Sayfa 15/16 İlkİlk ... 513141516 SonSon
159 sonuçtan 141 ile 150 arası

Azərbaycan, Odlar Yurdu

  1. #141
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Heydər Əliyev: Azərbaycan mədəniyyətinin ölməz hamisi. “Tariximizin heç bir nöqtəsini unutmaq olmaz”...

    1995-ci ilin yayı idi. Mənim avqustun 25-də 60 yaşım tamam olmalı idi. Ulu öndər Heydər Əliyev vətəndaş müharibəsinin ilk ocaqlarını söndürmüşdü. Gərginlik nisbətən sakitləşmişdi. Soyulmuş, talanmış bir ölkənin yaralarını sağaltmağa çalışırdı, eyni zamanda, gələcəyinin layihəsini işləyirdi. İyun ayı idi. Əslində mən 60 illiyimi qeyd etmək fikrində deyildim. Ölkənin bu vəziyyətində yubiley keçirmək arsızlıq kimi görünərdi. Şair Ramiq Muxtar mənə yanaşdı. Dedi: - "Sədərək" şirkəti var, sizin yaradıcılıq gecənizi keçirmək istəyir. Etiraz etmək istədim. Sözümü yarımçıq qoydu: - Anar müəllimlə danışmışıq, şirkət vəsait ayırıb, bu ayın, iyunun 26-da filarmoniyanı Mədəniyyət Nazirliyi verib.





    Mən fakt qarşısında qaldım (sonra bildim ki, əslində həmin şirkət Rəsul Rzanın yaradıcılıq gecəsini keçirmək üçün Anara müraciət edib. Anar isə mənim gecəmin keçirilməsini məsləhət bilib. Lakin bu təklifin ondan gəldiyini mənim bilməmi istəməyib). Xülasə, gün gəlib çatdı. Səhər Anarla görüşdük, dəvətnamələr paylanmışdı. Anar Prezident Aparatına, ulu öndər Heydər Əliyevə dəvətnamə göndərməyimi məsləhət gördü. Dedim ki, bu qədər işin-gücün içində mən də dirənim ki, ad günümü edirəm. Ayıbdı! Anar bir an susdu.
    - Bəs sonra biləndə ki, ölümdən qurtardığı bir adamın altmış yaşı olub, bir dəvətnamə də göndərməyib, ona necə təsir edər? Sənə, mənə ayıb olmazmı? Biz dəvətnamə göndərək. Onsuz da işi başından aşır. Prezidentin vaxtı dəqiqə-dəqiqə hesablanıb. Bu, gün-günorta axşama Prezidenti dəvət etmək sayğı deməkdir. Əlbət ki, gəlməyə vaxtı olmayacaq.
    - Düz deyirsən, dəvətnamə göndərmək lazımdır.
    Göndərdik. Anar Prezidentin köməkçisinə zəng etdi. Bir saat sonra hər şey dəyişdi. Heydər Əliyev kimi bir dahinin məntiqi də, təsəvvürü də çaşdırıb mat qoyması təbiidir. Belə olmasa, o, ulu öndər Heydər Əliyev olmazdı.
    "Ədəbiyyat qəzeti" olduğu kimi görüşü lent yazısından oxucularına təqdim edir. Yazını lentdən köçürən "Ədəbiyyat qəzeti"nin əməkdaşı Sərvaza öz təşəkkürümü bildirirəm.

    Fikrət Qoca

    Fasilədə Heydər Əliyev bir qrup şair və yazıçıyla söhbətləşir. O, Balaş Azəroğluya xitabən deyir:

