2 sonuçtan 1 ile 2 arası

GÜNEY AZERBAYCANLI GAZETECİ

  1. #1
    Member
    Üyelik tarihi
    Jan 2005
    Yer
    ESKİŞEHİR/TÜRKİYE
    Mesajlar
    67

    GÜNEY AZERBAYCANLI GAZETECİ

    Güney Azerbaycanlı Gazeteci , Yazar Muhemmedrza Agapur İran'a teslim edilmesin !

    Güney Azerbaycan Türk'ü,gazeteci,yazar,sporcu Muhemmedrza Agapur, vicdanını Farslara satmış çapulcular ve İran gizli servisi'nin yoğun çalışmaları sonucunda İran hâkimiyetine ihbar edildi!

    Bu haftanın son günü'nü derin bir iç acısıyla kapatıyoruz.Fars işgali altındaki Türk yurdu Güney Azerbaycan'ın has evladı , yiğit askeri Muhemmedrza Agapur İran gizli servisi tarafından ele geçirildi.Bundan altı ay önce İsveç'e sığınan Agapur,İran İslâm hâkimiyeti tarafından 'Pan Türkist' suçlaması ile aranıyordu.İran'da yaptığı Milliyetçi-Türkçü faaliyetler ile anılan gazeteci yazar,İran'a teslim edilirse ailesi ve kendisinin akîbetinin 'ölüm cezası' olacağı kesinleşmiştir.Güney Azerbaycan Milli Uyanış Hareketi'nin (GAMOH) aktif üyesi ve Oyanış sesi radyosu sunucusu olan Agapur,İsveç'e sığındıktan sonra bu ülkedeki İran gizli servis elemanlarının ve Güney Azerbaycan Türklüğünün içine sızmış olan sözde Güney Azerbaycanlı ama vazifesini esaret altındaki öz milleti için çalışmak yerine İran casusluğu olarak seçmiş hainlerce ihbar edilmiştir.İsveç polisi tarafından bu satılmış hainlerin kimlikleri deşifre edilmemiştir.Ancak milli hareketimizin aktiflerince bazı adlar üzerinde durulmaktadır.Hakkında geniş bir dosya hazırlanmış olan faalimizin ve ailesinin can güvenliği tehlike altındadır.Söz konusu dosya İsveç makamlarına verildikten sonra Agapur bey'in babası İran hâkimiyeti tarafından mahkemeye çağrılmış, daha öncelerde Fars hâkimiyetince el koyulan evlerinin tapusuna rağmen derhal oğlunun İran'a dönmesi şartı söylenip,tehdit edilip,tartaklanmıştır.1990 yılında Karabağ savaşına katılmak için İran İslâm hâkimiyeti işgali altındaki Güney Azerbaycan'dan yola çıkan Agapur bey,Araz çayı kenarında İran polisleri tarafından tutuklanmış ve 32 gün süre ile göz altında tutulmuş,ağır işkencelerden geçirilmiştir.Serbest bırakılması için Fars hâkimiyeti tarafından istenen babasının üzerine ait eve el konulmuştur.Agapur bey,Güney Azerbaycan Millî Uyanış Hareketi'nin başlamasıyla birlikte Milli Harekata katılmış ve 1998 yılına kadar 'Urmu'nun Sesi' adlı gazetede yazar olarak görev yapmıştır.Yine aynı yıl 'Ferdaye Ma' 'Bizim Yarınımız' adlı gazetenin baş yazar ve genel yayın yönetmenliği görevlerini üstlenmiştir.Bu gazeteyi tamamen Türk milliyetçiliği fikir sisteminin işlendiği milli bir yayın organı haline getirmiş,gazete sahibi tarafından böylesine milliyetçi bir çizgi hoş karşılanmasa da Azerbaycan Türklerinin yoğun ilgisiyle gazete tirajının tavanı nedeniyle istemeyerekte olsa göz yummak zorunda kalmıştır.İran hâkimiyetinin yandaşları tarafından Azerbaycan Türk öğrencilere silâh çekilerek saldırı düzenlenmesi neticesinde baş yazarlık yaptığı bu gazete de yazdığı milliyetçi yazı sebebiyle gazeteden ayrılmak zorunda kalmış ve hâkimiyet tarafından göz altına alınmıştır.Göz altı süresi dolduktan sonra tekrar milli davasına hizmet amacıyla 'Peyame Sulduz' ' Sulduz Savi' adlı gazeteyi çıkartmış,2001 yılına gelindiğinde 'Asan' adlı gazetenin baş yazarlığı görevine getirilmiştir.Asan gazetesinin ömrü kısa da olsa 'Türk milliyetçiliği' ve 'Güney Azerbaycan'ın bağımsızlığı' uğrunda gösterdiği çalışmalarla milliyetçi saflardaki tartışmasız yerini almıştır.Bu milli gazete rahmetli Semed Behrenginin yazılarını 'Kara Edebiyat' adlı köşesinde yayınlıyor ve her sayısında Ermeni işgali altındaki Karabağla ilgili yazılar basıyordu.Kısa bir süre sonra bu milli gazete İran İslâm hâkimiyeti tarafından basın büroları basılarak ve çalışanları tutuklanarak olaylı bir şekilde kapatılmıştı.Agapur bey şimdiye kadar sayısı 200'ü aşkın siyasî makale yazmış, 'Tıkılmış Bugaz' ve 'Azerbaycan Medeniyet Ocağı' adıyla iki kitap çıkartmıştır.Güney Azerbaycan Siyasî tarihinde büyük bir dönüm noktası olan '21 Azer Hareketi'nin' anlatıldığı 'Boğulmuş Hülyalar' adlı kitabı tercüme ederek dünya edebiyatına kazandırmış olan Agapur bundan esinlerek 'Öğretmen' adında bir öykü de hazırlamıştır.

