2 sonuçtan 1 ile 2 arası

Naxçıvan şəhəri

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Naxçıvan şəhəri

    Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri Azəraycanın ən qədim şəhərlərindən biridir. O, Naxçıvanın sağ sahilində, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir. Şərqin ən qədim şəhərlərindən biri olan Naxçıvan əsrlər boyu dəfələrlə dağılmış, lakin hər dəfə yenidən qurulmuşdur. XII-XIII əsrlərdə Naxçıvan Eldəgizlər dövlətinin paytaxtı olmuşdur. XIX əsrin ortalarından başlayaraq Azərbaycan Rusiyanın tərkibinə daxil olana qədər Naxçıvan şəhəri Naxçıvan xanlığının paytaxtı olmuşdur. 1924-cü ilin fevral ayında isə o, Naxçıvan Muxtar Respublikasının paytaxtına çevrildi.
    Naxçıvanda universitet və Azərbaycan Milli Elmələr Akademiyasının filialı fəaliyyət göstərir. Burada mədəniyyət sarayı, dram teatrı, kukla teatrı, ədəbiyyat, tarixi və xalça muzeyləri, rəsm qalereyası vardır. 2002-ci ildə Naxçıvanda müasir tələblərə cavab verən Olimpiya kompleksi tikilmişdir. Azərbaycan görkəmli yazıçı və dramaturqu, Stalin repressiyalarının qurbanı olmuş Hüseyn Cavidin ev-muzeyi bu şəhərdə yerləşir. Naxçıvan – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin vətənidir. Bu şəhərdə onun bümtü qoyulmuşdur.
    Şəhərdə çoxlu tarixi abidələr qorunub saxlanmışdır: İmamzadə memarlıq kompleksi (XII-XIII əsrlər); Yerizdabad qülləsi; XIX əsrdə tikimiş Cümə məscidi; «Xan evi»; (XIX əsr); «İsmayıl xan hamamı» (XVIII əsr); «Cin hamamı» (XIII əsr); «Zəviyyə» məscidi (XIX); «Pirqəmiş» məscidi (XVII əsr) və s. İrandan və Türkiyədən iş adamları tez-tez bu şəhərə gəlirlər. Hər iki ölkənin Naxçıvanda konsulluğu fəaliyyət göstərir.

    Harada olmaq olar
    «Qrand Naxçıvan» Tel. 4 59 30, «Təbriz» Tel. 5 67 47, «Ukrayna» Tel. 5 53 83, «Araz» Tel. (50) 317 72 07, «Tehran» Tel. 5 12 69, «Qartal» Tel. 5 09 91, «Şahin» Tel. 5 68 54, «Xəyal» Tel. 4 09 00, «Nəxşi Cahan» Tel. 4 14 41, «Gənclik» Tel. 4 62 15 mehmanxanaları.

    Harada nahar etmək olar
    «Nəxşi Cahan» Tel. 4 14 41, «Xəyal» Tel. 4 09 00, «Ukrayna» Tel. 5 53 83, «Azəri» Tel.5 69 10, «Qarabağ», «Qala», «Gülüstan» restoranlarında, «İstanbul», «Gənclik» kafelərində Tel. 4 32 15 xüsusi zövqlə hazırlanan ləziz xörəklərdən həzz almaq mümkündür.

    Əhalisi 64300 nəfər
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Naxçıvan şəhəri

    her kim Azerbaycanlilarin qediminden , ulu kecmisinden, xeber olmaq isteyir, onda Naxcivanin tarixini, qedimliliyini, ordan kecen köcleri, tayfalari, öyrensinler.
    Men Naxcivanda doqulduqum ve böyüdüyüm ücün, özümü cox xosbext hiss edirem. Bu seherin gözellikleri menim vücudumda, menim simamda özünü herterefli gösterir...Cox uzaqlarda olsam da, qelbimdedir, menimledir Naxcivan. O torpaqda menim, nenelerim, babalarim, emilerim, dayilarim, xalamlar, en gözel müdrik insanlar Atam-Anamin qebirleri yasayir. Menim ücün onlar , ele bilirem ki, orada Naxcivanda hele de yasayirlar. Allah onlara rehmetelesin! Bu Bayram gününde onlarin qebirleri nurla dolsun, qulaqlari cingildesin, bilsinler ki onlar her zaman menimledirler...O, torpaqi sevirem, onlari sevirem....

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.