Balıq ləvəngi.

Azərbaycan mətbəxi. Yemək təriflərinizi bizimlə paylaşa bilərsiniz. Görək kim daha yaxşı yeməklər pişirəbilir.

Nəzarətçi: fidan494

Balıq ləvəngi.

Mesajgöndərən _SoMMeT_ tarix Bazar ertəsi Noy 02, 2009 5:37 am

Şəkil

Lənkəranın balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ən ləzzətli ləvəngi yalnız Xəzər dənizində tapılan kütüm balığından bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanması heç də çətin deyil -əsası odur ki, təzə balıqdan istifadə edəsiniz. Əgər balığın kürüsü varsa, onu atmayın. Ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürünü qoz və digər ərzaqlara əlavə edib qarışdırın. Qozun miqdarını bir az azaldın.

Ləvəngi balığın yanında süfrəyə bütün balıq yeməklərində olduğu kimi, mütləq narşərab verilir.



1 ədəd iri kütüm
1 ədəd iri baş soğan
1 ½ stəkan qoz ləpəsi
2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
zövqə görə duz
zövqə görə istiot

1. Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın. Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.

2. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keçirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın.


Şəkil

3. Sobanı 180˚C-dək qızdırın.

4. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin.


Şəkil

5. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində ) bişirin.


Şəkil

6. Yanında narşarabla süfrəyə verin.

Nuş Olsun!!!
:yalaq:
Şəkil
İstifadəçi avatarı
_SoMMeT_
bambosh
bambosh
 
Mesajlar: 1323
Qeydiyyat: Cümə axşamı Okt 22, 2009 11:14 pm

Re: Balıq ləvəngi.

Mesajgöndərən GLAMOURKA tarix Cümə axşamı Dek 24, 2009 2:18 am

da denen buna gore ariqlaya bilmirsende. :wink:
Şəkil
Я то что ушло…Я то что забыто…
Я твой взгляд…Я твой след…
Я ночной луны свет…Я все та же Луна…
Я с тобой навсегда…Но я так далека…
Почти Богиня…Почти Мечта…
Почти забыта…Почти твоя
İstifadəçi avatarı
GLAMOURKA
Balaca Decel
Balaca Decel
 
Mesajlar: 2860
Qeydiyyat: Cümə axşamı May 21, 2009 7:47 pm
Yerləşmə: Mockow.

Re: Balıq ləvəngi.

Mesajgöndərən _SoMMeT_ tarix Cümə axşamı Dek 24, 2009 2:26 am

[quote="GLAMOURKA"]da denen buna gore ariqlaya bilmirsende. :wink:
agren alem adimi forumda batirdin ta her movzuda kilomdan yazirsan ayiblixdi 170 kilo olmax hii? :lol:
Şəkil
İstifadəçi avatarı
_SoMMeT_
bambosh
bambosh
 
Mesajlar: 1323
Qeydiyyat: Cümə axşamı Okt 22, 2009 11:14 pm

Re: Balıq ləvəngi.

Mesajgöndərən Damla1 tarix Cümə axşamı Dek 24, 2009 10:08 am

Levengini cox sevirem ama baliqda yeyende sümükler meni esebleşdirir :meyus: Toyuq olsun qoy asan ye getsin. Sümük yenek ehtimalında 0 :crazy:
teşekürler :alqis:
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
Şəkil
İstifadəçi avatarı
Damla1
Princesse
Princesse
 
Mesajlar: 1644
Qeydiyyat: Çərşənbə May 27, 2009 1:00 pm

Re: Balıq ləvəngi.

Mesajgöndərən NuriyeV tarix Cümə axşamı Dek 24, 2009 8:47 pm

hanı menim eminim ? hanı menim talışım ??? :lol: :lol:
eşşi boş ver
İstifadəçi avatarı
NuriyeV
Azeri.net Sevdalısı
Azeri.net Sevdalısı
 
Mesajlar: 1723
Qeydiyyat: Bazar Mar 15, 2009 12:20 am
Yerləşmə: Azərbaycan.Bakı


Qayıt Mətbəx

Kimlər xətdədir

Bu forumda gəzən istifadəçilər: Heç bir qeydiyyatlı istifadəçi yoxdur ve 0 qonaq