    Mossad'dan sonra en güçlü istihbarat servislerinden biri olan İran gizli servisi,İran dışındaki ülkelere sığınmış olan Güney Azerbaycan Türkleri için büyük bir tehlike teşkil etmektedir.Faali belirlenemeyen pek çok cinayete kurban gitmiş Güney Azerbaycan Türklerinin kâtillerinin kimlikleri hâlâ tespit edilememektedir!

    Geçtiğimiz haftanın başında İran gizli servis ajanları tarafından İsveç sığınmacılar masasına verilen yalan beyânda Agapur'un İran ile bir sorunu olmadığı ve bu ülkeye derhal iade edilmesini gerektiği ifade edilmiştir.Bu düzmece ve kasıtlı olarak yapılan ihbar, İsveç makamlarınca mâkul olarak değerlendirilmiş ve Agapur'u İran'a teslim etmeye hazırlanmaktadırlar.Görülüyor ki İran gizli servisi Avrupa ve Amerika gibi ülkelere sığınarak mutlak ölümden kurtulmuş Türklerin peşini burada da bırakmayarak yalan ihbarlar ve raporlarla İran'a geri yollamaya çalışıyor.Avrupa ülkelerine ve insan hakları kuruluşlarına düşen ağır sorumluluk İran hâkimiyetinin düzmece haberlerine inanarak teslim edecekleri Türklerin öldürülmesiyle yıkılacaktır!Bu ülkeler ve kuruluşlara sesleniyoruz.İran hâkimiyeti tarafından gelen bütün ihbarlar asılsızdır.Sizler bu düzmece haberlere güvenerek aktif görevler almış,yıkılası rejim ve hâkimiyetin aleyhine milliyetçi çalışmalarda bulunmuş gerçek dava adamlarının idam ipini çekmektesiniz!Agapur daha önce de Tahran hakimiyeti tarafinden tutuklanmış,işkenceler görmüş ve bu insanlık dışı uygulamalar Avrupa Parlamentosu ve İngiltere meclisi tarafından protesto edilmiş,Tahrandaki Hollanda Büyükelçiliği tarafından da İran adlı ülke kınanmıştır.Aynı zaman da boksör olan Agapur İran hâkimiyeti tarafından Türkçü olduğu için 'Millî üniforma' giydirilmemiş, böylesine usta olan Türk sporcu Danimarka adına müsabakalara girmiş ve bu ülkeye iki tane gümüş madalya kazandırmıştır.İran ajanlarının bu yalan beyanları neticesinde milli hareketimizin aktif bir üyesi,gazeteci,yazar ve kıymetli bir Türk sporcusu,eli Türk kanıyla kıpkızıl olmuş Fars hâkimiyetine verilmek istenmektedir!Agapur İran'a teslim olunduğu takdirde onun ve ailesinin akîbeti İran hava sınırları içine girdiklerinde öldürülmektir!Hakkında böylesine kesinleşmiş, mutlak bir idam cezası bulunan GAMOH aktifinin İran adlı ülkeye iade edilmemesini istiyoruz!Aziz Türk milletinin temiz vicdanlarından gelecek destekleri bekliyoruz.

