İngiltərənin futbol klubları bir-birinin ardınca vuvuzela ilə mübarizəyə qoşulur.

Milli.Az BBC-yə istinadən xəbər verir ki, CAR-da keçirilmiş Dünya Çempionatından sonra məşhurluq qazanmış bu nəfəs alətinin İngiltərə çempionatında stadionlara buraxılmaması üçün mübarizə gedir. Artıq bu tələblə çıxış etmiş «Tottenhem»ə «Arsenal», «Vest Hem», «Birmingem» və «Everton», həmçinin aşağı divizonda çıxış edən bir neçə klub da qoşulub.

«Tottenhem» rəsmiləri təşəbbüsünü «azarkeşlərin təhlükəsizliyinin qeydinə qalması ilə əsaslandırıbsa, «Arsenal»dan vuvuzelanın oyundan zövq almağa mane olduğunu bildirirlər. «Vest Hem» rəhbərliyi isə ümumiyyətlə, vuvuzeladan silah kimi istifadə oluna biləcəyindən narahatdır.