7 sonuçtan 1 ile 7 arası

"Sumqayıt"ın 60 illiyi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    "Sumqayıt"ın 60 illiyi

    SUMQAYIT
    Sumqayıt şəhəri Xəzərin qərb sahilində, Sumqayıt çayının mənsəbində yerləşir. Əvvəllər kiçik yaşayış məntəqəsi olan Sumqayıt, 1938 - ci ildə Bakı neft sənayesini elektrik enerjisi ilə təmin edəcək İES tikintisi ilə şəhər tipli qəsəbəyə çevrildi. 1946 - 53 - cü illərdə boru - prokat, sintetik kauçuk və alüminium zavodlarının tikilməsi ilə əlaqədar qəsəbə inkişaf edib şəhərə çevrildi
    Sumqayıt - Bakıdan sonra Xəzər dənizi sahillərində yerləşən ən böyük şəhər.

    Bir zamanlar ona "Gənclik şəhəri" deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır.

    Şəhərin adı qədim türk tayfası olan "suqa" və ya "sunqa"ların adından gəlmişdir. "-it" şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. "Sumqait" - "Sunqa-lar" , yəni "sunqaların yerləşdiyi ərazi" mənasını daşıyır

    Sumqayıt şəhərinin simvolu
    Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və göyərçin anlamına gələn abidə şəhərin simvoludur.15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzidir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmamışdır. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir(Şəkinski)(1920-2000).

    İnkişaf tarixi
    1938-ci il – indiki İES-in yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlandı.
    1939-40-cı illər – Sintetik Kauçuk, Boru yayma və Kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən müharibəsinin başlaması ilə bütün tikinti işləri durdurulur.
    1941-ci il – İES işə düşdü və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanını verdi.
    1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi.
    1945-ci il – Sumqayıt Kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
    1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verildi. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
    1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik Kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
    1953-cü il - Marten sobalarında ilk polad əridilməsi.
    1955-ci il - Sumqayıt Alüminyum zavodu işə başladı.
    1957-59-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
    1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
    1961-68-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
    1970-80-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.

    Əhalisi


    27 yanvar - 4 fevral 1999-cu il tarixlərində aparılmış siyahıya almaya əsasən Sumqayıt şəhərinin 283,184 nəfər (95,74%-i azərbaycanlılar , 1,65%-i ruslar , 1,55%-i ləzgilər , 0,29%-i ukrayınlar , 0,28%-i tatarlar , 0,19%-i talışlar , 0,05%-i yəhudilər , 0,04%-i mesxeti türkləri , 0,02%-i gürcülər , 0,2%-i digər millətlər olmaq üzrə)[2] əhalisi var . 2009-cu ildə aparılmış siyahıya almaya əsasən isə Sumqayıtın 310,000 nəfər [3] əhalisi var.


    Təhsil

    Hazırda şəhərdə 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir. Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisələridir.

    Məktəbdə 56201 nəfər şagird təhsil alır. Onlardan 767 nəfəri gimnaziyada, 2383 nəfəri liseylərdə, 561 nəfəri xüsusi məktəblərdə, 52490 nəfəri isə ümumtəhsil məktəblərində oxuyur.

    Ümumtəhsil məktəblərində şəhid ailələrindən 242 şagird, hər iki valideynini itirmiş 80 şagird, bir valideynini itirmiş 1625 şagird, qaçqın ailələrindən 3135 şagird təhsil alır, imkan daxilində onlara diqqət və qayğı ilə yanaşılır.

    Bu kateqoriyadan olan, həmçinin aztəmintalı ailələrə kömək məqsədilə 2004-cü ildə yeni ümumtəhsil internat məktəbi fəaliyyətə başlamışdır. Hazırda şəhərimizdə fəaliyyət göstərən 2 ümumtəhsil internat məktəbdə 939 şagird təhsil alır, tərbiyə olunur.

    Sumqayıt şəhər məktəblərində 5214 müəllim çalışır. Onlardan 4256 nəfəri qadın (81,6%), 958 nəfəri isə (18,4%) kişidir. Müəllimlərdən 4482 nəfəri (86%) ali, 720 nəfəri (14%) isə orta ixtisas təhsilli olmaqla onların 34%-i gənclərdir.

    Şəhərdə 57 məktəbəqədər tərbiyə müəssisəsində 7245 uşağın təlim-tərbiyəsi ilə 2384 nəfər məşğul olur. Bunlardan 945 nəfər pedaqoji, 1052 nəfəri isə texniki işçidir.