    Heydər Əliyev: - Sən deyəsən xəstəlikdən qorxursan? Amma xəstəlikdən qorxmaq lazım deyil. O vaxt fikrət Qoca da, yadımdadı, gəldi Moskvada yanıma. Telefonla danışdıq və nə lazımdı elədik. Orada nə qədər qaldın, iki ay qaldın, yoxsa üç ay qaldın?
    fikrət Qoca: - Heç bir ay çəkmədi. Siz elə tələsdirmişdiniz ki, onlar bir aya müalicə etdi.
    Heydər Əliyev: - Amma səninlə danışdıq… Sənin müalicən mənim xüsusi nəzarətim altındaydı. Orda həm səhiyyə naziri, həm də akademik Bloxin o işlərə baxırdı. Nəzarətim altında idin və əlimdən gələn nə idi elədik. On il keçib, ya doqquz ildi?..
    Rəfiq Zəka: - Bu münasibətlə fikrət müəllim Sizə gözəl bir şeir də yazdı, o şeir "Azərbaycan gəncləri"ndə çap edildi. Yazır ki, Heydər paşa, yüz il yaşa… şeir belə idi…
    Heydər Əliyev: - Görməmişəm. Bəs o qəzeti niyə mənə verməmisiniz?
    Fikrət Qoca: - Əziyyət vermək istəmədim.
    Heydər Əliyev: - İş burasındadı ki, burada oturanların əksəriyyəti, bir dəfə də demişəm, mən altmış doqquz, yetmişinci illərdə işə başlayanda gənc nəsil hesab olunurdu. Anardı, Elçindi, bunlar hamısı gənc nəsil idi. O vaxtlar bir vardı yaşlı nəsil - Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov... Bir də var idi gənc nəsil - Qabil bunların ikisinin də ortasında idi. Nə o tərəfdə idi, nə bu tərəfdə.
    O vaxt bunlar gənc nəsil idi.
    Mən elə indi də bunlara gənc nəsil kimi baxıram. Burada nə söhbət aparırsınız belə, biri deyir qocadı, biri deyir, yox, qoca deyil…
    Rəfiq Zəka: - fikrəti çoxları rəhmətlik Səttar Bəhlulzadəyə bənzədirdi. Heydər müəllim, Səttar Sizin də xətrinizi çox istəyirdi. Bir dəfə Cahangir müəllim, Səttar, mən, bir də fikrət oturub söhbətləşir, çay içirdik. Ertəsi gün bizə dedilər ki, bəs dünən Səttar Bəhlulzadə oğlu ilə buraya gəlmişdi. Təəccübləndim ki, axı Səttarın oğlu yoxdu. Sən demə fikrəti Səttarın oğlu hesab eləyiblərmiş…
    Anar: - Belə hallar çox olub. Yusif Səmədoğluna da bir nəfər deyib ki, televizorda qızınızın şeir deməsi çox xoşuma gəldi. Yusif təəccüblənib ki, hansı qızımı deyirsiniz. Cavab verib ki, Əminə Yusifqızını deyirəm.
    Heydər Əliyev: - Bilirsiniz, indi bu yaş məsələsi deyirsiniz, birinin əlli beş yaşı var, birinin altmış yaşı var. İndi o zamankı kimi gənc nəsil var, yoxsa yoxdu?.. Bir fürsət tapıb onlarla da görüşmək istəyərdim. Mən sizinlə hər dəfə görüşməyə çox məmnunam və çox da sevinirəm, çünki bu şeir, ədəbiyyat, mədəniyyət hər bir insan üçün çox əziz bir şeydi. Mən də şeri, mədəniyyəti çox sevirəm. Ona görə də hər dəfə sizinlə görüşəndə mən böyük sevinc hissi keçirirəm. Ancaq istəyirəm ki, o biri nəsli də görəm. Sizdən sonrakı nəsillə görüşəm.
    Qabil: - Bu çox yaxşı olardı…
    Heydər Əliyev: - Anardan asılıdı də! Anar nə vaxt desə, mən belə bir görüşə hazıram. Ancaq qorxuram ki, yığışıb orada o qədər dərd-sərinizi deyəsiniz ki... Bizim onsuz da imkanlarımız elə də yaxşı deyil. Vəziyyət ağırdı. Bilirsiniz. Amma yenə də belə bir görüş üçün mən hazıram. Əgər siz təşəbbüs göstərsəniz, Anar belə bir müraciət etsə, görüşə bilərik… Yaxşı yadımdadı, 1991-ci il idi. Demək, Ali Sovetin sessiyası idi. Bir sessiya oldu fevralın beşində. Onda ki, mən açıq şəkildə öz sözlərimi dedim və mənim əleyhimə çıxışlar oldu. Rəhmətlik Bayram Bayramov da orada bir tarixi çıxış elədi, sonra Bəxtiyar Vahabzadə… Bunlar keçdi. Sonra mən istəyirdim qayıdam Naxçıvana. Dedilər ki, mart ayının yeddisində bir də sessiya olacaq. Maraqlandım ki, nə məsələdi, dedilər bu, Sovet İttifaqının saxlanması məsələsidir - saxlanacaq, ya saxlanmayacaq? Mən fikirləşdim ki, gedim Naxçıvana. O zaman Naxçıvana gedib-gəlmək çox çətin idi. Mən orada işləyəndə hava meydanını düzəltdirdim. "Tu-154" gedib-gəlirdi... O da bir dəfə gedirdi, bir dəfə getmirdi. Gedib-gəlmək çətin idi. Bir də fikirləşdim ki, gedərəm, birdən qayıdıb gələ bilmərəm. Qaldım burada. Qardaşım evində qalırdım, Elmira gəlmişdi oraya… Mart ayının yeddisində idi sessiya. SSRİ-nin saxlanması, ya saxlanmaması məsələsi idi. Yadınızdadı də, o vaxt mən çıxış elədim, dedim ki, bu SSRİ qalmamalıdı, dağılmalıdı. Sözümü, hər halda, dedim. Orada mənim əleyhimə danışanlar oldu. İki cərəyan var idi. Bir qismi məni müdafiə edənlər idi - əksəriyyət. Bir qismi də ki, hakimiyyətdə olanlar idi, onlar da deyirdilər Sovet hakimiyyətini saxlamaq lazımdır. Mənim yadımdadı, onlar məni günahlandırdılar ki, bəs, nə bilim, o vaxtlar kommunizmə xidmət edib, indi gəlib belə danışır. İndi mən o adamların adlarını çəkmək istəmirəm. Oturmuşdular məndən qabaqda. O zaman mən dedim ki, axı bu salondakılar arasında Sovet İttifaqına mənim qədər xidmət edən adam olmayıb. Məndən artıq Sovetlər İttifaqının möhkəmlənməsinə çalışan olmayıb. Ancaq mən bu gün deyirəm ki, Sovetlər İttifaqı bu gün dağılır və onun saxlanılmasına səs vermək olmaz. Ondan sonra gəldim evə. Bir müddətdən sonra Elmira, - Elmira qoçaq qızdı, hələ ondan qabaq Naxçıvana gəlmişdi - gəldi məndən intervü götürdü. Mənə dedilər ki, bəs Elmira xanım gəlib. Onda da Elmira xanım cavan, göyçək qız idi. Dedim ki, nə olar, gəlsin görək.
    Yerdən səslər: - Elmira xanım elə indi də cavan və gözəldi.
    Heydər Əliyev: - Yox də, mən o zamankı təəssüratımı deyirəm. Dedim ki, gəlsin görüşək. Yadındadı də, gəldin, gördün ki, biz necə şəraitdə yaşayırıq. Sən bilirsən. Dedin ki, "Literaturnaya qazeta” üçün sizdən intervü almaq istəyirəm. Dedim ondan ötrü gəlibsən də? Dedi: "Hə". Dedim, bilirsən, "Literaturnaya qazeta" mən dediyim şeyi yazmayacaq. Dedi, yox, redaktor özü göstəriş verib… Dedim, yaxşı. O vaxt Elmira xanım diktofonunu açdı, nə lazımdırsa dedim. Apardı, buraxmadı "Literaturnaya qazeta". Ona görə deyirəm ki, Elmira hələ o vaxtdan qoçaq qız idi. Gəldi, görüşdük Naxçıvanda. Günlərin bir günü mənə telefon elədi. Dedi ki, Yazıçılar İttifaqının qurultayıdı, Sizi dəvət eləyirlər. Dedim, bunu sən dəvət eləyirsən, ya Yazıçılar İttifaqının rəhbərlərindən biri? Dedi, yox, Sizi rəhbərlik dəvət eləyir, bu məsələ katibatda müzakirə olunubdur. Anarın təşəbbüsüdür. Ancaq katibatda buna razı olublar. İndi o zaman şübhələndim də, dedim kimsə istəyir, gələrəm oraya, əngəl çıxıb-eləyər. Amma ürəyim çox istəyirdi gəlməyə. Bu, məni inandırdı. Elmira dedi ki, bu, rəsmi dəvətdi. Heç də çəkinmək lazım deyil. Mən çəkinən adam deyiləm. Məsələ onda deyil. fikirləşirdim ki, məni qoyub kiminsə üstünə düşəcəklər, onları incidəcəklər. Dedi ki, yox, gərək gələsən. Mən də razılaşdım. Dedim gələrəm. Gəldim. Çoxları mənimlə çox mehriban görüşdülər. Keçdik oturduq.
    Rəfiq Zəka: - Xəlillə mən Sizin yanınızda əyləşdik.
    Heydər Əliyev: - Bəli.
    Rəfiq Zəka: - Heydər bəy, gedəndə də mən Sizi ötürdüm qapıya qədər…
    Heydər Əliyev: - Gedəndə. Gələndə Elçin qarşıladı. Gəldim. Çox adamlar mənnən çox səmimi, çox yaxşı görüşdülər. Nə qədər gənclər var idi. Mən çox sevindim. Mən sessiyada oturanda mənim nə sağımda, nə solumda heç kəs oturmurdu. Çəkinirdilər. Çünki televizora düşəcəkdilər, oradan görünəcəkdilər. Bilirsiniz, mən heç nədən qorxmurdum. Ancaq başqaları haqqında düşünürdüm. Düşünürdüm ki, bunlar sonra niyə əziyyət çəksinlər…
    Rəfiq Zəka: - Biz gəldik Sizin yanınızda oturduq. Sonra Xəlil Rzanın gündəliyinə sözlər yazdınız.
    Heydər Əliyev: - Hə, əvvəlcə mən oturmuşdum. Mən əvvəlcə gəlib bir yer tutmuşdum ki, orada heç kəs oturmasın. Sonra siz gəlib mənim yanımda oturdunuz. Düz deyirsən. Açdıq o qurultayı. Mən də məmnuniyyətlə çıxışlara qulaq asırdım. Çünki 70-ci ildən 82-ci ilə qədər Yazıçılar İttifaqının qurultaylarının hamısında mən olmuşdum, özü də çıxış eləmişdim. İndi bu dəfə belə şəraitdə gəlmişdim. Kim isə yuxarıdan deyəsən təklif elədi ki…
    Səslər: - Məmməd Aslan təklif etdi.
    Heydər Əliyev: - Məmməd Aslan?
    Vahid Əziz: - Məmməd Aslan dedi, özü də aşağıdan.
    Heydər Əliyev: - Aşağıdan? Durdu gur səslə dedi ki, təklif edirik Heydər Əliyev preziduma dəvət olunsun. Çox gur əl çaldılar və Anar dedi ki, bəli, Heydər Əliyev preziduma seçildi, dəvət olunsun buraya. Şübhəsiz ki, mən getməyəcəkdim. Ancaq bir söz də deməli idim. Dedim ki, bilirsiniz, mən həmişə, o keçmiş vaxtlarda yuxarıda oturub aşağıya baxmışam, indi isə icazə verin aşağıdan yuxarı baxım. Buna da bir əl çaldılar.
    Anar: - Heydər müəllim, Yazıçılar Birliyinin qurultayında mən təklif etdim ki, prezidumda yalnız Yazıçılar İttifaqının katibləri əyləşsinlər. Bunun üstündə hətta mənə irad tutanlar da oldu… Dedim ki, indi dövr dəyişib.
    Heydər Əliyev: - Dövr dəyişib, hə, doğrudur. Mən o iclasda axıra qədər oturdum. Xaricdən gələn qonaqlar da var idi. Cavad Heyət və başqaları… Sonra gəldilər, mənimlə çox mehriban görüşdülər, söhbətlər elədik. Sonra oradan mən gedəndə Rəfiq Zəka məni yola saldı. Demək, mən heç vaxt yazıçılardan ayrılmamışam.
    Rəfiq Zəka: - Bir detalı da yadınıza salım, qabaqda Balaş Azəroğlu papaq başında çıxırdı. Dediniz bu gedən kimdi? Dedim Balaş Azəroğludur. Sonralar Siz ona xalq şairi adı verdiniz, onu ordenlə təltif etdiniz.
    Elçin: - Sonra Siz Cəfər Cabbarlının yubileyinə gəldiniz.
    Heydər Əliyev: - Gəldim Cəfər Cabbarlının yebileyinə. Bəli. O zaman da mənə dəvətnaməni siz göndərmişdiniz.
    Anar: - Bəli.