    Müge Çetinkaya

    Önemli :

    Desteklerinizi aşağıdaki eposta adreslerine gönderiniz,

    Her bir destek Faşist Iran hâkimiyetinin makamlarinin yüzüne tokat, Degerli Türk milliyetçisi Muhammedrza Agapur ve mazlum ailesinin yüregine derman olacaktir.Türklerin dayanişmasi ile bir soydaşimizi daha Iran hâkimiyetinin kanli elinden çekip alacağiz.
    Vereceginiz destekler Isveç ilgili makamlara da sunulacak,can güvenliği koruma altina alinacaği gibi Iran hâkimiyetine teslim edilmesini de önleyecektir.

    [email protected]

    [email protected]
    ATAHAYAT

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    Qacar Dövlətinin sonuna qədər Azərbaycan xanlıqları vahid şəkildə Qacar Ölkələri Birliyi ?Məmalek-e-Məhruse-ye-Qacar? tərkibində olsa da əslində Qacar dövlətinin hökmranı olmuşdur. Təbriz, Qacar dövlətinin 2-ci paytəxti hesab olunurdu Qacar şahları Təbrizdə tərbiyə aldıqdan sonra mərkəzə gedir və padişalıq taxtına əyləşirdi Qacar şahının oğlu və Qacar dövlətinin vəliəhdı yəni gələcək şahı Azərbaycan ölkəsinin başçısı idi və yalnız Azərbaycan hökümdarının böyük Qacar dövlətini padişahlıq zirvəsinə çıxmaq hüquq var idi. Qacar dövləti ilə Çar Rusiyasının arasında baş verən müharibələr və Qacar Dövlətini məğlubiyyəti Azərbaycanın parçalanması ilə yanaşı Qacar dövlətinin də son dərəcə zəifləməsinə gətirib çıxardı. Gülüstan məğlubiyyətinə qədər Azərbaycanın ümumi sahəsi 410 000 kv-km olmuşdur.

    Azərbaycanın sərhədləri Dəmirqapı Dərbənddən Həmədana qədər uzanırdı. Çar Rusiyasi tərəfindən işğal olunduqda Şimali Azərbaycanın ümumi sahəsi 130.000 kv-km- olmuşdur. Çar Rusiyasının apardıqı ?ərazi islahat?ları nəticəsində Şimali Azərbaycan ərazisi məhdudlaşdırılmış və 1918-ci ildə Demokratik Azərbaycan Cümhuriyyəti Şimali Azərbaycan ərazisinin 114.000kv- km də qurula bilmişdir. Çar Rusiyasının necə deyərlər ərazi islahatı Sovetlər İttifaqi tərəfindən də davam etdirilmiş ,Azərbaycanın Qarabağ bölgəsinə ermnilər yerləşdirilmiş və bu bölgəyə müxtar vilayət statusu verilmişdir. Bundan başqa Azərbaycanın Göyçə, Zəngəzur Mehri və... şəhərləri Ermənistanın, Dərbənd Rusiyanın ,Borçalı isə Gürcüstanın tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası dövləti isə yalnız tarixi Quzey Azərbaycan ərazisini 86.000 kv-km ?də qurulub, həmin ərazinin 20 faizi isə hələlik Ermənistan silahi qüvvələrinin işğalı altındadır. Azərbaycanın 8 milyon əhalisinin 1 milyondan çoxu öz vətənində didərgin- qaçqın- həyatı sürməkdədir.

    Güney Azərbaycan
    1925-ci ildə Qacar dövləti rəsmən dağıldıqdan sonra yerdə qalan 280 kv- km Cənubi Azərbaycan ərazisi minimal milli- insani hüquqlarından məhrum edilmiş şəkildə Məməleke Məhruseye İrana daha sonra isə Keşvəre Şahənşahiye İran- Şahliq İranı dövlətinin tərkibində daxil edilmişdir. Güney Azərbaycan xalqı 1925-ci ildən sonra milli azadlığı uğrunda 2 dəfə kütləvi mübarizəyə qalxıb hər dəfə bir il müddətində milli azadlığını əldə etsədə sonunda məğlub edilmişdir. Çar Rusiyasının necə deyərlər ərazi islahatını / İranda hakimiyyətə gələn rejimlər də icara etsmişlər, 1925-ci ildən sonra hakimiyyətə gələn şahlıq isuli idarəsi tərəfindən Azərbaycan Şərqi- Qərbi Azərbaycan , Həmədan və Zəngan əyalətlərinə bölünmüş və Azərbaycanı tarixi paytəxti Təbriz süni mərkəzdən qaçış siyasəti hayata keçirilmişdir, bundan başqa o dövrudə Azərbaycanın Ənzəli limani Pəhləvi limanı adlandırılaraq Gilan əyalətinin Qəzvin və Savə mahalı isə Mərkəzi əyalətin və Tehranın inzibati tabeçiliyinə verilmiş dir.Həmədan və Qəzvin şəhərlərinə isə qeyri Azərbaycanlıların kütləvi köçürülməsi başlamış və bu şəhərlərdə qeyri Azərbaycanlıların nisbəti 37 faizə çatdırılmışdır,İslam Cümhuriyyəti qurulduqdan sonra isə bu siyasət bir müddət dayandırılsada İran ?İraq müharibəsindən dərhal sonra davam etdirilmiş Qəzvin və Ərdəbil ayrica bir əyalətə çevrilmişdir.

