başlayan uğur

Dövrümüzdə yəhudi uşağa bənzər insanlar maliyyə böhranları zamanı ortaya çıxırlar. Maliyyə böhranının mənbəyi sayılan ABŞ-da da qeyri-sabitlikdən istifadə edənlər az olmayıb. Onlardan biri də zinət əşyaları firmasının sahibi 27 yaşlı Kael Robinsondur. “Wall Street Journal” dərgisi qadının uğur yolu barədə məqalə dərc edib. Dərginin yazdığına görə, 27 yaşlı sahibkarın keçən il qazancı 60 min dollar təşkil edib. Hər şey isə üç il bundan əvvəl başlayıb. Belə ki, ona Latın Amerikasının etnik ornamentləri ilə bəzədilmiş bilərzik hədiyyə verirlər. Argentinaya səyahət edən qadın orada ona hədiyyə edilən bilərziyə oxşar xeyli zinət əşyası aşkar edir. Demək olar ki, hər yerdə etnik zinət əşyalara rast gələn Robinson həyatını dəyişəcək qərar verir. O, doğma Denver şəhərində belə əşyaların xeyli populyar olacağını düşünərək 100 ədəd zinət əşyasını ABŞ-a gətirir. Buna görə o, 40 dollar xərcləyir. Robinsonun bütün ümidləri doğrulur. Belə ki, bilərziklərin hamısı satılır. Alış-verişin yaxşı getdiyini görən sahibkar qadın daha 100 zinət əşyası sifariş verir. Sonradan isə sifarişlərin sayı minə çatır. 2008-ci ilin yayına kimi onun kifayət qədər vəsaiti var idi ki, peşəkar internet səhifəsini aça bilsin.

Yüksək texnologiyalar sahibkarlıq

xərclərini minimuma endirir

Yüksək texnologiyalar sahibkarlıq xərclərinin minimuma endirilməsinə imkan yaradır. 2007-ci ildə Virciniya ştatının dövlət məmuru Ceff Svedarski firmasının qeydiyyatdan keçməsi üçün 100 dollar ödəyib. İnternet səhifəsinin domeninə görə isə o, əlavə 10 dollar xərcləyib. Bununla Svedarski tamamilə yeni turistik xidmət növü təklif edib. Tarixi mətbəx turu adlı yeni xidmət növünə əsasən, yerli restoranlar adi menyuya daxil olmayan yeməklərdən kiçik porsiyalar hazırlayır. Həmin porsiyalar ABŞ tarixinin müxtəlif dövrlərində hazırlanan yeməklər olur. Svedarskinin vəzifəsi ziyərətçiləri restoranlara gətirməklə yeməkləri dequstasiyadan keçirməkdir. “Restoran sahibləri başa düşəndə ki, mən onlara pul ödəyəcəm və ziyarətçi gətirəcəyəm mənimlə müqavilə bağlamağa razılıq verdilər”, - deyə biznesmen bildirib. Svedarskinin ilk müştəriləri 50 yaşında olan iki qadın olur. Qadınlar Svedarskinin qeyri-adi tur operatorluğunu “Google” axtarış sistemi vasitəsi ilə tapıblar. Artıq yarım ildən sonra yeməkləri dequstasiyadan keçirmək istəyənlərin sayı artdığına görə biznesmen əlavə bələdçi tapmağa məcbur olur. Hazırda 23 işçisi olan Svedarski yeni ekskursiya xidmətləri təklif edir. Yeni ekskursiya xidmətində hər biri 12-14 nəfərdən ibarət qruplar olur. Yeməklərin dadına baxmaq istəyənlər 50-60 dollar ödəməlidirlər. Svedarski cari ildə bilet satışından 300 min dollar gəlir götürəcəyini güman edir.