    Heydər Əliyev: - Bilirsiniz. O zaman da fikirləşdim ki, gedim-getməyim? Dedim getməyim, necə getməyim? Axı bu Cəfər Cabbarlının mən 80 illiyini keçirmişdim, böyük abidəsini qoydurdum, ev muzeyini açdım. Çox zəhmətlər çəkdim. Heykəltəraş Mirqasımov məsələ qoymuşdu ki, gərək elə bir böyük qranit gətirərsiniz ki, mən onu yonub-düzəldim. Mənə də gəlib deyirdilər ki, belə bir daşı gətirmək problemdi. Mirqasımov da öz xanımıyla gəlirdi mənim yanıma. Çox vaxt da xanımı danışırdı. Özü o qədər də danışmırdı. Xanım da mənə hər dəfə sübut eləməyə çalışırdı ki, belə olmasa, imkan olmayacaq. Mən də fikirləşirəm ki, heykəltəraşdı, sənətkardı, tələb eləyir… Mən çağırdım bizim lazımi adamları - Həsən Həsənovu da, Nazirlər Sovetinin məsul işçisini də… Dedim bilirsiniz, neyləyirsiniz eləyin, bu Mirqasımov istədiyi boyda qranit buraya gətirilməlidir. Qurtardı-getdi. Daş gətirildi. İndi bundan sonra narahatam ki, lazımi vaxta qədər bu, heykəli düzəldə biləcək, yoxsa yox. Yondu da, düzəltdi də. Onda da istəməyənlər var idi. Məsələn, etiraz edənlər var idi ki, niyə burada qoyublar… Amma mən sizə deyim, çox ağır iş idi. O heykəli orada qoyduq, ümumiyyətlə, vağzalın binasını yenidən qurduq, oranı abadlaşdırdıq…
    O heykəlin orada qoyulması oranı abadlaşdırdı, oranı gözəlləşdirdi. Ona görə də Cəfər Cabbarlının yubileyini eşidəndə, oraya dəvətnamə alanda çox sevindim. Onun yaradıcılığına böyük hörmətim var. Dedim ki, yubileyə gedim-getməyim? Bəli, gəldim Opera Teatrına. Keçib kənarda oturdum. Rəsmi hissə qurtardı. Rəsmi hissə qurtarandan sonra tənəffüs oldu. Cəfər Cabbarlının qızı gəldi, qohumları gəldi. Onlarla görüşdük. Daha konsert hissəsinə baxmadım. Getdim. Elələri də olubdu, belələri də olubdu. Həyat həyatdı. Ancaq ədəbiyyatımız, mədəniyyətimiz yaşamalıdı, bu gün kimsə çıxışında dedi ki, artıq filarmoniya boş deyil. Bilirsiniz, bunun özü böyük bir hadisədir. Bayaq mən buraya gələndə dedim ki, vaxtilə bu binaya böyük-böyük şəxsiyyətlər gəliblər, bu otaqda əyləşiblər. Üzeyir Hacıbəyov gəlibdi, Niyazi, Qara Qarayev, fikrət Əmirov, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza…
    İndi hər dəfə bu binanı, bu otağı görəndə gəlib o simalar yadıma düşür… Düzdü, mənim indi işlərim çox olur, gərgindi. Ancaq sənət adamları özləri ki, əvvəlcədən xəbər verir - məsələn, fikrət Qoca əvvəlcədən xəbər verib - imkan tapıb iştirak edirəm. Mənə dedilər, soruşdum ki, yaşı nə vaxt tamam olur? Dedilər avqustda. Maraqlandım ki, niyə bəs belə? Dedilər ki, belə məsləhət bilib. Mən qaldım məəttəl. Hələ yaşı tamam olmayıb. Ancaq bunu qeyd eləmək lazımdır. Anar da deyib ki, gözləsinlər, hələ avqust ayında bunun yaşı tamam olanda keçirərik.
    Anar: - Bir məsələ də var ki, sponsorlar belə istəyiblər, tələsidiblər.
    Heydər Əliyev: - Mən belə başa düşdüm ki, sponsorlar da Şərur payonundandırlar. Təşəbbüsü kim irəli sürüb?
    Anar: - Ramiq Muxtar.
    Heydər Əliyev: - Kim?
    Rəfiq Zəka: - Ramiq Muxtar, Əli Nağıyevin xalası oğlu, o, bu işdə çox təşəbbüs göstərib.
    Heydər Əliyev: - Şadam ki, gəldik, görüşdük. Çox məmnunam. Bayaqkı təkliflərinizi də qəbul edirəm. İstədiyiniz vaxt görüşə bilərik.
    Bəkir Nəbiyev: - Elmlər Akademiyasına da gəlişinizi gözləyirik.
    Heydər Əliyev: - Bunlara söz vermişəm, mən gərək mütləq iyulun onuna qədər sizinlə görüşəm. Akademiklərlə, sonra yazıçılarla. Amma o bir nəsil ki, var - o gənc nəsil, onlarla da görüşməliyəm. Bayaq Həsən Həsənov mənə izah eləyirdi ki, Vahid Əziz kimdi. Deyir ki, sizin vaxtınızda Mərkəzi Komitədə işləyib. Deyirəm belə adam ağlıma gəlmir. Sonra fırlatdı ki, bunun familiyası varmış - Cəfərov. Mən onu Cəfərov kimi tanıyırdım. Yadıma düşdü ki, o oğlanı Mərkəzi Komitədən deyəsən mənim kadrlarımdan biri kimi işdən çıxartmışdılar. O zaman biri varıydı, Həmid…
    Yerdən səs: - Həmid Abbas.
    Heydər Əliyev: - O yazırdı. Ancaq bunun yazdığını bilmirdim.
    Rəfiq Zəka: - Bunun Yazıçılar İttifaqına zəmanətini o vaxt Rəsul Rza verib. Hamımıza Rəsul Rza zəmanət verib Yazıçılar İttifaqına qəbul edilmək üçün.
    Heydər Əliyev: - Anar, mən yeddi-səkkiz ay bundan qabaq televiziyadan eşitdim ki, Rəsul Rzanın səksən beş illiyi qeyd olunub. Bəs mənə niyə deməmisən?
    Anar: - Sizə əziyyət vermək istəmədik, Heydər müəllim.
    Heydər Əliyev: - Yadımdadı, biz Rəsul Rzanın 70 illiyini qeyd elədik. Sosialist Əməyi Qəhrəmanı adı verdik. Bilirsiniz, indi bəzən bu keçmiş fəxri adlara bir cür baxırlar. Mən bunu dəfələrlə demişəm. Hər dövrün özünün atributları var. …Onu deyə bilərəm ki, Ukrayna kimi böyük bir respublikada o zaman cəmi iki nəfər mədəniyyət xadimi Sosialist Əməyi Qəhrəmanı adı almışdı. Amma bizdə ondan yuxarı mədəniyyət xadimi bu ada layiq görülmüşdü… Hətta bunu Mixail Qorbaçov mənə irad tutdu… Ancaq mən onun cavabını da verdim, səsini də kəsdi. Özü də hamının yanında cavabını verdim, səsini kəsdi… Bayaq burada Rəsul Rzanı çox gözəl qeyd elədiniz. Xatirimdədi, onun çıxışı da xatirimdədi. Mən özüm ona o mükafatı təqdim eləyəndə o, Hadinin sözlərini misal gətirdi ki, Hadi "Yoxdur millətimin imzası imzalar içində" - deyirdi. Ancaq onu da əlavə etdi ki, indi vardır millətimin imzası imzalar içində. Rəsul Rzanın o çıxışı çox gözəl mənim xatirimdədi. Təkcə çıxışı yox, əsərləri, yazıları, hamısı təbii ki, yadımdadır.
    Anar: - Lenin haqqında o zaman yazdığı poemasında da…
    Heydər Əliyev: - Mən heç kəsə bəraət qazandırmaq istəmirəm ki, bu mövzudakı yazılara görə kimisə ittiham etsin. İnanıb, yazıb! İnamla yazıb, başa düşürsünüzmü?
    Qabil: - Tamamilə doğrudur.
    Heydər Əliyev: - Heç kəsi günahlandırmaq olmaz. Heç kəsi… Amma şair kimi onun şeirləri dəyərlidi. Onun şeirlərinin görün nə qədər yüksək dəyəri var. O cürə şeriyyət zirvəsinə çatmaq hünərdi. Ola bilər Lenin haqqında yazasan, ola bilər, nə bilim, başqa bir padşah haqqında yazasan, ola bilər böyük bir sərkərdə haqqında yazasan. Nizami Aleksandr Makedonski haqqında "İsgəndərnamə" poeması yazmışdı, şərt onda deyil ki, o, İsgəndərin qəhrəmanlığını göstərirdi. Biz Nizamini şerinə görə, şairlik dühasına görə qiymətləndiririk. firdovsi "Şahnamə" yazıb. İndi bizdə firdovsi bir o qədər də geniş təbliğ olunmur. Ancaq mənim xatirimdədi, 30-cu illərin ikinci yarısında çox geniş təbliğ olunurdu "Şahnamə". Mən Məşhədə gedəndə firdovsinin qəbrini çox böyük ehtiramla yad etdim. Orada məni iki yerə dəvət etdilər… Rəsul Rzanın 85 illiyini mən bilməmişəm. Yəqin ki, geniş qeyd etdiniz?
    Anar: - Çox geniş…
    Heydər Əliyev: - Ancaq güman edirəm ki, Rəsul Rzanın doxsan illiyinə qədər biz hamımız yaşayacağıq… Mən keçən dəfə demişəm ki, Səməd Vurğunun doxsan illiyini keçirəcəyik, beş ildən sonra Rəsul Rzanın doxsan illiyini keçirəcəyik. On ildən sonra fikrət Qocanın yetmiş illiyini keçirəcəyik. Cəfər Xəndan böyük bir şəxsiyyət, böyük insan idi. O, universitetin rektoru, professoru idi. Rektor kimi yox, bir pedaqoq kimi, bir ədəbiyyatşünas kimi onun yubileyini qeyd etmək olar. Onu da qeyd eləmək lazımdır. Tariximizin heç bir nöqtəsini unutmaq olmaz. İnsan öz tarixi ilə güclüdür…
    Sabir Rüstəmxanlı: - Heydər bəy, Azərbaycan xalqı Sizin ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına göstərdiyiniz qayğını birmənalı şəkildə qəbul edir, hörmətlə qarşılayır… İndi burada mən istəmirəm bir çox məsələlərin üzərində geniş dayanım, yenidən qayıdım, ancaq yadımdadı ki, vaxtilə bir çıxışımdan sonra siz tapşırıq verdiniz və yazıçıların qonorarı artırıldı. İndi bu köhnə sistem yoxdu, qonorar da verilmir. Kitablara görə qonorar vermək mümkün deyil. İndi kitab nəşri sahəsində böyük çətinliklər var… Bir balaca bu sahəyə diqqət yetirilsə, ədəbi orqanların çapına kömək edilsə ədəbiyyatımız, mədəniyyətimiz qazanar…
    Heydər Əliyev: - "Ədəbiyyat qəzeti"ylə "Azərbaycan" jurnalının bu il çıxmasını mən götürürəm öz üzərimə. Mən buraya gələndən təkliflər gəlib ki, Heydər Əliyev fondu yaradılsın. Bir neçə dəfə mənə müraciət ediblər. Müraciətlər var. Mən bəzən düşünürəm ki, başqa cür imkan yoxdur. Əgər belə bir fond yaratsaq, necə olar?
    Yerdən səs: - Belə bir fond hər hansı formada yaransa, yenə də mütləq vacibdi.
    Heydər Əliyev: - Adını konkret deyə bilərəm. O fond həqiqətən yaradılası olsa Heydər Əliyev fondu olacaq.
    Qabil: - Çox yaxşı olar, bu fondun hesabına yazıçıların, mədəniyyət xadimlərinin həyat şəraitinin yaxşılaşmasına qismən kömək etmək olar.
    Heydər Əliyev: - fikrimcə, belə bir fond yaransa, ona müəyyən vəsait toplansa, bəzi yazıçılara, çətin yaşayanlara kömək etmək mümkündü. "Ədəbiyyat qəzeti", bir də "Azərbaycan" jurnalına gəlincə, onların məsələsini mənə elə gəlir həll elədim, nə lazımsa, kömək ediləcək… Yaxşı, mən belə başa düşdüm ki, bu tədbirin ikinci hissəsi də var, indi əgər fikrət icazə verərsə, mən ikinci hissəyə qalmayım.
    Fikrət Qoca: - Burada sahib Sizsiniz, çünki bura hamını mən dəvət etmişəm. Amma məni öz 60 illiyimə Siz gətirmisiniz. Yoxsa qalardı 86-cı ildə, vallah, mən bilmirəm Sizə necə təşəkkür eləyim… O zaman mən ağır xəstəlik keçirəndə…
    Heydər Əliyev: - Onları yadından çıxart, onlar keçib gedibdir.
    Fikrət Qoca: - Çox sağ olun, böyük zəhmət çəkdiniz…
    Qabil: - Yaxşı oldu ki, fikrətin yubileyindən istifadə edib bir balaca qayğılarımızdan söz açdıq.
    Heydər Əliyev: - Mən o qədər bu ədəbiyyatı çox istəyirəm ki, imkan olsa, belə görüşləri daha çox keçirərəm. Ona görə yox ki, sizin üçün, həm də özüm üçün. Çünki yaxşı bir şeir eşidəndə qəlbim coşur, yaxud yaxşı bir nəğmə oxunanda - bayaq da gözəl mahnılar oxudular, - adamın yadına keçmişləri salır. Ona görə də şeir, yaxud mahnı eşidəndə, sizin kimi adamlarla görüşəndə müəyyən qədər dincəlirəm.
    Bir daha çox sağ olun. Nə qədər imkanımız var işləmişik, bundan sonra da işləyəcəyik… Nə qədər imkanımız var kömək edəcəyik. Mən sizin hamınıza hörmət və ehtiramımı bildirirəm və yazıçılarla, şairlərlə, mədəniyyət xadimləriylə axıra qədər bir yerdə olacağam.