    Bəzi bağçaların beynəlxalq layihələrə qoşulması bu sahədə inkişafa təkan verəcəkdir. Məktəbəqədər tərbiyə müəssisələrindən 11, 20, 30, 40 №-li uşaq bağçaları SOROS fondunun «Addım-addım» proqramı ilə işləməyə başlamış, 30, 40, 63, 66 №li bağçalar İnkuliziv-inteqrasiv pilot layihəsinə, 47 №li uşaq bağçası YUNISEF-in «Yuva» humanitar təşkilatının iştirakı ilə «Erkən uşaqlıq dövründə qayğı və inkişaf texnologiyası» proqramına qoşulmuşdur


    Şəhər Mədəniyyət və Turizm İdarəsi


    50-ci illərdə sənaye şəhəri kimi inkişaf edən Sumqayıtda Sumqayıt şəhər Mədəniyyət şöbəsinin yaradılması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi.

    1998-ci ildən etibarən, Sumqayıt Şəhər Mədəniyyət İdarəsi kimi fəaliyyət göstərən idarə öz ətrafında 19 filialı əhatə edən Mərkəzləşdirilmiş Kitabxana Sistemini, 14 klub tipli müəssisəni (8 mədəniyyət evi, 6 klub), 3 incəsənət, 2 musiqi məktəbini, Sumqayıtın Tarixi Muzeyini, Sumqayıt Dövlət Rəsm Qalereyasını, Kino-Video Birliyini, Nəsimi adına Mədəniyyət və İstirahət Parkını birləşdirir. Bu mədəni-maarif ocaqlarında 1164 nəfər çalışır.

    Qeyd olunduğu kimi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin tabeliyində 6 klub – “Gənclik”, “Veteran”, “Poeziya”, 4 saylı şəhər klubu, 5 saylı şəhər klubu, 6 saylı şəhər klubu və 8 mədəniyyət evi – C.Cabbarlı adına mədəniyyət evi, N.Nərimanov adına mədəniyyət evi, Mərkəzi Şəhər Mədəniyyət evi, “Energetik” mədəniyyət evi, “İnşaatçılar” mədəniyyət evi, “28 may” mədəniyyət evi, “Dostluq” mədəniyyət evi, Corat mədəniyyət evi fəaliyyət göstərir.


    Sumqayıtın 60 illiyi ilə bağlı bir sıra tədbirlər də keşirilmişdir

    Azərbaycanın Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində Sumqayıtın Tarix Muzeyi tərəfindən silsilə tədbirlər həyata keçirib.

    Sumqayıt Şəhər İcra hakimiyyətindən cümə axşamı verilən məlumata görə, muzey əməkdaşları mədəni-maarif müəssisələrində "Sumqayıt şəhərinin yaranma tarixi", "Sumqayıtın dostluq əlaqələrinin tarixi", "Sumqayıtın mədəniyyət tarixindən" mövzusunda mühazirələr oxuyub, "Sumqayıt şəhərinin yaranma tarixi" adlı səyyar sərgilər nümayiş etdiriblər.

    Muzeyin direktoru O.İslamova və elmi işçisi N.Zeynalov Sumqayıt şəhərinin quruculuğunda və inkişafında xidməti olan ağsaqqal və ziyalılarla keçirilən görüşlərdə iştirak edib və Sumqayıtın yaranma tarixi haqqında görüş iştirakçılarına ətraflı məlumat veriblər


    Sumqayıt şəhəri eyni zamanda idmanda da bir sıra nailiyyətlər göstərmişdir. İlham Zəkiyev paralimpiya olimpiada oyunlarında Jüdo üzrə ardıcıl iki il qızıl medal qazanmışdı, eyni zamanda Tofiq Məmmədov da bu yarışlarda gümüş medal qazanmışdır. Karate üzrə Rafael 7 dəfə dünya cempionu olmuşdur. Eyni zamanda Şəhriyar Məmmədyarov və Türkan Məmmədyarov şahmat üzrə bir sıra nailiyyətlər göstərmişlər.























    Günü-gündən gözəlləşən Sumqayıtım! 60 ilin mübarək.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: "Sumqayıt"ın 60 illiyi

    Doğulduğum və uşhaqliğimi kechirtdiyim şeher! 60 yashin mubarek!
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: "Sumqayıt"ın 60 illiyi

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    Doğulduğum və uşhaqliğimi kechirtdiyim şeher! 60 yashin mubarek!

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: "Sumqayıt"ın 60 illiyi

    [quote=_SoMMeT_]
    Alıntı "AgLaYaN_BuLuD":303nc7qd Nickli Üyeden Alıntı
    Doğulduğum və uşhaqliğimi kechirtdiyim şeher! 60 yashin mubarek!
    [/quote:303nc7qd]
    Cox sag ol Minetdaram
    [

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: "Sumqayıt"ın 60 illiyi

    60 ilin 20sini birgə yaşamışıq

    o vaxtdan bu vaxta çox dəyişilib. bütün Sumqayıt əhlinə təbriklər
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: "Sumqayıt"ın 60 illiyi

    Sumqayitli olaraq butun tebrikleri men qebul ediremCox sag olun minetdaram
    [

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Sumqayıtdan yeni şəkillər
















    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.