Bakı ilə arasında məsafə 286 km
Əhalisi 51800 nəfər
Nə ilə getmək olar Avtonəqliyyatla - Bakı – Yardımlı avtobusları

Azərbaycaının cənubunda, Talış dağları arasında çay vadisi boyunca yerləşən Yardımlı rayonu qərbdən İranla həmsərhəddir. Rayon ərazisinin 21.000 hektar sahəsi meşələrlə örtülmüşdür. Bu yerlərin gözəl təbiəti, çayları, bulaqları və çoxsaylı tarixi abidələri Yardımlıya xüsusi bir gözəllik bəxş edir. Qışda burada torpaq başdan-başa qar ötrüyü altında olur. Yardımlıda istirahət üçün ən münasib vaxt bahar və yay fəslilləridir. Rayonun zəngin faunası var. Burada canavar, çaqqal, qaban, ayı və bir sıra başqa heyvan növləri yaşayır. Masallı – Yardımlı avtomagistralının 25-ci km-də «Şəlalə» adı ilə məşhur olan gözəl bir guşə var. Bura rayon sakinlərinin sevimli istirahət yeridir. Dağların ətəyində yerləşən, hər tərəfdən meşələrlə, çoxsaylı çeşmələrlə əhatə olunmuş Perimbel kəndi də çox gözəl və populyar yeridir. «Göz narı» adlanan çeşmə tarixi abidə hesab edilir.
Lakin təəssüf ki, bu cür zəngin təbiətə, faunaya və floraya malik olan Yardımlı rayonunda turizm inyrastrukturu lazımınca inkişaf etməmişdir.
Bu rayonda qədim xalq sənəti – xalçaçılığın ənələrəi qorunub saxlanmışdır. İxtisaslaşdırılmış xalçaçılıq sexləri yoxdur. Xalça ustaları öz evlərində xalça toxuyurlar. Rayonun inzibati mərkəzi – Yardımlı şəhərində daş döşənmiş küçələr, arxitekturası ilə maraq doğuran binalar, tarix muzeyi, kiçik bir məscid və müharibələrdə həlak olanların xatirə memorialı var.

Harada qalmaq olar
Yerli əhalinin icarəyə verdiyi hər cür şəraitli və rahat evlərdə qalmaq mümkündür.

Harada nahar etmək olar
«Dadaş», «Təkdam şəlaləsi», «Tahir» Tel. 3 21 79 restoranlarında münasib qiymətə dadlı xörəklər verilir.