    Azərbaycanın Ərdəbil əyalətimnin Astara şəhəri isə Gilan əyalətinin tabeçiliyinə verilmişdir .Hal-hazırda Qərbi Azərbaycanın bir neçə şəhərinə Kürdlərin kütləvi köçürülməsi siyasəti ardıcıl olaraq həyata keçirilməkdədir, yerli Azərbaycanlılar Qərbi Azərbaycanın 5-6 şəhərinin Tehran rejimi tərəfindən Azərbaycandan qoparilaraq ayrıca bir əyalətə ?Mükeryan Kürdüstanı Əyalətinə ? çevriləcəyindən narahatdırlar.

    Tehran rejimlərinin apardığı radikal anti- Azərbaycan siyasəti isə Azərbaycan Türklərinin daxili müqaviməti ilə üzləşməkdədir Cənubi Azərbaycanda əhalinin nisbətini dəyişdirmək mümkün olmasada Qərbi Azərbaycanın 3 şəhərində kürdlərin nisbəti 20 faizə qədər çoxalmışdır. Ağır iqtisadi böhran ücbatından Azərbaycan ərazisindən İranın başqa bölgələri xüsusi ilə Tehrana mühacirətlər davam etməkdədir hal-hazırda 8 milyona yaxın Güney Azərbaycanlı Azərbaycan sərhədlərindən kənarda yaşayır bunların 1 milyondan çoxu siyasi mühacir olaraq Avropa və Amerikada 1 milyonu İranın müxtəlif bölgələri Xüsusi ilə İranın cənubunda 6 milyonu isə Tehran şəhərində yaşamaqdadır Azərbaycanlıların yalnız 20-22 milyon nəfəri Güney Azərbaycan ərazilərində yaşamaqdadır.

    Tehran Türkləri daxil olmaqla Güney Azərbaycan Türklərinin milli hüquqlarının bərpası uğrunda sivil mübarizəsi davam edir.
    Güney Azərbaycanın maarif və mədəniyyəti

    Şahlıq rejimi zamanı (1925-1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV-XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik. Ədəbiyyat və incəsənət xadimləri I Şah İsmayılın himayəsi şəraitində fəaliyyət göstərirdilər. Azərbaycan Səfəvilər dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə olmuş Şah İsmayıl həm də görkəmli şair idi. O dövrlərdə rəngkarlıq, xəttatlıq, memarlıq güclü surətdə inkişaf etmişdi. XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri idi. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur. Bu məktəb Kəmalləddin Behzad, Mir Müsəvvər Təbrizi, Mövlana Müzəffər Əli və digər istedadlı rəssamlar yetişdirmişdir.

    Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən hər yerdə şöhrət tapıb. Londonun "Viktoriya- Albert" muzeyində saxlanan "Şeyx Səfi" xalçası Təbrizdə toxunmuşdur, o, öz dövrünün (1539) ən iri və əsrarəngiz xalçası adını qazanıb. Şah İsmayıl Xətayi tərəfindən Təbrizdə əsası qoyulmuş şah kitabxanası özünəməxsus "incəsənət akademiyası" idi. Burada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər, naxışçılar fəaliyyət göstərirdilər. İncəsənətin aparıcı sahələrindən biri elə xəttatlıq, kitab üzü köçürmə işi idi. Kitab nəşri texnologiyası Şərq xalqlarına məlum deyildi. Şah İsmayılın varisləri də ədəbiyyat və incəsənətin himayəçiləri idilər. Onların özləri də yaradıcılıqla məşqul durdular. İrandakı bir çox memarlıq abidələrini, o cümlədən Təbriz və İsfahandakı bütün memarlıq abidələrini türklər tikmişlər. Pəhləvi recimi dövründə Güney Azərbaycanda incəsənətin heykəltaraşlıq və rəssamlıq kimi sahələrinin inkişafına mane olmaqdan əlavə, bir sıra mövcud tarixi abidələr sıradan çıxarılıb, bir çoxları isə fars abidələri kimi qələmə verilib. Məsələn, Təbriz milli parkında olan "Şah gölü" (El gölü)ndəki aşıq abidəsi götürülmüşdür.