  2. #142
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Yüz ilin bulvarı
    Bakı bulvarının yüz illik tarixi var. Bulvar salmaq qərarı 1909-cu ildə Bakı Şəhər Dumasında çıxarılıb. Bu hadisə o vaxt Dumada çalışan mühəndis Məmməd Həsən Hacınskinin adı ilə sıx bağlıdır. İki il ərzində bura kənardan münbit torpaq, Azərbaycanın ayrı-ayrı bölgələrindən, hətta Avropadan müxtəlif nadir bitki nümunələri gətirilib. 1950-60-cı illərdə bulvarda «Mirvari», «Bahar» kafeləri, Səməd Vurğun adına yay kinoteatrı, «Venesiya» su şəhərciyi və bir çox digər istirahət obyektləri tikilib.

    Hazırda parkın uzunluğu 3 kilometr 750 metrdir. Sahildən Neftçilər prospektinə qədər bəzi yerlərin eni 350, bəzi yerlərin eni isə 500 metrdir. Milli Park «Azneft» meydanından – Əl Oyunları İdman Sarayının yanından başlayır və dəniz limanının yaxınlığında bitir. Milli parkın başlanğıcında Azərbaycanın dövlət bayrağı dalğalanır.

    Bu ilin idarəsi

    2008-ci il yanvarın 10-da Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb. İdarənin mətbuat xidmətinin rəhbəri Nazim Məcidovun sözlərinə görə, «Artıq 7 aydır idarə tam fəaliyyət göstərir. Aparatın 30 işçisi var. İdarənin tərkibində iki müəssisə fəaliyyət göstərir: Milli Park Müəssisəsi, həmçinin Yaşıllaşdırma və Kommunal Təsərrüfat Müəssisəsi».

    Dövlət başçısının sərəncamına əsasən, yaxın 7 ildə Milli Parkın sahəsi genişləndirilməli, 25 kilometrə çatdırılmalıdır. Əl Oyunları Sarayından Bibiheybət məscidinə, dəniz lmanından Zığ qəsəbəsinə qədər olan ərazi bulvara çevriləcək.

    İdarədə çalışanların hər birinin özünəməxsus geyimi var. Məsələn, yaşıllaşdırma işiylə məşğul olanlar yaşıl, xadimələr qırmızı, mühafizəçilər göy və s. geyimlərdə əraziyə çıxırlar.

    Bulvarın üç yerində mühafizə köşkü qurulub.
    Bulvarı dənizdən götürülmüş suyla suvarırlar

    Mütəxəssislər su ilə bağlı yenilik ediblər. Dənizdən götürülən su təmizlənərək texniki su halına salınır və ondan ağacların, otların, gül-çiçəyin suvarılmasında istifadə olunur. «A» xəttində çəkilən su boruları da bu məqsədlə istifadə ediləcək. N.Məcidov bildirir ki, parkdakı heç bir bitki əllə suvarılmayacaq: «Bütün yaşıllıq sahələri kompüter vasitəsilə idarə olunan sistemlə suvarılacaq. Sistem günün müəyyən vaxtına uyğun quraşdırılacaq və sutkada üç dəfə avtomatik işə düşəcək».

    M.İsmayılov qeyd edir ki, parkda yaşıllıq artırılır: «Bulvar daha yaraşıqlı görünsün deyə otluqdan müxtəlif mənzərələr, yaşıl təpələr yaradılıb. Yaşıllaşdırma idarəsi hər mövsümə uyğun güllər gətirir. Həmişəyaşıl bitkilərin də sayını artırmağı planlaşdırırıq».

    Bulvarın «tozsovuranları»

    Bulvar İdarəsinə Almaniya istehsalı olan «Mercedes» markalı 4 ədəd iri (zibilyığan, yük daşıyan, qaldırıcı və suvaran), 11 ədəd isə elektromobil maşın gətirilib. Elektrik enerjisi ilə işləyən, ekoloji baxımdan səmərəli hesab edilən balaca maşınlar müxtəlif funksiyaları yerinə yetirir. Biri yer süpürür və zibili avtomatik olaraq yığır (tozsovuran tipli), biri yük daşıyır, digəri isə bulvara istirahətə gələn vətəndaşları gəzdirir.
    Qalsa-qalsa bir fayton qalacaq

    Yaxın gələcəkdə bulvarda qalsa-qalsa cəmi bir fayton qalacaq. Faytonların yığışdırılmasının səbəbindən danışan M.İsmayılov bildirir ki, yeni, müasir maşınlar faytonları əvəz edir: «Mobil minik maşınlarının sayını artıracağıq. Hazırda üç belə maşınımız var. Faytonlardan idarəyə şikayətlər daxil olur. Ola bilər, nümunə kimi bir ədəd saxlansın. Bəzən təzə evlənənlər bulvara gəlib faytonda şəkil çəkdirirlər. Bu məqsədlə ola bilər ki, simvolik olaraq bir fayton saxlansın. Amma yerdə qalanları mobil maşınlarla əvəz olunacaq».
    İki saata yığılıb-sökülən kafelər

    M.İsmayılov bulvarda olan attraksionların tamamilə dəyişdiriləcəyini də vurğulayır: «Sentyabrın 15-dən hər 10 gündən bir yeni attraksion gətiriləcək və quraşdırılacaq. Hazırda bulvarda 26 balaca və böyük attraksionumuz var ki, onlardan cəmi 3-ü müasir standartlara cavab verir. Dünyada ən müasir attraksionlar İtaliyadadır. Onların Çində, Koreyada zavodları var. Bizim sifariş etdiyimiz attraksionlar sırf Avropa sertifikatlıdır».

    Bulvardakı yeniliklərdən biri kafelərlə bağlıdır. Artıq beş-altı yerdə yüngül materialdan hazırlanmış və iki saat ərzində sökülüb yenidən quraşdırıla bilən kafelər qurulub. Yaxın gələcəkdə onların da sayı artırılacaq.

    Yeraltı tualetlər
    .
    Tum satmaq qadağan edilib

    Bulvarda əldə satış bütünlüklə qadağan edilib. Ona görə də parkın daimi sakinlərinə – tumsatanlara artıq rast gəlmək mümkün deyil. M.İsmayılov deyir: «Burda əldə günəbaxan tumları satmağa icazə yoxdur. Mühafizəçilərimiz kiminsə tum çırtlayıb yerə tökdüyünü görəndə də xəbərdarlıq edirlər. Cəza verilmir, amma xəbərdarlığımızı edirik».

    M.İsmayılov xatırladır ki, tumsatanlar tumu alıcılara adi kağız bükülüdə verirdilər: «Bu həm görünüş baxımından, həm gigiyenik baxımdan normal sayılmır. Amma mağazalarda, sertifikatlaşdırılmış, ağzı qapaqlı günəbaxan tumlarını kimsə alıb istifadə edirsə, buna kimin sözü ola bilər?! Əgər hər kəs əlinə bir götürüb burda satmağa çıxarsa, bulvar bazara dönər. Bulvar istirahət zonasıdır. Bura çıxarılan hər bir mal üçün idarədən icazə alınmalıdır, eyni zamanda özbaşınalıq olmasın deyə idarə onlara nəzarət etməlidir. Qeydiyyat aparıldıqda nəzarət də asan olur. İdarə zəhərlənmə, yaxud hansısa xoşəgəlməz hadisə olmasın deyə satılan malları müntəzəm yoxlayır».

