Balakən mətbəxi

Azərbaycan mətbəxi. Yemək təriflərinizi bizimlə paylaşa bilərsiniz. Görək kim daha yaxşı yeməklər pişirəbilir.

Nəzarətçi: fidan494

Balakən mətbəxi

Mesajgöndərən Aygun tarix Çərşənbə axşamı Noy 24, 2009 3:11 pm

Balakən mətbəxi

Balakənin özünə məxsus milli mətbəxi vardır. Sac üzərində bişirilən günəş rəmzi daşıyan maxara, toyuq çığırtması, iribuynuzlu heyvan içalatından hazırlanan ev kolbasası (bağırsaq dolması adlanır), ət, şor, qabaq (boranı) xəngəlləri, ət şor, gicitgən, qabaq qutabları (yerli dialektdə xitəb adlanır), soğança, boş xəngəl ancaq balakənli qadınlar tərəfindən ustalıqla hazırlanıb bişirilir.
Xörəklərin bir çoxunun hazırlanmasında mədəni şəkildə becərilən yerli ədvadan (ətotudan) geniş istifadə olunur.
Rayonda dağ yamaclarında bitən xüsusi növ kəkotundan (xinçi adlanır), təzə və qurudulmuş cökə çiçəklərindən dəmlənən çay soyuqdəymə, zökəm, baş ağrıları, ümumhalsızlıq kimi xoşagəlməz fəsadları aradan qaldırmaqda əvəzsiz vasitələrdir.
İstifadəçi avatarı
Aygun
Qızışan Üzv
Qızışan Üzv
 
Mesajlar: 327
Qeydiyyat: Şənbə Apr 10, 2004 1:00 am

Qayıt Mətbəx

Kimlər xətdədir

Bu forumda gəzən istifadəçilər: Heç bir qeydiyyatlı istifadəçi yoxdur ve 0 qonaq