    Hazırda İranın muzey, məscid və şəxsi kolleksiyalarında Azərbaycan xalqının əsrlər boyu yaratdığı minlərlə nadir sənətkarlıq nümunələri mühafizə olunur. Xüsusilə Tehranın Arxeologiya Muzeyindəki eksponatlar-Təbrizdən bir az aralı Urmiya gölü ətrafında yerləşən Həsənli, Qaratəpə, Zaviyə və s. təpələrdən yaxın vaxtlarda tapılmış abidələr, əşyalar Azərbaycanın qədim tarix və mədəniyyətini işıqlandıra bilən qiymətli sənət əsərləridir. Pəhləvi recimi dövründə Cənubi Azərbaycanın mühüm muzeyləri Təbriz, Urmiy, Xoy və Miyandabda idi. İslam inqilabından sonra bir sıra adlar kimi Güney Azərbaycandakı muzeylərin də adları dəyişdirildi və bir neçə yeni muzeylər yaradıldı. Belə ki, 1962-ci ildə Təbrizdə təsis edilmiş "Şərqi Azərbaycan Muzeyi" indi "Azərbaycan Muzeyi" adlanır və bu muzeydə 2.300-ə yaxın nadir tarixi eksponat, milli geyim, təsviri və tətbiqi incəsənət, o cümlədən Əhəd Hüseyni tərəfindən hazırlanmış heykəltaraşlıq nümunələri saxlanılır. Muzeydə Məşrutə inqilabına aid ayrıca bir salon fəaliyyət göstərir. Bundan başqa, Təbrizdə "Zoologiya" muzeyi də fəaliyyət göstərir. Təbrizdəki Darülfünun Şərqdə ilk universitetlərdən olmuşdur.

    1888-ci ildə M.H.Rüşdiyyə Təbrizdə yeni tipli məktəb təşkil etmiş, Cənubi Azərbaycanda ilk dəfə olaraq əlifbanı yeni-sövti üsul ilə türk dili əsasında tədris etməyə başlamış, ana dilində çoxlu dərsliklər yazmışdır. 1926-cı ildən məktəblərdə türk dilində tədris qadağan edilmişdir. Hakim dairələr Təbriz Universitetində Azərbaycanın tarixi, etnoqrafiyası, sosial-siyası vəziyyəti və s. ilə əlaqəli məsələlərin öyrənilməsinə maneçilik törətmişdir. II dünya müharibəsindən bugünə kimi bütün İran maarif və mədəniyyəti sahəsindəki diqqətəlayiq və yaddaqalan ən mühüm və demokratik işlər Azərbaycan Milli hökumətinə məxsusdur. Belə ki, bu dövrdə onlarca universitet və institut yaradılmışdır. Türk dilində 50-yə yaxın müxtəlif adda qəzet və curnal, dərslik, bədii-ədəbiyyat nəşr edilmiş, kino-teatrlar tikilmiş, radio stansiyası və radio xəbərləri komitəsi yaradılmış, milli qəhrəmanlara: Səttar xana, Bağır xana, Xiyabaniyə heykəllər ucadılmışdır. Təbriz Universiteti kitabxanası, Milli Kitabxana və "Tərbiyət kitabxanası" Cənubi Azərbaycanın ən böyük kitabxanalarıdır.

    Cənubi Azərbaycanda ilk radio stansiyasının əsası 1946-cı ildə Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur. 80-ci illərdə rodio şəbəkələrində türk dilində verilişlərin sayı xeyli azalmışdır. Yanlız Təbriz, Urmiya və Ərdəbil radio şəbəkələrindən qısa verilişlər verilir. Onlarda da, xüsusilə Təbriz radiosunda səsləndirilən cümlələr ədəbi dilimizdən çox uzaq olub, yarı türk, yarı fars horrasından ibarətdir. Cənubi Azərbaycanda ilk televiziya stansiyası 1972-ci ildə yaradılıb. Verilişlər ciddi nəzarətlə yalnız farsca aparılır. İnqilabdan bugünə kimi keçən müddət də Güney Azərbaycanın radio və televiziya sistemində edilmiş bütün texnoloci yeniləşmə və keyfiyyət dəyişikliklərinə baxmayaraq verilişlərin məzmununda əsaslı dəyişikliklər baş verməmişdir.