Biznesdə uğur

qazanmağın əsas yolu vaxtını və

gücünü qurban verməyə hazır

olmaqdır

Nyu-Yorkdan olan keçmiş riyaziyyat müəllimi Mark Ringelin biznes həyatı da olduqca maraqlıdır. Ringel hazırda əsasını qoyduğu döşəmə salınması üzrə “Floor Works” firmasının sahibidir. Vaxtilə o, analoji firmada işləyib. Lakin işin səmərələşdirilməsi üçün rəhbərliyə etdiyi təkliflər qısqanclıqla qarşılanıb və nəticədə, Ringers işdən çıxarılıb. Ruhdan düşməyən keçmiş riyaziyyat müəllimi şəxsi biznesini qurmağa qərar verir. Ringel bu sahə üzrə işə başlamaq üçün lisenziya almalı idi, lakin onun buna imkanı çatmırdı. Əvəzində o, şəxsi müştəri bazasını yaradır və bu, müstəqil podradçı ilə əməkdaşlıq etməyə imkan yaradır. M. Ringel ilkin olaraq çoxkanallı telefon sistemi yaradır, həmçinin vizit kartları buraxır və ineternet-domen açır. Bütün bunlara onun 145 dollar xərci çıxır. Bir neçə gün ərzində üç yeni müqavilə bağlayan Ringel bir aydan sonra lazımı sənədlərə yiyələnir.

Hər üç qəhrəman pulun heç vaxt asan qazanılmadığı fikrindədirlər. Biznesdə uğur qazanmağın əsas yolu vaxtını və gücünü qurban verməyə hazır olmaqdır. İstəyir əlində sərmayə olsun, ya olmasın. Əlbəttə ki, bir də gördüyün işi sevməlisən.

Ölkəmizdə isə vəziyyət bir qədər fərqlidir...

Bəs ölkəmizdə şəxsi biznes qurmaq üçün nə qədər vəsait tələb olunur? İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, bu, hansı sahədə biznesin qurulmasından asılıdır. Onun sözlərinə görə, biznes fəaliyyətinə başlamaq istəyən şəxs ilkin mərhələdə, yəni hüquqi şəxs kimi qeydiyyatdan keçmək və bank hesabının açılması üçün 300 manat ödənilməlidir: “Sərmayə qoymaq üçün isə 50 min manat və daha artıq vəsaitə ehtiyac var. Bu, kiçik sahibkarlıqla məşğul olmaq istəyənlər üçün minimum həddir. Pərakəndə ticarətdə və xidmət sahəsində 50 min keçərli rəqəmdir. Lakin kiçik istehsalatda daha çox vəsaitə ehtiyac var”. V. Bayramovun fikrincə, biznesin uğurlu alınması üçün xidmət sahəsindən və ərzaq satışından başlamaq məqsədə uyğundur: “Maliyyə böhranı dövründə adıçəkilən sahələr daha rentabellidir. Çünki insanlar ərzaq məhsulları almağa məcburdurlar. Restoran və kafe biznesi də gəlir gətirən sahədir”. O ki qaldı ağıl və fərasət məsələsinə V. Bayramov düşünür ki, maliyyə böhranı bunun üçün yeni imkanlar yaradır: “Məsələn, ABŞ-dakı ipoteka bazarından qaynaqlanan böhrandan sonra oradakı mənzillərin qiymətinin aşağı düşməsindən bəzi sahibkarlarımız istifadə etdilər. Belə ki, onlar banklardakı girov qoyulan mənzilləri aldılar. Türkiyənin kurort şəhərlərindən mənzil alanlar da çoxdur”. İqtisadçı-ekspert deyir ki, informasiya texnologiyaları və elektron ticarət sayəsində az sərmayə ilə uğur qazanmaq mümkündür: “Məsələn, amerikalı tələbələr tərəfindən yaradılan “Facebook” sosial şəbəkəsinin hazırda qiyməti 3 milyard dollardır və o, bir brendə çevrilib. Halbuki, vaxtı ilə şəbəkəni yaradanlar olduqca az məbləğ sərf etmişdilər”.

Zaman