    Bulvarın genişləndirilməsi planlanlarından danışarkən N.Məcidov deyir ki, ilk növbədə dəniz limanından Zığ qəsəbəsinə qədər olan ərazidə yerləşən neftayırma zavodları, müxtəlif dövlət obyektləri köçürülməli, eyni zamanda Bibiheybət məscidinə qədər olan ərazidəki neft buruqlarının taleyi həll edilməlidir: «Bayıl qəsəbəsindəki yaşayış evlərinin Bulvar ərazisinə düşüb-düşməyəcəyi barədə məlumatım yoxdur. Ümumiyyətlə, bulvarın dənizdən sahil qədər olan hissəsi bəzi yerlərdə 350, bəzi yerlərdə isə 500 metrə çatır. Təxminən bu qayda ilə də ərazi genişləndiriləcək».

    Bulvarda həmişə bahalıqdır

    «Bulvarda həmişə qiymətlər baha olub. Məsələn, adi su kənarda 10 qəpik olubsa, burda 15 qəpiyə satılıb. Bu lap əvvəldən belədir» - M.İsmayılov belə deyir.

    Hazırda bir adamın attraksiona minməsi 1 manata başa gəlir. Sentyabrın 15-dən sonra quraşdırılacaq yeni attraksionların qiymətlərinin nisbətən yüksək olacağı da gözlənir.

    İdarənin elektromobil maşınları da adamın birini 1 manata gəzdirir. Hər gəzintidə elektromobil maşınlar bulvarda bir dövrə vurur

    Dəniz kənarı parka getməyə dəyərmi?
    Ashaqdaki yazi extracted from [

    Şəhərin işgüzar həyatından, istisindən yorulanda bəzən yolumuzu Bakı Bulvarından salırıq. Bura ilin bütün fəsillərində, xüsusilə də yay aylarında qonaq-qaralı olur. Son illər Milli Park adlanan bulvarımızda gəzib dolanmaq insana nə qədər zövq versə də, bir o qədər “əmma"larla qarşılaşırsan. Xüsusilə də uşaqlarla birgə olanda. Onların həvəslə gəldikləri bu məkanda ürəkləri istəyən kimi bir dövrə vurmaq üçün ən azı cibimizdə gərək 20 manatımız olsun. Beləliklə uşaqlar üçün nəzərdə tutulmuş “Qu quşu” atraksionuna yaxınlaşırıq. Kassanın üzərində iri hərflərlə “1 manat” görünür. Qarşımıza çıxan digər atraksion və yelləncəklərdə də qiymətlər eyni oldu. Avtodromda maşın sürmək, “Delfin”də yellənmək, “Şeytan təkəri”nə minmək - 1 manat. Burada faytonla gəzmək istəyənlərin nəzərinə - bir dövrənin qiyməti 5-10 manatdır. Bir az çək-çevirdən sonra faytonçu 3 manata da razı olur. Faytonçudan faytonun benzin işlədən nəqliyyat vasitələrindən də baha sürülməsinin səbəbini soruşduqda, məlum olur ki, “arenda pulunu çox alırlar, ona görə də bunun qiyməti benzindən baha çıxır”. Bulvara yeni gətirilən sərnişin taksilərinin də xidmət haqqını öyrəndik və “bir kruqun qiyməti bir nəfər üçün 1 manat” cavabını aldıq. Burada ən maraqlı əyləncələrdən də biri gəmi ilə dənizdə gəzməkdir ki, bunun üçün böyüklər 1 manat 50 qəpik, uşaqlar 1 manat 20 qəpik ödəməlidirlər. Bir az gəzib yorulduqdan sonra nə isə yemək fikrinə düşsəniz, bilin ki, bir dönərin qiyməti 1 manat 20 qəpik, hamburger 60 qəpikdir. Balaca və böyüklərin ən çox sevdiyi pop-korn və şirin pambıq isə 50 qəpiyədir. Restoranlara gəlincə, özünəməxsus dizaynı ilə illərdən bəri Bakı Bulvarının simvolu olan “Mirvari” restoranında çay 2 manatdan 7 manatadəkdir. 1 stəkan su 1 manat, təbii şirələrin 1 qutusu isə 1-4 manatdır. Yeni istifadəyə verilən “Romantika” kafesində isə qiymətlər özü kimi fərqlidir. Taxta stullarda oturub çay içmək 2-10 manat, yumşaq qoltuqlarda oturub çay içmək isə 12-25 manatdır. Qozlu dondurmanın 1 payı 3 manatdır. Onu da deyək ki, bulvarda yeni kafe tikilir. Şüşə ilə örtülü, arakəsmələrdən ibarət dairə formasında olacaq bu kafe iki mərtəbəlidir. Kafeni tikən ustaların bildirdiyinə görə, buranın tikinti materialları Almaniyadan gətirilir. Nə isə, yolumuza davam edək. Birdən nəbadə susayasınız ha! Çünki bulvar boyu adi qazlı və qazsız suların 1 litri 50 qəpik, kokteylin 1 stəkanı 50 qəpik, dondurmanın 1 ədədi isə 30 qəpikdən 3 manatadəkdir.
    Əgər birdən yanınızdakı uşaq oyuncaq almağınızı istəsə, bunun üçün 1-4 manatınızdan keçməlisiniz. Burada “boksyor” adlanan oyun maşınında 1 zərbənin və oyuncaqlarla dolu maşının 1 hərəkətinin qiyməti 20 qəpikdir. Bulvara gəlib şəkil çəkdirmədinsə... Bu zaman da 2-3 dəqiqəyə hazır olan 1 fotoşəkilə 2 manat verməlisən. Əgər şəkli kukla adamlarla çəkdirmək istəyirsənsə, onun da qiyməti 1 manat olacaq. Fotoqrafı sorğu-suala tutduqda, bəlli oldu ki, burada icarə pulu çox bahadır. Belə ki, fotoqraf bir aya 300 manat, kukla adam isə 200 manat icarə pulu ödəyir. Yolumuza davam edərkən birdən velosiped sürən qızlarla polisin mübahisə etdiklərini gördük. Məlum oldu ki, bulvara velosipedlə girmək qadağan olunub və mübahisə də bu səbəbdən yaranıb. Buda Bakı Bulvarının Hal-Hazırdaki, Heçdə Ürək Açan Olmayan Vəziyyəti.

  3. #143
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikası əvvəllər SSRİ-nin tərkibində olub.Hal-hazırda

    Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib.
    Azərbaycan Cənubi Qafqazda Qafqaz sıra dağları ilə Xəzər dənizinin arasında yerləşir. Paytaxtı Xəzər dənizinin sahilində yerləşən Bakı şəhəridir. Əsas ərazisindən əlavə, onun tərkibinə Naxçıvan Muxtar Respublikası da daxildir. Naxçıvan Muxtar Respublikası İranla həmsərhəddir; Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisi yerləşir.
    Zəngin neft ehtiyatlarına malik olan Azərbaycan ta qədim dövrlərdən özünün neft və qaz ehtiyatlarına görə tanınıb. Oda pərəstiş edən atəşpərəstlər burаda torpaqdan çıxan “əbədi ocaqlar”ın – yanar qazın ətrafında məbədlər tikiblər.

    QISA OÇERK
    XIX əsrdə - hələ Azərbaycan ərazisi Rusiya imperiyasının tərkibində olanda - burаda görünməmiş neft bumu başlayıb. Ölkəyə xarici sərmayədarlar axışıb, XX əsrin əvvəlлярində isə bütün dünya neft hasilatının, demək olar ki, yarısı Azərbaycanın payına düşüb.
    1994-cü ildə (1991-ci ildən ölkə artıq müstəqillik qazanıb) Azərbaycan Qərb konsorsiumu ilə 7,4 milyard ABŞ dolları dəyərində ilk iri neft müqaviləsi imzalayıb. Həmin vaxtdan Гərb şirkətləri ölkənin neft-qaz ehtiyatlarının istehsalına milyonlarla dollar yatırıblar. Xəzər dənizinin nefti indi boru kəməri vasitəsilə Bakıdan Gürcüstan vasitəsilə Türkiyənin Ceyhan limanına axır. Azərbaycan iri qaz ehtiyatlarına da malikdir.
    2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olub. Tez-tez genişmiqyaslı korrupsiyada və seçkilərin nəticələrinin saxtalaşdırılmasında ittiham olunan ökənin hakim dairələri Rusiya və Qərbin bu regionda geostrateji mövqeləri arasında balans qurmağa çalışırlar.

    FAKTLAR
    Rəsmi adı: Azərbaycan Respublikası
    Əhalisi: 8,4 mln insan (BMT-nin məlumatı, 2006)
    Paytaxtı: Bakı şəhəri
    Ərazisi: 86 600 kv.km
    Əsas dillər: Аzərbaycan, rus
    Əsas din: İslam
    Orta yaş həddi (kişi/qadın): 63/70 yaş (BMT-nin məlumatı)
    Pul vahidi: 1 manat = 100 qəpik
    Əsas ixrac məhsulu: neft və neft məhsulлarı
    Adambaşına düşən ortaillik gəlir: 1 240 dollar (Ümumdünya Bankının məlumatı, 2006)
    İnternetdə domen: az
    Beynəlxalq telefon kodu: +994

