Bir kərə yüksələn bayraq, bir daha enməz!

Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən AgLaYaN_BuLuD tarix Cümə May 28, 2010 12:14 am

Şəkil
Düşmənin heykəlləri məmləkətin hər künc-bucağında meydan sulayarkən, bizlər “Sənin heykəlin də, yolun da qəlbimizdə qoyulub” deməklə kifayətlənirik. Sənin müstəqil, güllü-gülüstanlı görmək istədiyin və bizə miras qoyduğun Azərbaycan Demokratik Respublikasına xəyanət etdik hər birimiz, ona sahib çıxmadıq. İndi isə sadəcə həmin günü ad olsun deyə qeyd edirik, həqiqətdə isə nə demokratiyadan, nə azadlıqdan, nə müstəqillikdən, nə millətçilikdən, nə də Musavatçılıqdan əsər-əlamət var. “Bir kərə yüksələn bayraq, Bir daha enməz!” dedik amma o qədər bayraqlarımız endirildi ki. Başın sağ olsun Bəy, Bayramın mübarək olsun!
Oyun qurtaranda şah da piyada da bir qutuya yığılır
Şəkil
İstifadəçi avatarı
AgLaYaN_BuLuD
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 3250
Qeydiyyat: Bazar May 17, 2009 9:27 pm

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən AgLaYaN_BuLuD tarix Cümə May 28, 2010 12:17 am

Azərbaycanda Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Azərbaycanda Respublika Günü (28 may 1918-ci il) Azərbaycanın istiqlal günüdür. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyəti Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın - kişi bərabərliyini təmin edən cümhuriyyət. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski seçilib. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrındaTürkiyə ordusunun rəhbərliyilə - Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur - 1918 ci il 4 iyun.
Azərbaycan Demokratik Respublikası cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, Müstəqil Azərbycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq istiqlal ideyası yenilməyib və M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.


BAYRAMIMIZ MÜBARƏK!!
Oyun qurtaranda şah da piyada da bir qutuya yığılır
Şəkil
İstifadəçi avatarı
AgLaYaN_BuLuD
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 3250
Qeydiyyat: Bazar May 17, 2009 9:27 pm

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən POWER_RANGERS tarix Cümə May 28, 2010 12:39 am

Şəkil

Yaşasın Azərbaycan!!! :alqis: Bayramımız Mübarək ::aze::
Şəkil
Şəkil
Nitq insana niyyət və məramını gizlətmək üçün verilib...!!!
İstifadəçi avatarı
POWER_RANGERS
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 2572
Qeydiyyat: Bazar Dek 20, 2009 2:01 pm
Yerləşmə: I Am From Azerbaijan

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən fidan494 tarix Cümə May 28, 2010 1:13 am

Memmed Emin Resulzadenin heykelini xalqimiz qelbinde yashadir.
İstifadəçi avatarı
fidan494
.....
.....
 
Mesajlar: 2631
Qeydiyyat: Bazar ertəsi Dek 25, 2006 2:00 am

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən MuLaTkA tarix Cümə May 28, 2010 8:39 am

HMM..BIR KERE YUKSELEN BAYRAQ, BIR DAHA ENMEz..!!!!inwallah..
EAST or WEST HOME is BEST..!!!!!!
İstifadəçi avatarı
MuLaTkA
Yeni Forumçu
Yeni Forumçu
 
Mesajlar: 126
Qeydiyyat: Bazar ertəsi Apr 12, 2010 1:33 am

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən canbell tarix Cümə May 28, 2010 10:03 am

Mavi, Qirmizi Yaşil.
Göy rəng - aydın səma, kainat, başımız üstündəki fəza.
Qırmızı rəng - üfüq, dan yeri, doğan günəşin qızartısı, yanarlıq, Yaşıl rəng - təbiət, həyat rəmzi, canlılıq, yaşarılıq.
Yəni bütövlükdə kainat, bizi əhatə edən aləm, içərisində yaşadığımız dünya. Bayrağımızın rəngləri bunu simgələyir...Bu dərin mənali rəngləri ozündə cəmləndirən bayrağimiz daimi yüksəklikdə, inşallah heç vaxt enməz... ::aze::
Şəkil
Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
İstifadəçi avatarı
canbell
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 1342
Qeydiyyat: Bazar ertəsi Mar 08, 2010 8:18 pm

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən AgLaYaN_BuLuD tarix Cümə May 28, 2010 1:20 pm

Yenədə ans-tv geniş yer verib bu günlə bağlı bunada şükür
Oyun qurtaranda şah da piyada da bir qutuya yığılır
Şəkil
İstifadəçi avatarı
AgLaYaN_BuLuD
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 3250
Qeydiyyat: Bazar May 17, 2009 9:27 pm

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən AgLaYaN_BuLuD tarix Cümə May 28, 2010 1:41 pm

Bu gün 20:10 ans tv de Əmin olunan yollar
Oyun qurtaranda şah da piyada da bir qutuya yığılır
Şəkil
İstifadəçi avatarı
AgLaYaN_BuLuD
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 3250
Qeydiyyat: Bazar May 17, 2009 9:27 pm

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən vacuum tarix Cümə May 28, 2010 3:49 pm

Sən bizimsən,bizimsən,durduqca bədəndə can....
Yaşa,yaşa çox yaşa ey şanlı Azərbaycan!!
Zaman daralır......
İstifadəçi avatarı
vacuum
Qızışan Üzv
Qızışan Üzv
 
Mesajlar: 355
Qeydiyyat: Çərşənbə axşamı Mar 02, 2010 4:20 pm
Yerləşmə: Baki

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən AgLaYaN_BuLuD tarix Cümə May 28, 2010 4:30 pm

Bayraq aksiyası kecirilməlidir.Hər evdən Bayraqlar asılmalıdır.Hər evdə Bayrağimiz olmalıdır.Belə bir kanpaniya kecirilsə əla olardı.Səhər Turan cəhet elədi.Sonuncu yox axarancı olsun.Gələn il Hər evdən bir bayraq görməsini Arzu edirəm.....!!!!
Oyun qurtaranda şah da piyada da bir qutuya yığılır
Şəkil
İstifadəçi avatarı
AgLaYaN_BuLuD
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 3250
Qeydiyyat: Bazar May 17, 2009 9:27 pm

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən POWER_RANGERS tarix Cümə May 28, 2010 6:10 pm

Şəkil
Şəkil
Nitq insana niyyət və məramını gizlətmək üçün verilib...!!!
İstifadəçi avatarı
POWER_RANGERS
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 2572
Qeydiyyat: Bazar Dek 20, 2009 2:01 pm
Yerləşmə: I Am From Azerbaijan

Re: Bir kərə yüksələn bayraq, bir daha enməz!

Mesajgöndərən _ultrAslan_ tarix Cümə axşamı İyu 10, 2010 6:15 pm

M.E.Resulsade Qebrini ziyaret etmek üçün ankaraya getmişdim Allah rehmet elesin Amin
Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLetŞəkil
İstifadəçi avatarı
_ultrAslan_
Fəal İstifadəçi
Fəal İstifadəçi
 
Mesajlar: 538
Qeydiyyat: Cümə axşamı Noy 05, 2009 3:05 pm
Yerləşmə: Naxçıvan


Qayıt Azərbaycan

Kimlər xətdədir

Bu forumda gəzən istifadəçilər: Heç bir qeydiyyatlı istifadəçi yoxdur ve 0 qonaq