5 sonuçtan 1 ile 5 arası

Oğlanlar yadda saxlayin)))

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Oğlanlar yadda saxlayin)))




    Son zamanlar oğlanlarımız nədənsə qızlarla tanış olmaqdan görüşməkdən,eləcə də evlənməkdən yaman çəkinirlər..."Necə tanış olum,axı...Cibimdə 5 manatım yox"...
    Deyəsən,qızdan söz düşəndə oğlanların gözündə qadın silueti yox,pul kisəsi canlanır.

    Bu işdə günahkar kimdir?Qızlar,yoxsa oğlanlar?

    Qızlardan soruşsan,deyəcəklər: "Bizim üçün əsas pul deyil.Əsas məhəbbətdir,hörmətdir.Pul olmasada olar."
    Oglandan soruşsan : "Hansı qız adama pul xərclətmir ki? Məhəbbət yalan şeydi,əgər pulun olmasa."

    Sevgiliyə pul xərcləmək yaxşı xasiyyətdir,amma olan yerdə.Statistikaya görə,sevgilisi olan oğlanın hər gün ən azı 2-3 manat xərci çıxır.Yox əgər həftədə 1-2 dəfə əməlli-başlı görüş təyin edirlərsə onda xərc 20-30 manata qalxa bilər.Bu rəqəmlər əlbəttə ki,sadə oğlanlara aiddir.Pulunu balta kəsməyənlərlə isə işimiz yoxdur.Qoy nə qədər istəyirlər xərcləsinlər.Siz bir qızılgüllə kifayətlənib,taksi ilə yox metro ilə gedə bilərsiniz.Bu sizin üçün daha maraqlı olar.Restoranda naharı isə kiçik qəlyanaltı ilə əvəz edə bilərsiz.Şəhərdə belə yerlər çoxdur.Sonra da 2 bilet alıb,kinoya və yaxud teatra gedə bilərsiz.Görürsünüzmü,az xərc çəkməklə daha yaddaqalan görüşə nail olmaq olar.Hələ bilmək olmaz,çox pul xərcləməklə qızların diqqətini və məhəbbətini qazana biləcəksinizmi?

    Həqiqətən də çox qızlar üçün fərqi yoxdur.Onlar heç təsəvvür etmirlər ki,oğlanlar görüş üçün lazım olan pula görə bu qədər həyəcan,narahatlıq keçirib,hətta borca girirlər.Əgər bilsələr heç görüşə razılıq verməzlər.

    Oğlanlarımız yadda saxlayın:

    1.Tanış olduğun qızla hələ münasibətləri tam aydınlaşdırmamış onu pul xərcləməyə alışdırma.
    2.Əgər o,özünə nəsə almaq üçün alış-verişə çıxmaq istəyirsə,düşünmədən,özünü yaxşı göstərmək üçün "bəlkə,məndə gəlim?"demə.
    3.Özünü qızın yanında imkanlı,varlı-hallı evin oğlu olduğuna inandırma.Əgər bu belə deyilsə,lap pis.Yalanın ömrü 40 gün olur.
    4.Qız sənin yanında nə qədər maddi problemlərdən danışsa da,ürəyi yumşaq davranıb"darıxma,pul lazımdırsa mən verərəm"demə.
    5.Özünü hər görüşdə qənaətcil göstər.
    6.Özün sadə geyinib,qızdan da bunu istə.
    7.Qıza hədiyyə alarkən,onun bahalığına yox,mənasına,özəlliyinə fikir ver.
    8.Heç vaxt qıza xərcləmək üçün borca girmə.

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  2. #2
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Oğlanlar yadda saxlayin)))

    Sevgiliyə pul xərcləmək yaxşı xasiyyətdir,amma olan yerdə.Statistikaya görə,sevgilisi olan oğlanın hər gün ən azı 2-3 manat xərci çıxır qiyib ishletseler bundan chox char canim.


    Movzuya gore chox tesekkurler birdenem

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jul 2010
    Mesajlar
    512

    Re: Oğlanlar yadda saxlayin)))

    Güzel bir mevzu. Teşekkürler.
    Kahvenden bir yudum bile almamışsın, korktunmu beni 40 yıl sevmekten.

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Oğlanlar yadda saxlayin)))

    ee oglanlar mı sadece pul harcıyor qızlarda harcıyor oglanlara gore hedıye sadece oglan almıyor kı oglan alanda qızda karsılıgında bır seyler alıyor
    Ama bu yazdıklarına uygun normal heyata qızlarda var yox degıl mence sevgi olan yerde bunlar hech gorunmuyor bıle
    HaKKım heLaL,Sewqim haRam oLsun

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Oğlanlar yadda saxlayin)))

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.