Bakıda Avropa İttifaqına sədrliyin təmsilçiliyini Belçikanın Azərbaycandakı səfirliyi həyata keçirəcək

2010-cu il yanvarın 1-dən Avropa İttifaqına (Aİ) sədrlik İspaniya həyata keçib. Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, İspaniyanın Bakıda səfirliyi olmadığından Aİ-yə sədrliyin təmsilçiliyini Belçikanın Azərbaycandakı səfirliyi həyata keçirəcək.

Qeyd edək ki, 6 aydan sonra Aİ-də sədrlik İspaniyadan Belçikaya keçəcək, beləliklə, Belçika səfirliyi Bakıda təmsilçiliyini 1 il davam etdirəcək.

Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında sədrlik Çexiyada olan zaman da Bakıda qurumun təmsilçiliyini Belçika səfirliyi həyata keçirib.