4 sonuçtan 1 ile 4 arası

Xanlar şəhəri

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Xanlar şəhəri

    Bakı ilə arasında məsafə 364 km
    Əhalisi 54200 nəfər
    Nə ilə getmək olar Avtonəqliyyatla - Bakı-Xanlar, Bakı-Gəncə avtobusları

    Xanlar rayonu Respublikanın qərbində Kiçik Qafqaz dağlarının ətəyində, Gəncədən bir qədər cənubda yerləşir. Xanlar şəhərinin ətrafında meşələr, dağlar və Yeddi gözəl göl var. Bu rayonun ən uca zirvəsi Murov dağ silsiləsinə aid Camış dağıdır (3724 m). Rayonun iqlimi mülayim- isti iqlimdir. Quşqara və Gəncəçay çayları bu rayonun ərazisindən keçir. Burada heyvan və balıq ovu həvəskarları üçün ideal şərait var.
    Təbiət qoynunda dincəlməyi xoşlayanlar yayda buraya gəlib yerli sakinlərin mənzillərini kirayə götürür, maraqlı ekskursiyalara və yürüşlərə çıxırlar. Təsadüfi deyildir ki, Mixaylovka, Yeni Zod və Toğana kəndləri bir növ turist mərkəzlərinə çevrilmişdilər.

    Bu turist marşrutları çox populyardır.
    1.Xanlar – Aşıqlı – Hacıkənd – Göy-göl marşrutu boyunca səyahətə çıxan turistlər müqəddəs Mariya kilsəsi kimi tarixi abidəyə tamaşa edə bilərlər. Bu marşrut Göy-göl qoruğunda başa çatır. Buranın gözəl təbiəti, mənzərəli meşələri, şəffaf bulaqları, zəngin faunası var.
    2.Xanlar – Topalhəsənli – Zurnabad – Şəhriyar. Marşrutun uzunluğu 18 km-dir. Bu marşrutda ağ körpü (XII əsr), tunc və dəmir dövrlərinə aid kurqanlar var. Zurnabad və Şəhriyar kəndlərində yerli sənətkarların toxuduğu əl xalçaları ala bilərsiniz.
    3.Xanlar – Köşçü – Üçbulaq (marşrutun uzunluğu 9 km).
    4.Xanlar – Quşqara – Balçılı. Marşrutun uzunluğu 15 km-dir. Balçılı kəndində qədim qüllə, Quşqara kəndində motel var. Bu marşrutlar turizmlə müstəqil olanlar arasında daha çox məşhurdur.

    Rayon mərkəzi Xanlar şəhəri XIX əsrdə burada məskunlaşdırılmış alman köçkünlər tərəfindən qədim Xanlıqlar kəndinin yerində salınmışdır və Yelenendorf dlandırılmışdır. Stalin dövründə almanlar Orta Asiyaya sürgün edilmişdir. Lakin onların bu şəhərdə olmasının əlamətləri – düz küçələr, ağacdan tikilmiş binalar və kilsə hələ də qalır. Xanlar şəhəri Gəncə dəmiryol vağzalından 15 km məsafədə yerləşir. Şəhərdə tarix muzeyi, musiqi məktəbi və kinoteatr var. Buraya gələnlər şəhərin özündən yeddi əsr qədim tarixə malik olan körpüyə də tamaşa edə bilərlər. Rayon mərkəzindən 40 km məsafədə Göy-göl qoruğu yerləşir. Şəhərə xas olan vurnuxmadan uzaq olan təbiəti, meşələrin gözəlliyi, quşların cəh-cəhi, gül-çiçəklərin ətri adamı heyran edir. Xanlardan «Göy-göl»qoruğuna mikroavtobuslar gedir. Gediş haqqı 3.000 manatdan 5.000 manata qədərdir. Burada çoxsaylı kiçik restoranlar, kafe və qəlyanaltılar var.
    Rayondakı tarixi abidələrə misal olaraq Sarıqaya kəndində XII əsrə aid qüllənin Zurnabad kəndində XII əsrə aid qalanın, Xanlar şəhərində XIX əsrdə tikilmiş lüteran kilsəsinin, Şəhriyar kəndində XVII tikilmiş «Qabriel kilsəsinin», Topalhəsənli kəndində XII əsrdə tikilmiş «Ağ körpü»nün, Gəncəçay üzərindən salınmış «İkigözlü körpü»nün (XVI əsr) və «Üçgözlü körpü»nün (XIX əsr) adlarını çəkmək olar. Rayon ərazisində tunc və dəmir dövrlərinə aid arxeoloci tapıntılar da məlumdur.
    Şəhriyar kəndində əl ilə toxunmuş xalça məmulatı ala bilərsiniz.

    Harada qalmaq olar
    «Koroğlu» mehmanxanası. Quşqara kənqdində motel gələnlərin üzünə həmişə açıqdır. Yeni Zod və Toğana kəndlərində yay mövsümü ərzində fərdi yaşayış evləri əhali tərəfindən kirayəyə verilir.

    Harada nahar etmək olar
    Füsünkar təbiətin qoynunda yerləşən «Araz» (Gəncə – Xanlar yolunda), «101», «Moskva» (Göy-gölünün yaxınlığında), «5 Ulduz» (Xanlar – Hacıkənd şossesində), «Titanik – 2» (Gəncəçayın sahilində) restoranlarında verilən yeməklərdən xüsusi həzz almaq olar.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Xanlar şəhəri

    Esgerlikde oldugum gozel seher.. Dogurdanda coooox gozel yerdi. Seherin merkezinde qedim alban killsesi var ,indi muzeydi.KIllsenin qarsisinda Park ,kafe 777 dii ooooooh oralar yadima dusdu yayda axsam saat 22:00 dan sonra ne qeder cay icib bilyard oynamisiq orda..1 nomreli mektebin yanindaki teze parki demirem hele FUl. Basqa rayonlardan 100 de 100 secilir esl Alman seliqesi ile salinmis seherdi.
    Yerli ehalinin coxdu menim yerlilerim yeni \Qerbi Azerbaycanlilardi/Yerazlar..
    1 Sozle super seherdi...

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    2

    Re: Xanlar şəhəri

    Xanlar şeheri ,umumilikde desek Xanlar rayonu(Goy-gol) Cavad xanlar yurdudur.Azerbaycan demokratik cumhuriyyetinin rehberlerinden biri olan Nesib bey Yusifbeylinin vetenidir.Goy-gol adi cox gedimden gelen bir addir.Goy- gol rayonunu kiçik Gafgaz dagları ehate edir.Goy- gol rayonunun yerli ehalisi Azerbaycan dilinin ayrım şivesinde danışan camaatıdır.Hal hazırda ehalinin kendleri ile beraber 55%.ni ayrım cammatı teşkil edir.45%.ni ise Gerbi Azerbaycandan ve Garbagdan gelen mecburi koçgun soydaşlarımız teşkil edir.Şeher merkezi alman kolonistler terefinden tikilmişdir.İkinci dunya muharibesi başladıgdan sonra almanlar Stalin terefinden Gazaxistana surgun edildiler.Rayonumuz son 3 ilde suretli temple inkişaf edir.Yaşasın Azerbaycan!!!

  4. #4
    Junior Member
    Üyelik tarihi
    Jan 2010
    Mesajlar
    2

    Re: Xanlar şəhəri

    Goy-gol rayonunun erazisinden meşhur Kurek çayı ve Gence çayı keçir.Bu çaylar rayonu iki çayarası(Mesopotomiya)). )veziyetine getirir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.