3 sonuçtan 1 ile 3 arası

Bu gün Konstitusiya günüdür

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Bu gün Konstitusiya günüdür


    Bu gün Azərbaycanda Konstitusiya günüdür. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiya, Azərbaycanı demokratik prezident respublikası elan etdi. Bununla da Azərbaycanda 1920-ci ildən sonra qurulmuş hüquqi-siyasi sistem, rəsmi olaraq öz mövcudluğuna son qoydu.158 maddədən ibarət yeni Konstitusiya, sovet respublika modelindən demokratik respublika modelinə keçidin hüquqi əsasını təşkil etdi. Əsas qanunun qəbul edilməsindən yeddi il sonra isə 2002-ci ilin avqustun 24-də referendum keçirildi, Konstitusiyanın 24 maddəsinə əlavə və dəyişikliklər edildi. Bu əlavə və dəyişikliklər, Azərbaycanın Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi demək idi.
    Orada bildirilir ki, 14 il əvvəl qəbul edilmiş ölkə Konstitusiya, Azərbaycanın fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən edib. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən də hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Hakimiyyət bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparılıb, respublikamız insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulub, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılıb.
    Xatirladaq ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağli 2009-cu ildə də ümumxalq referendum keçirilib.
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Bu gün Konstitusiya günüdür

    tşk ,saol verdiyin bilgi için

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Bu gün Konstitusiya günüdür

    Hə Emin elə diyirlər amma bayram zad olub eləmədi sadecə adı bayram oldu.Yenə də çox sağol.Hər kəsin bayramı mübarəkdi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.