    RƏHBƏRLƏR
    Prezident:İlham Əliyev
    İlham Əliyev 2003-cü ildə prezident kürsüsündə atası mərhum prezident Heydər Əliyevi əvəz edib. Heydər Əliyev oğlunu “siyasi xələfi” adlandırır və onu çoxdan yuxarı dövlət vəzifəsinə hazırlayırdı. Heydər Əliyev vəfat edəndə İlham Əliyev artıq ölkədə baş nazir, Dövlət Neft Şirkətinin vitse-prezidenti və hakim Yeni Azərbaycan Partiyasının sədr müavini idi. Prezident seçkisində İlham Əliyev bütün digər namizədləri geridə qoydu. Qərb müşahidəçiləri seçkiqabağı kampaniyanı sərt tənqid etdilər. Onların sözlərinə görə, seçkiqabağı kampaniya seçicilərin, KİV-in zorakılıq və qeyri-adi vasitələrlə qorxudulması ilə xarakterizə olunub. Polis müxalifətin nümayişini güc tətbiq edərək dağıtmış, bir çox adamı həbs etmişdiр.
    Heydər Əliyevin siyasi karyerası SSRİ dövründə təhlükəsizlik orqanlarından başlamış, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunda bitib. Müstəqil Azərbaycanın ağır dövrlərində yeni ideoloqa çevrilib. O, ölkədə qeyri-sabit vəziyyət olanda hakimiyyətə qayıdıb və Azərbaycanı 1993-cü ildən dəmir əllя idarя edib. Qяrb dяfяlяrlя onun idarяetmяsini insan hцquqlarыnыn vя KИV-in azadlыьынын pozulmasыna görə töənqid edib.
    Müxalifət əvvəlki kimi hazırkı prezident İlham Əliyevin demokratik prinsiplərə sadiqliyinə ciddi şübhə edir. Bu şübhələr 2005-ci ildə parlament seçkilərindən sonra keçirilən nümayişin dağıdılmasında polisin yenidən güc tətbiq etməsindən sonra daha da güclənib. Seçkilərin nəticələrinə görə, hakim partiya parlamentdə yarıdan çox yer tutub. Bununla yanaşı, ATƏT və Avropa Şurasının müşahidəçiləri bildiriblər ki, seçki beynəlxalq standartlara az uyğun gəlib.
    İlham Əliyev 1961-ci ildə anadan olub. O, tarix elmləri namizədidir. Müstəqillik dövründə bizneslə məşğul olaraq varlanıb. Evlidir, üç uşağı var.

    Baş nazir: Artur Rəsizadə
    Xarici işlər naziri: Elmar Məmmədyarov
    Daxili işlər naziri: Ramil Usubov
    Milli təhlükəsizlik naziri: Eldar Mahmudov
    Müdafiə naziri: Səfər Əbiyev
    Baş prokuror: Zakir Qaralov
    Fövqəladə hallar naziri: Kəmaləddin Heydərov
    Müdafiə sənayesi naziri: Yavər Camalov
    Ədliyyə naziri: Fikrət Məmmədov
    Maliyyə naziri: Samir Şərifov
    Vergilər naziri: Fazil Məmmədov
    İqtisadi inkişaf naziri: Heydər Babayev
    Sənaye və energetika naziri: Natiq Əliyev
    Nəqliyyat naziri: Ziya Məmmədov
    Əmək və əhalinin sosial müdafiəsi naziri: Füzuli Ələkbərov
    Kənd təsərrüfatı naziri: İsmət Abasov
    Ekologiya və təbii sərvətlər naziri: Hüseynqulu Bagırov
    Mədəniyyət və turizm naziri: Əbülfəs Qarayev
    Təhsil naziri: Misir Mərdanov
    Səhiyyə naziri: Oqtay Şirəliyev
    Rabitə naziri: Əli Abbasov
    Gənclər və idman naziri: Azad Rəhimov

    KİV
    Azərbaycanın dövlət və ictimai KİV-i özəl və müxalifət mətbuatı, həmçinin, sayı o qədər də çox olmayan özəl radio və televiziyaları ilə rəqabətdədir. Azərbaycanın Konstitusiyası söz azadlığına təminat verir, buna görə də nəzəri cəhətdən ölkənin bütün kütləvi informasiya vasitələri azaddır. Buna baxmayaraq, hakimiyyəti tənqid edən KİV və ayrı-ayrı jurnalistlər mütəmadi olaraq təzyiq və təqiblərə məruz qalırlar. Tanınmış müxalif yönümlü jurnalist Elmar Hüseynov 2005-ci ildə öldürülüb. 2006-cı ilin sonunda beynəlxalq təşkilatlar, ATƏT və Avropa Şurası da daxil olmaqla, müstəqil ANS televiziyası və radiosunun müvəqqəti olaraq qapadılmasını tənqid ediblər. Ölkənin ilk müstəqil televiziya və radiosu (1991-1994) hələ də lisenziyasını təzələyə bilməyib. Əsası ABŞ-da olan jurnalistlərin müdafə komitəsi müstəqil və müxalifyönümlü mətbu orqanların təqib edilməsinə irad tutub. 2005-ci ildə dövlət tərəfindən açıqcasına nəzarətdən kənar olmalı olan İctimai Televiziya və Radionun yayımı başlayıb. Belə bir yayımın yaradılması Azərbaycanın demokratiya və insan hüquqları məsələləri ilə məşğul olan Avropa Şurasına daxil olarkən qarşısına götürdüyü öhdəliklərdən biridir. Azərbaycanda iki dövlət televiziyasından birinin bazasında ictimai televiziya yaradılıb, digəri AzTV1 isə qapalıtipli səhmdar cəmiyyətinə çevrilib. Azərbaycana Türkiyənin TRT1 və STV telekanalı, Rusiyanın isə RTR və ORT televiziyaları retranslyasiya olunur. Amma Azərbaycanın Milli Teleradio Şurasının qərarına görə, Rusiya telekanallarının Azərbaycana yayımı 2007-ci ilin iyulun 1-dən dayandırılacaq. Ölkənin bəzi yerlərində televiziya tamaşaçıları Ermənistanın da televiziya kanallarını seyr edə bilirlər.

    Mətbuat
    “Azərbaycan” - gündəlik hökumət qəzeti
    “Azadlıq”- gündəlik qəzet
    “Exo” - rus dilində gündəlik qəzet
    “Ekspress”- həftəlik qəzet
    “Yeni Azərbaycan” - gündəlik qəzet
    “Yeni Müsavat” - gündəlik qəzet
    “Zerkalo”- Azərbaycan və rus dillərində gündəlik qəzet
    “525-ci qəzet”- gündəlik qəzet
    “Bacu sun”- həftəlik ingilis dilində qəzet

    Televiziya
    “AzTV”– dövlət televiziyası
    “İTV”- ictimai televiziya, 2005-ci ilin avqust ayından yayımlanır
    “ANS TV”– Azerbaijan News Services – nüfuzlu özəl televiziya
    “Space TV”– özəl televiziya
    “Lider TV”– özəl televiziya
    “ATV”- Azad Azərbaycan- özəl televiziya

    Radio
    Azərbaycan radiosu– dövlət radiosu
    İctimai radio– 2006-cı ildən yayımlanır
    “ANS ÇM”– özəl FM radiostansiyası, xəbər və musiqi verir
    “Lider”- özəl FM radiostansiyası
    “Azad Azərbaycan” – özəl FM radiostansiya
    “Europe Plus”– özəl musiqi radiostansiyası

    Agentliklər
    AzərTAc- dövlət informasiya agentliyi
    Turan- özəl informasiya agentliyi
    Trend- özəl informasiya agentliyi
    APA- özəl informasiya agentliyi

    1918-ci ilin Mart soyqırımı
    1917-ci ildə Rusiyada baş verən oktyabr çevrilişi bütünlüklə Qafqaz regionunda siyasi prosesləri gərginləşdirmişdi. Çar Rusiyasının süqutu bir sıra millətlərin dövlət yaratmaq istəyinə açılan qapı idi. Ermənilərin “daşnaksütun” partiyası isə yaranmış siyasi vəziyyətdən “Böyük Ermənistan” (Qara dənizdən Xəzər dənizinə qədər Ermənistan Respublikası yaratmaq) arzularını gerçəkləşdirmək üçün istifadə etməyə başlayıb. Bu məqsədlə də ermənilər 1918-ci ilin 31 martında Azərbaycanda soyqırım törədiblər. Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Cümhuriyyəti yaradılmışdı. Bu parlamentli respublika cəmi iki il mövcud oldu. Azərbaycan Cümhuriyyəti 1920-ci il aprelin 27-də Sovet Rusiyası tərəfindən işğal olunaraq SSRİ-nin tərkibinə qatılıb) fövqəladə istintaq komissiyasının materiallarına görə, qırğını törədən bolşevik ordusunun 80 faizi ermənilərin “daşnaksütun” partiyasının üzvlərindən təşkil olunub. Bundan başqa, istintaq materiallarında ermənilər tərəfindən törədilən qırğın nəticəsində 50 mindən artıq azərbaycanlının öldürüldüyü bildirilir. Faciə nəticəsində onlarca ailə tamamilə məhv edilib. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra, bu hadisələr öz qiymətini alıb. 1998-ci ildən etibarən, Heydər Əliyevin fərmanı ilə Azərbaycan xalqı 31 Martı azərbaycanlıların soyqırım günü kimi qeyd edir.