    MƏTBUAT
    Güney Azərbaycanda mətbuatın əsası ötən əsrdə qoyulmuşdur. Milli hökumətin devrilməsindən 1978-79-cu illər inqilabına kimi Güney Azərbaycanda ana dilinin mətbuatda işlədilməsi yasaq edilmişdi. Belə ki, göstərilən dövrün müxtəlif illərində Azərbaycanda fars, ingilis və fransız dillərində müxtəlif ideya-siyasi istiqamətli 20-dən artıq qəzet və curnal çap olunsa da türk dilində heç bir mətbuat orqanı mövcud olmamışdır. 1978-79-cu illər inqilabı ərəfəsində İranda demokratik, o cümlədən türkcə mətbuatın nəşrinə imkan yarandı. İnqilabdan keçən sonrakı illərdə Tehranda, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Astara, Miyana, Zəncan, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan, və bu kimi şəhərlərində "Odlar yurdu", "Çənlibel", "Araz", "Molla Nəsrəddin", "Azərbaycan", "Vətən uğrunda", "Oxtay", "Səttar xan bayrağı", "İrəli", "Muştuluq", "Bahari-Azərbaycan", "Ayəndeyi-Azərbaycan" kimi qəzetlər və "Koroğlu", "Birlik", "Azadlıq", "Qardaşlıq", "Varlıq", "Dədə Qorqud", "İnqilab yolunda", "Azərbaycan səsi", "Günəş", "Ülkər", "Yeni yol" kimi curnallar çap edilərək yayıldı. Bu mətbuait orqanlarında İran, o cümlədən Azərbaycan cəmiyyətinin sosial-iqtisadi problemlərinə, onların çətinlik və ehtiyaclarını əks etdirən yazılara çox yer verilirdi. Bununla yanaşı, türkcə mətbuat səhifələrində Azərbaycan xalqının tarixi, onun mədəniyyəti, dili və ədəbiyyatının işıqlandırılması və populyarlaşdırılması da əhəmiyyətli yer tuturdu.

    İranın yeni hakim dairələrinin İran İslam Respblikası rəhbərliyinin qeyri-fars xalqların milli demokratik hərəkatlarına mənfi münasibəti 1980-1981-ci illərdə türkcə mətbuat orqanlarının, demək olar ki, əksəriyyətinin nəşrinin dayandırılması üçün başlıca səbəblərdən biri oldu. Bütün bu proseslərdə ana dildində öz çapını davam etdirə bilən yeganə curnal Tehrandadır. Cavad Heyətin redaktorluğu ilə çıxan "Varlıq" curnalı idi. Onunla yanaşı "Fəcri-Azərbaycan", "Ümidi-Zəncan", "Ərk", "Ərdəbil", "Əhrar", "Keyhan" və bu kimi qəzet və curnallar da nəşr olunmağa başladı. Qeyd edilməlidir ki, həmin nəşrlər iki dildə - fars və türk dillərində çap olunur.

    TEATR
    1871-74-cü illərdə M.F.Axundzadənin 6 komediyasının fars dilinə tərcümə edilərək İranda yayılması Cənubi Azərbaycanda teatr sənətinə marağı artırmışdı. İlk teatr 1905-11-ci illər İran inqilabı dövründə yaradılmışdı. 1909-21-ci illərdə "Azərbaycan artistləri dəstəsi" fəaliyyət göstərmişdir. 1920-ci ildə Təbrizdə Sidqi Ruhulla, M.Şəfizadə, M.R.Vaizzadə və başqalarının təşəbbüsü ilə ilk teatr binası - "Xeyriyyə teatrı" tikildi. Təbriz, Urmiya və Xoy şəhərlərində Ü.Hacıbəylinin məşhur komediyaları tamaşaya qoyulmuşdu. Azərbaycan Milli hökuməti zamanı Təbrizdə ilk Azərbaycan Dövət Teatrı yaradılmışdı. 1946-cı ildə Təbriz Dövlət Filarmoniyasıda fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında ölkədə milli azadlıq hərəkatına divan tutulduqdan sonra Azərbaycan Dövlət Teatrı da bağlandı. Yanlız qısa bir müddət ərzində (1948-1949) Tehranın "Ziba" teatr salonunda azərbaycanlı incəsənət xadimləri tərəfindən türk dilində bir sıra tamaşa və konsertlər verilmişdir. Həmin tədbirlərin təşkilinə və göstərilməsinə məşhur ziyalı alim, yazıçı Gəncəli Sabahının qardaşı Səməd Səbahi də başçılıq etmişdir.

