Oktyabrın 24-dən 25-nə keçən gecə saat 03:00-da saatların əqrəbləri bir saat geri çəkiləcək

Azərbaycan qış vaxtına keçməyə hazırlaşır.. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələri, o cümlədən Azərbaycan saatlarını qış vaxtına keçir.. Oktyabrın 24-dən 25-nə keçən gecə saat 03:00-da saatların əqrəbləri bir saat geri çəkiləcək.. Qış vaxtına keçid Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına görə həyata keçirilir..
Qeyd edək ki, qış vaxtına keçid müsbət iqtisadi effekt verir.. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur.. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir.. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur..
Avropa Birliyi ölkələri və Amerikanın əksər ştatları hər il bu üsuldan faydalanır.. Lakin bəzi səbəblərdən Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələr saatlarının əqrəbini geri çəkməkdən imtina edib..
Həkimlər isə saatların ildə iki dəfə çəkilməsinin insan orqanizminə neqativ təsir göstərdiyini deyir.. Lakin bu təsir bir o qədər də böyük deyil. İstirahət günündən başlayaraq insanlar öz gündəlik rejiminlərini korrektə etsə və saatların çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsa, bu təsiri minimuma endirə bilər