    Qarabağ müharibəsi
    Hələ SSRİ dövründə Azərbaycanın Dağlı Qarabağ bölgəsində yaşayan ermənilər Ermənistan Respublikası tərəfindən provokasiya edilmişdi. Yerli azərbaycanlılara nisbətən çox az olan ermənilərin müstəqillik tələbləri 1989-cu ildən bəri silahlı münaqişəyə səbəb oldu. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu münaqişə iki ölkə arasında müharibəyə çevrildi. Hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu Ermənistanın işğalı altındadır. İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlardan 1 000 000-a yaxın azərbaycanlı əhali öz yaşayış yerlərini tərk edib, 24 000-dən çox insan həlak olub, 50 000 nəfər yaralanıb və ya şikəst olub. Hazırda erməni tərəfin müntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10 000-dən çox azərbaycanlı həlak olub.
    Qeyd edək ki, XVIII əsrdə Azərbaycanda müstəqil xanlıqlar mövcud olub. Azərbaycan ərazisi Çar Rusiyası tərəfindən XIX əsrdə işğal olunduqdan sonra, Qarabağ xanlığı da ləğv olunub. Bundan sonra Rusiya hokuməti Türkiyədən və İrandan 1 milyondan çox ermənini Azərbaycan ərazisinə, əsasən də Qarabağ bölgəsinə köçürüb. 1923-cü ildə SSRİ tərəfindən zorla Dağlıq Qarabağ Muxtar Vilayəti qurulub. 1989-cu ildə Azərbaycan Ali Sovetinin qərarı ilə muxtariyyət ləğv olunub. 1991-ci ildə Dağlıq Qarabağdakı separatçı ermənilər müstəqillik elan ediblər. Heç bir beynəlxalq qanuna uyğun gəlməyən bu “müstəqillik” indiyə kimi haqlı olaraq heç bir ölkə tərəfindən tanınmayıb. İşğal olunmuş ərazilərdə olan tarixi abidələr dağıdılıb, ərazidə olan təbii sərvətlər, xüsusilə qızıl yataqları separatçı rejim tərəfindən qanunsuz olaraq istismar olunur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir. Cəbhə bölgəsində yerləşən Azərbaycan kəndləri daim atəşə tutulur.

    Xocalı soyqırımı
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri Xankəndidə yerləşdirilmiş Rusiyaya aid 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edib. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağırzirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə, şəhərdə yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalan, təqribən, 2500 nəfər əhali yaxınlıqda, azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olublar. Ancaq bu niyyət baş tutmayıb. Xocalıda XX əsrin ən böyük faciələrindən biri baş verir. Əsas tərkibi milliyyətcə erməni olan həmin alay yerli əhalini amansızcasına qətlə yetirib, qadınları və az yaşlı uşaqları öldürüb. Bu faktlar mərhum telerepartyor Çingiz Mustafayevin çəkdiyi lentlərlə, sənəd və fotoşəkillərlə bir daha sübut olunub.

    Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub:
    uşaqlar - 63 nəfər;
    qadınlar - 106 nəfər;
    qocalar - 70 nəfər;
    8 ailə tamamilə məhv edilib;
    25 uşaq hər iki valideynini itirib;
    130 uşaq valideynlərindən birini itirib;
    487 nəfər yaralanıb, onlardan:
    uşaqlar - 76 nəfər;
    1275 nəfər əsir götürülüb;
    150 nəfər itkin düşüb.

    Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd rubl dəyərində ziyan vurulub:
    Bu rəqəmlər Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi iddiasının gerçəkləşdirilməsi əsasında yaranmış Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətli, qanlı faciəsidir. Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib. Hər il fevralın 26-da saat 17:00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

  4. #144
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Azerbaycan birincidir [