    Türk dilində tamaşa və göstərilər qadağan edildikdən sonra S.Səbahi 10 ilə yaxın müddətdə (1949-1959) 40-dan çox bədii əsəri, o cümlədən C.Cabbarlının, M.F.Axundzadənin, H.Cavidin, Ü.Hacıbəylinin əsərlərini fars dilində tamaşaya qoyur. 30 ilə yaxın müddətdə səhnədə fars dilində əsərləri ifa edən azərbaycanlı aktyorlar peşəkar sənətçi kimi də bütün ölkə tamaşaçılarının rəğbətini qazanmış və 1978-79-cu illər inqilabından dərhal sonra türk dilində tamaşaların yüksək səviyyədə səhnəyə gətirilməsi üzərində çalışmışlar. Nəticədə bu gün İranın bir sıra iri şəhərlərində, eləcə də Güney Azərbaycanın teatr salonlarında azərbaycanlı aktyorlar tərəfindən türk dilində dram əsərləri səhnəyə gətirilmişdir. Bir sıra komik əsərlərdə baş rolda çıxış edən azərbaycanlı Haşım Çavuşi bütün İranda tanınır. Azərbaycanlı teatr aktyoru sırasında Səid Xeyirxah, Yaqub Xeyrulla və onlarca başqalarının adını çəkmək olar. 1994-cü ildə gənc azərbaycanlı recissor Hüseyn Lələ türkcədə "Alın yazısı" adlı tamaşa və sonra dahi sənətkar M.Şəhriyarın "Heydərbabaya salam" poeması əsasında eyni adlı musiqili-ədəbi kompozisiya yaradaraq Tehranın "Vəhdət" adlı ən böyük konsert və teatr salonunda səhnəyə çıxarmışdır. Sonuncu səhnə əsərinə Tehranda minlərcə tamaşaçı baxmış və sonralar bu əsər həmin recissorun səyi nəticəsində Bakı teatr salonlarında səhnəyə çıxarılmışdır.

    MUSİQİ
    Azərbaycan türkcəsindəki radio verilişlərinin proqramına, əsasən bu tayda bəstələnmiş və orada yayılmış bir sıra xalq mahnıları və havaları "məhəlli nəğmə" adı altında daxil edilirdi. Bu yolla Azərbaycan musiqisi xalq arasında yayılır və qorunurdu. Tanınmış bəstəkar Əli Səliminin bəstələdiyi mahnılar 90-cı illərədək bu tayda da (Şimali Azərbaycanda) anonim qalmışdı. 1979-cu ildən bu tərəfə Azərbaycan musiqisində bir sıra irəliləyişlər baş vermişdir. Daim sənətkar kimi formalaşmış bəstəkar Əli Səliminin bu illərdə "Fantaziya", "Elim, günüm, şövkətim", "Ceyran sevgilim" və s. filmlər üçün bəstələdiyi musiqi əsərləri nəinki İranda, eləcə də bütün dünyada məşhurlaşdı. Onun "Aman, ayrılıq", "Sizə salam gətirmişəm" mahnıları bütün dünya azərbaycanlıları arasında çox məşhurdur. Orta musiqi təhilini Bakıda alan Ə.Səlimi sonralar Tehran radiosunda işləmiş, Təbrizdə orkestr rəhbəri və musiqişünas olmuşdur. O, 1988-ci ildə İslam Mədəniyyəti və İrşad Nazirliyi tərəfindən İranın ən yaxşı bəstəkarı kimi tanınmış, qızıl lövhəyə və medala layiq görülmüşdür.

    Güneyli Həsən Ənami Bülbül adına Uluslararası Musiqi Festivalının qaliblərindən biri olub. O, 1999-cu ildə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevil" operasında baş rolda çıxış edib. Vətənpərvər muğənni Araz Elsəs, Almaniyada yaşayan və gözəl səsi olan Yaqub Zurufçu azərbaycanlılar arasında çox populyardır. Avropa və Amerikanın bir çox şəhərlərində muhacirət həyatı yaşayan çoxlu cənublu sənətçilər vardır. Onların arasında Ə.Bekkalam, İ.Əhrari bu gün dünyanın sayılan rəssamlardandır.

