3 sonuçtan 1 ile 3 arası

Kişilər qadın sürücülərdən niyə qorxur?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Kişilər qadın sürücülərdən niyə qorxur?

    Əksər kişilər qadının idarə etdiyi avtomobildə əyləşməkdən qorxur.

    Rusiya mətbuatına istinadən verilen məlumata görə, aparılan sorğu hər 3 kişidən 1-nin həyat yoldaşı və ya rəfiqəsinin idarə etdiyi avtomobildə gedərkən narahatlıq keçirdiyini üzə çıxarıb. Bu narahatlığın ən çox yayılmış səbəbi xanımların əyləc pedalını gec basmasıdır. Avtomobildə əyləşən kişilərin demək olar ki, hamısı həmin an qadının əyləci basmaqda gecikdiyini düşünür və hesab edir ki, özü bunu daha tez edərdi.

    Hər 10 kişidən 1-i bildirir ki, o, qadının maşını sürətlə idarə etdiyinin və bu zaman yola deyil, başqa yerə baxdığının şahidi olub.
    3000 respondentin az qala hamısı özünün qadınlardan yaxşı sürücü olduğuna əmindir. Kişilər hesab edir ki, sükan arxasında onların reaksiyası daha iti olur və fikirlərini idarəetməyə daha yaxşı cəlb edə bilirlər.

    Rəyi soruşulan hər 5 kişidən 1-i sükan arxasında qadın görən zaman narahat olduğunu bildirib. Hər 5 kişidən 1-i isə ən azı bir dəfə maşını idarə edən xanımdan avtomobili saxlamasını və sükanı ona verməsini istəyib.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Kişilər qadın sürücülərdən niyə qorxur?

    Mən amma deyərdim ki,kişilərdən çox qadinlar yaxşi maşin sururlər,buna sübut olaraq avariyalarin çoxunu kişilər etdiyini deyə bilərəm..Qadinlar isə retkiy halda belə hadisələrlə üzləşirlər..
    Pərvanə amma bu sənə aid deyil,sən avariyadan yeni çixmisan,başin sağ olsun..

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Kişilər qadın sürücülərdən niyə qorxur?

    Kisiler Cox Avariya Etselerde Qadinlar Az Edirler Ama Mosnu Avariya Edirlerdee
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.