Badımcan ruleti

Azərbaycan mətbəxi. Yemək təriflərinizi bizimlə paylaşa bilərsiniz. Görək kim daha yaxşı yeməklər pişirəbilir.

Nəzarətçi: fidan494

Badımcan ruleti

Mesajgöndərən _SoMMeT_ tarix Bazar ertəsi Noy 02, 2009 5:58 am

Şəkil

Badımcan ruletinin Hazırlanma Qaydası...

Ərzaqlar


2 iri badımcan 8 xörək qaşığı bitki yağı 2 xörək qaşığı mayonez 4 diş əzilmış sarımsaq ½ stəkan xırda doğranmış qoz 1 ½ stəkan xırda doğranmış cəfəri və ya keşniş

1. Badımcanları qabıqlarını soymadan ½ santimetr qalınlığında uzunsov dilimlərə kəsın. Aşağıdakı 1 üsuldan birini istifadə edərək badımcanların acısını çıxardın. A) Badımcanı bir qaba yığın və üzərinə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 30 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun, yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın. B) Badımcan dilimlərini su doldurulmuş dərin bir qaba və ya ləyənə qoyun, üzərinə ağırlıq (qapaq və ya qab) qoyun. 30 dəqəqə müddətində kənarda qalsın. Sonra badımcanları yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla qurulayın.


2. Tavada yağı qızdırın. Badımcan dilimlərinin hər iki tərəfini təxminən 5 dəqiqə ərzində qızardın. Tavadakı yağ azaldısa, bir qədər yağ əlavə edin. Badımcanları tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb təxminən 5 dəqəqə müddətində yağını süzdürün.
Badımcan dilimlərini sobada da qızartmaq olar. Bunun üçün folqa kağızını azca zeytun yağıyla yağlayın. Dilimləri folqanın üstünə düzün və üzərlərinə azca zeytun yağı sürtün. 230C-lik sobada təxminən 20-25 dəqiqə və ya üstü qızaranadək bişirin. Bu müddət ərzində dilimləri digər tərəfinə çevirin ki, hər iki tərəf eyni qızarsın.


Şəkil

3. Dilimlər bir az soyuduqdan sonra, hər birinin üzərinə (bir tərəfinə) təxminən 1 çay qaşığı mayonez sürün, bunun da üzərinə əzilmiş sarımsaq, qoz və bol-bol göyəri sərpişdirin. Dilimləri rulet şəlkində qatlayın.

Şəkil

Şəkil

Nuş Olsun!!!
Şəkil
İstifadəçi avatarı
_SoMMeT_
bambosh
bambosh
 
Mesajlar: 1323
Qeydiyyat: Cümə axşamı Okt 22, 2009 11:14 pm

Re: Badımcan ruleti

Mesajgöndərən TATLI tarix Bazar ertəsi Noy 16, 2009 10:25 pm

güzel bişeye bensio :)
Şəkil
İstifadəçi avatarı
TATLI
Qızışan Üzv
Qızışan Üzv
 
Mesajlar: 433
Qeydiyyat: Bazar ertəsi Noy 16, 2009 10:05 pm
Yerləşmə: ..ciτy οf aηgεŁ`ś śyмiяa..


Qayıt Mətbəx

Kimlər xətdədir

Bu forumda gəzən istifadəçilər: Heç bir qeydiyyatlı istifadəçi yoxdur ve 0 qonaq