    ƏDƏBİYYAT
    XIX əsrin I yarısında bütün Azərbaycan ədəbiyyatında olduğu kimi, onun cənub qolunda da aşıq şeri və lirik poeziya əsas yeri tuturdu. Nəbati, Heyran xanım, Ə.Qaracadaği, M.Aciz, M.Dilsuz, H.M.Şükuhi, H.R.Sərraf, M.Ə.Ləli, M.Hidəci və b. lirik şerin gözəl nümunələrini yaratmışdır. Ə.Raci və bir çox başqa şairlər lirik şerlərlə yanaşı, dini mövzulu əsərlər də yazmışlar. M.Xəlxalinin əsərlərində ictimai qüsurlar tənqid edilirdi. XIX əsrin II yarısında maarifçi ədəbiyyat yarandı. Bu dövrdə M.F.Axundzadənin bilavasitə təsiri ilə dram əsərləri yarandı. M.F.Axundzadənin davamçıları Z.Marağayi və M.Ə.Talıbovun əsərləri (həmçinin Türkiyədəki Tənzimat inqilabı, Rusiyadakı inqilab, Təbrizdəki xalq hərəkatları) 1905-ci illər inqilabının ideoloci və siyasi cəhətdən hazırlanmasında mühüm rol oynadı.
    20-ci əsrin 20-ci illərində bütün İran ədəbiyyatında yeniləşmə başlandı. İranda yeni şerin təməli "Təcəddüd" (Ş.Ə.Xiyabaninin rəhbərliyi ilə) qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmayi kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur. Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaranmış, sərbəst şerin əsası qoyulmuşdur.

    M.Siqqətülislam, Ə.Səfərov, S.Səlmasi, Ş.M.Xiyabani və başqaları realist demokratik Azərbaycan ədəbiyyatını inkişaf etdirmişlər. Sabir ədəbi məktəbinin görkəmli davamçısı M.Möcüzün, B.Abbaszadənin satirik şerlərində ictimai eybəcərliklər kəskin tənqid olunurdu. Güney Azərbaycan tarixində Məşrutiə hərəkatı milli istiqlaliyyətin, mübarizə tarixinin başlanğıcıdır. Ş.M.Xiyabani hərəkatı onun başlanmasına təkan verdi. Demokratik ədəbiyyatın yaranması S.C.Pişəvərinin rəhbərlik etdiyi dövrə düşdü. Beləliklə, 1905-1911-ci illərdə Məşrutə ədəbiyyatı, 1917-1920-ci illərdə "Təcəddüd" (yeniləşmə) ədəbiyyatı, 1945-1946-cı illəridə demokratik ədəbiyyat meydana gəldi. 1978-1979-ci illərin inqilabı ilə Güney Azərbaycanda təzə ab-hava yaranmağa başlasa da o, uzun çəkmədi.
    1946-cı ildə Milli hökumət tərəfindən təşkil edilmiş "Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti"nin bir sıra üzvləri sonralar həbs edildi, bir qismi xarici ölkələrə mühacirət etdi, bir hissəsi isə gizli iş şəraitinə keçdi. Təqribən 60-cı illərə qədər Azərbaycan mədəni həyatında durğunluq yarandı. 1945-ci ildə çıxan M.Şəhriyarın "Heydərbabaya salam" poeması bütün Yaxın və Orta Şərq mühitində görkəmli bir ədəbi hadisə kimi qarşılandı. Çağdaş fars şerlərinin ustadı sayılan M.Şəhriyar öz ədəbi istiqamətini dəyişərək Azərbaycan türkcəsində yazdığı yeni şerləri ilə Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəbin bünövrəsini qoydu.

    Şah reciminin farslaşdırma siyasətinə baxmayaraq, ana dilində ədəbiyyat 50-70-ci illərdə inkişafdan qalmamışdır (Səhənd, Əli Kərimi, Əli Təbrizi, Həbib Sahir, Səbahi, Səməd Behrəngi, Savalan, Sönməz, Coşqun, Yəhya Şeyda və b.). Azərbaycan folklorunun toplanması və nəşri sahəsində müəyyən tədqiqi işlər görülmüşdür (S.Behrəngi, M.Fərzanə, S.Cavid, A.Təbrizi, M.Tərbiyət, M.Təbrizi, H.Məmmədzadə, Q.Kəndli, Q.Biqdeli, M.Müsəddiq, M.Mənafi, C.Müciri və başqaları)
    1978-1979-cu ilər İran islam inqilabından sonra keçən qısa bir müddət ərzində Azərbaycan türkcəsində onlarla kitab nəşr edildi. Onların bir neçəsi təkrar işıq üzü gördü.

    Güney Azərbaycan xəritəsi




    qaynaq: [
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.