  5. #145
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    “YUXULARIMDA TEZ-TEZ AYAQLARIMI GÖRÜRƏM”
    Bəhruz Camalov: “Minaya düşdüyüm yerləri ziyarət etmək arzusundayam” 1992-ci ilin 13 iyunu çətin ki, onun yaddaşından silinsin. Dəhşətli partlayışdan möcüzə nəticəsində salamat qurtulsa da, həmin gündən yarımcan ömür yaşamaq ağırlığını daşımalı olub bizim qəhrəmanımız. O gündən 16 ildir ki, gözləri Qarabağda itirdiyi ayaqlarını gəzir Bəhruz Camalovun... Ağdamın Seyidli kəndində anadan olan Bəhruz bəy 1991-ci ilədək bir müddət Qazaxıstanda və Rusiyada yaşayıb, bizneslə məşğul olub. Ancaq var-dövlət onun Qarabağ döyüşlərinə qatılan yolunu kəsə bilməyib. Həm də döyüşçü yoldaşları arasında “PK Rövşən” kimi məşhur olan, bu gün Şəhidlər Xiyabanında uyuyan şəhid qardaşının qanını almağa tələsib Bəhruz bəy. Odur ki, Milli Qəhrəman Şirin Mirzəyevin batalyonuna yazılıb və düşmənə qarşı döyüşlərə qatılıb. Ağdərə uğrunda əməliyyatlarda iştirak edib. Kiçan kəndinin Ballıqaya deyilən ərazisində isə ağır yaralanıb. Həmin günü belə xatırlayır: “İdarə elədiyim ”QAZ 66" markalı maşınla döyüş sursatı daşıyırdım. Xankəndinə 4-5 kilometr yol qalmışdı. Qarşıda düşməndən alınmış kənddə bizim uşaqlar post qurmuşdular. Mən digər maşınlara mane olmamaqdan ötrü yolun bir hissəsi ilə onları keçib irəli çıxmaq istədim. Postda dayanmış əsgərləri görəndə əlimi qaldırıb onları salamladım. Maşın gölməçədən keçərkən qəfil partlayış qopdu. Nə baş verdiyini hiss eləmədim. Bircə onu gördüm ki, gözümün qabağından qara tüstü keçdi..." “9-cu gün bildim ki, ayaqlarım yoxdur” Yalnız təcili yardım maşınına qoyulanda ayılıb. İki gün Ağdam hospitalında saxlanılan B.Camalovun vəziyyəti ağır olduğundan Bakıya götürülüb: “Hospitalda yatdığım doqquzuncu gün bildim ki, ayaqlarım yoxdur. Hər dəfə uzanılı yerdə hərdən əllərimi ayağıma tərəf aparmaq istəsəm də, əlim qabağa getmirdi. Axı, çiynim də qırılmışdı, başımdan xəsarət almışdım. Bir gün yanıma gələn xalam çarpayımda ayaq tərəfimdə oturmaq istəyəndə heç bir söz deməyib diqqətlə fikir verdim. Baxdım ki, çarpayının ortasında oturdu və heç nə hiss eləmədim. O zaman başa düşdüm ki, artıq ayaqlarım yoxdur”. Qəti şəkildə deyir ki, həyatdan küsdüyü anları olmayıb: “Heç vaxt ”mən nə üçün yaşayıram" sualı beynimdən keçməyib. Baxmışam ki, hospitaldakı qol-qıçı olmayan uşaqların hamısı məndən kiçikdir. Bəzən əsgərlərin eləsi olub ki, yuxudan ayılıb çarpayıdan yerə düşüb gəzmək istəyib. Ancaq ayaqları olmadığından yıxılıb yerdə qalıb. Mənimsə birdəfəlik beynimə yazılıb ki, daha ayaqlarım yoxdur". Sözarası bildirir ki, ayaqlarını döyüş yoldaşları elə minaya düşdüyü yerdə basdırıblar. “Çox istəyirəm ki, minaya düşdüyüm yerə gedim, vaxtilə öz ayaqlarımla getdiyim yerlərə baş çəkim”, söyləyir. Ancaq itirdiyi ayaqları gözünün qabağından getmir: “Tez-tez yuxularımda öz ayaqlarımı görürəm. Görürəm ki, minaya düşdüyüm yerdə sərbəst gəzirəm...” Bu sözləri deyəndə səsinin tonu dəyişir. Bir müddət hamımız susuruq, kimsə danışmır. Yaralarının qaysağını qopardığım üçün özümü qınayıram. Deyəsən, qəlbimi oxuyur. Sükutu yenə özü pozur... “Təkayaqlılara həsəd aparıram” Döyüşə gedərkən cəmi bir ilmiş ki, evliymiş. Qarabağ döyüşçüsünü əli üstə gəzdirən onun fədakar həyat yoldaşı Könül xanım çox əziyyətlər çəksə də, bunu dilinə gətirmir, yalnız fəxarət duyur. İnamla bildirir ki, həyat yoldaşı heç zaman ona yük olmayıb: “Məni heç zaman yormur. Hər vaxt gözümün qabağına gəlir ki, o vətən, torpaq yolunda sağlamlığının bir hissəsini itirib. Həm də ailə-uşağa qarşı çox böyük məhəbbəti var. Ona görə də bir-birimizə bağlanmışıq. Bu səbəbdən ayaqlarının yoxluğu hiss olunmur”. Hərbi hospitalda yatdığı bir ildən artıq müddətdə həyat yoldaşının onun yanına gəlməsinə razılıq verməyib. “İstəmirdim ki, məni bu vəziyyətdə görsün”, deyir. Könül xanım ən çətin işlərdə Bəhruz bəyə yardımçı olur. Hətta Bərdəyə gedərkən “Oka”nın təkəri boşaldığı zaman bu fədakar xanım onu yenisi ilə əvəzləyib. Bunu da gülərək, ürəklə söyləyir: “Hər zaman onunla fəxr eləmişəm”. B.Camalovun ən böyük arzusu rahat, protezsiz-filansız öz ayaqları ilə gəzib-dolaşdığı illərə qayıtmaqdır. Ancaq onu da dərk edir ki, bu, heç zaman mümkün olmayacaq: “Bəzən hansısa problemlərlə üzləşəndə deyirəm nə olardı heç olmasa ayağımın biri yerində olaydı. Bu anlarda təkayaqlı insanlara həsəd aparıram”. “Pensiya heç nəyə çatmır” Bəs, döyüşçü ailəsi necə yaşayır? Cavabında bildirir ki, birinci dərəcəli əlil kimi 142 manat təqaüd alır: “Bu pensiya heç nəyə çatmır. Heç evin normal ərzağını ödəmir. Pensiya qalxmamış qiymət qalxır. Bu il 14 manat pensiyaya əlavə ediblər və 142 manata çatıb. Ona kimi ildə 5-6 manat artım olub. Dövlət müharibə əlillərinə qayğını artırsaydı çox yaxşı olardı. Müharibə əlillərinin düzgün siyahısı tutulmalı və onlar normal pensiya ilə təmin edilməlidir”. “Nə qədər pensiya alsanız normal şəkildə dolana bilərsiniz?” soruşuram. Cavabında belə deyir: “Normal dolanmaq üçün gərək 300-400 manat pensiya verilsin ki, evdə, ailə-uşağın yanında xəcalətli qalmayasan”. B.Camalov müharibə əlillərin güzəştlərinin ləğvini də düzgün saymır: “Verilən 142 manatla həm yaşamaq, həm də işıq, su, qaz pulunu ödəməkmi olar? Şəxsən mənim üst-üstə götürəndə kommunal xidmətlərə görə 1000 manata yaxın borcum var. Hətta 2004-cü ildə işığımızı kəsdilər, üç ay işıqsız qaldıq. Qalıq borcun bir hissəsini ödədik, sonra işıq verdilər”. Ailə heç ünvanlı sosial yardım da almır: “Mən özüm qaçqın deyiləm. Amma ailə-uşaq qaçqın kimi hər adama 9 manat məbləğində çörək pulu alır. Üstəlik də 5 manat uşaqpulu verilir. Aylıq gəlirimiz ancaq budur”. B.Camalov deyir ki, bu cür çətinliklərlə üz-üzə qalanda çox sarsılır: “Mənim işığımı borca görə kəsəndə qonum-qonşu, dost-tanış da görür axı. Hətta bəzən qınaq kimi ”bu da sənin dövlətin, müstəqilliyin, gedib uğrunda canını qoyduğun dövlət indi səni qaranlıqda saxlayır" deyirlər. Mən dövlətdən, millətdən incik deyiləm. Hər birimiz ana-bacımız uğrunda vuruşmuşuq. Ona görə də ağır anlarımda yalnız özümdən küsürəm". Etiraf edir ki, bütün günləri ev şəraitində keçirməsi onu çox sıxır. Sözarası bildirir ki, dövlətin əlillər üçün hansısa iş yerlərini açmasını istəyir: “Məsələn, kompüteri bilsəydim, hardasa işlərdim. Bizimçün kompüter kursu açılsa, öyrənərik və müəyyən işin qulpundan yapışarıq. Məncə, bizim kimi adamlar üçün oturaq iş yerləri yaratmaq olar. Yaxud nəyə görə Qarabağ döyüşçülərinə yardım fondu yaranmasın?” İki qız, bir oğul atasıdır Bəhruz bəy. Qızları Fatimə və Rövşanə 7-ci, şəhid əmisinin adını daşıyan Rövşən isə 3-cü sinfi bitirib. Övladlarından heç vaxt qınaqlar, gileylər eşitmədiyini bildirir: “Onlar mənim vətən uğrunda döyüşməyimlə fəxr edirlər”. Fatimə “hərbçi olmaq, vətəni qorumaq arzusundayam”, deyir. Atası əlavə edir: “Özü istəyirsə, mənim etirazım yoxdur”. 2331 nəfərdən biri Bu fədakar ailədən ayrılıb geri dönərkən Bəhruz bəy əlil arabasında yerini rahlayıb həyət darvazasınacan özü məni ötürür. Balaca bağçasının təqribən 10 metrliyində dalğalanan dənizin sahilində ayaq saxlayırıq. Sözarası deyir ki, gününün çoxu sahildə keçir: “Gəlirəm dənizlə dərdləşirəm, bir az yüngülləşib geri qayıdıram. O qədər danışırım ki, dənizlə. Düşünürəm ki, nə vaxta kimi dənizin qırağında durub danışacağam, nə zaman öz kəndimizə gedəcəyəm..?” Onu da qeyd edək ki, bu cür ağrılı tale yaşayan təkcə Bəhruz bəy deyil. O, Azərbaycanda minadan zərər çəkən 2331 nəfərdən (359 nəfərsə şəhid olub) biridir. Göründüyü kimi, böyük bir siyahıdan söhbət gedir. Ona görə də mina qurbanlarına, onların ailə üzvlərinə özəl qayğı gərəkdir. Düzdür, 2007-ci ilin mart ayında ABŞ-ın maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosasiyası (AMZA) yaradılıb. AMZA-nın strateji məqsədi ölkə üzrə minadan zərərçəkənləri və onların ailə üzvlərini vahid qurum ətrafında birləşdirməkdən, onların hüquqi müdafiəsini təmin etməkdən, sosial-iqtisadi, tibbi-psixoloji reabilitasiyasını gücləndirməkdən, bilik və bacarıqlarının artırılması yolu ilə mina qurbanlarını vətəndaş cəmiyyəti quruculuğu prosesinə cəlb etməkdən ibarətdir. Assosiasiyanın üzvlərinin peşə və ixtisasını artırmaq, müxtəlif sahələrdə onların bacarıqlarını təkmilləşdirmək, minadan zərərçəkənlərin və onların ailə üzvlərinin problemlərinin həlli üçün araşdırmalar aparmaq və s. vəzifələr də AMZA-nın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Digər tərəfdən, Beynəlxalq Avrasiya Mətbuat Fondu Avropa Komissiyasının maliyyə dəstəyi və ANAMA-nın təşəbbüsü ilə “Azərbaycanda Minadan zərərçəkənlərin ehtiyaclarının ödənilməsi” kimi bir neçə layihəni həyata keçirib. Bütün bunlar təqdirolunandır. Ancaq minadan zərər çəkənlər birbaşa dövlət qayğısı ilə əhatə olunmalıdır. Dövlət öz vətəndaşlarına sözün əsl mənasında sahib çıxmalı, onların həyata rabilitasiyası, problemlərinin həlli ilə məşğul olmalıdır. 50-10 milyon yetər ki... Elə iqtisadçı ekspert Qubad İbadoğlu da bu kateqoriyalı insanlara dövlət qayğısının artırılmasını zəruri sayır. Onun sözlərinə görə, araşdırma apararkən ölkədə əmək qabiliyyətli əhalinin minimum istehlak büdcəsinin 108 manat olduğu aydınlaşıb. Özü də bura səhiyyə xidmətləri daxil edilməyib. Əmək qailiyyətini itirən adamlar üçün Nazirlər Kabineti tərəfindən ayrıca istehlak səbətinin təsdiq olunmadığını qeyd edən iqtisadçı bildirir ki, bu kateqoriyalı insanların aylıq istehlak xərcləri əmək qabiliyyətli adamlarla müqayisədə daha çoxdur: “Çünki əlil olan şəxslərin müəyyən müalicə, dərman preparatları, dövrü müayinə ilə bağlı əlavə xərcləri yaranır. İndiki halda minimal səviyyədə təminat üçün bir nəfərə azı 150 manat pul lazımdır”. Q.İbadoğlu dövlətin bu kateqoriyalı adamların sosial vəziyyətini yaxşılaşdırmaqda heç bir probleminin olmadığı qənaətindədir: “Özü də ölkədə çoxlu sayda birinci, ikinci qrup əlillər yoxdur ki, böyük vəsait tələb olunsun. İldə hardasa 5-10 milyon manat pul xərcləməklə mövcud səviyyəni iki dəfə artıra bilərik. Bu da büdcənin heç bir faizini də eləmir”. Yazı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Minadan zərər çəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

    QARABAG QAZISI.

  6. #146
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Bakı metropoliteni ümumi uzunluğu 31,7 km olan 2 xətdən, 21 işləyən və bir tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 22 vestibülü var.

    Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17,1 kilometrdən artıqdır. Bakı metropoliteninin nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxlu əyrilər mövcuddur.

    Xəttlər və Stansiyalar



    Bakı Soveti - Həzi Aslanov - 18,43 Km
    Bakı Soveti - N. Nərimanov - 6,5 Km 1967
    N. Nərimanov - Neftçilər - 7,4 Km 1972
    Netfçilər - Əhmədli - 3,0 Km 1989
    Əhmədli - H. Aslanov - 1,46 Km 1993
    ___________________________________________
    Dərnəgül - Günəşli - 25,68 Km
    28 May - Xətayi - 2,3 Km 1968
    28 May - Nizami - 2,4 Km 1976
    Nizami - Memar Əcəmi - 6,7 Km 1985
    Memar Əcəmi - Dərnəgül - 4,1 Km 1995
    Xətayi - Günəşli - 10,2 Km 2005


    ___________________________________________

    Tarixi


    Nizami stansiyası
    30-cu illərin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRI-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının baş planının ilkin variantların da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək üçün ən sürətli və rahat nəqliyyat növünün- metropolitenin tikintisi qərara alındı.


    Nəsimi stansiyası
    Lakin bir qədər sonra başlanan 1941-1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə- axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-ci ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12,1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500-700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.

    1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metropoliteninin istismara verilməsini xeyli gecikdirir.

    1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni Idarəsi yaradılır.

    1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası və 9,2 km-lik yeraltı xətləri olan Ι növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi. Ilk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 1967-ci il noyabrın 25-dən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.

    Birinci sahədən sonra 2,3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6,4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.

    28 May stansiyasına keçid kimi tikilmiş Cəfər Cabbarlı stansiyası 1993-cü ildə istismara verilmişdir.


    Həzi Aslanov stansiyası
    2002-ci ildə istismara verilən Həzi Aslanov adına stansiyasının başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırmişdır.

    2008-ci il oktyabrın 9-da Nəsimi stansiyası istifadəyə verilmişdir.
    Memar Əcəmi - Nəsimi stansiyası - 2,1 Km 2008


    Gələcək Planlar
    Gələcəkdə Bakı metropoliteni xətlərinin uzunluğu qoşaxətli hesabdan 52 kilometrə, stansiyaların sayı isə 32-yə çatdırılması planlaşdırılır.

    2006-cı ildən etibarən köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlamışdır. 2007-ci ildə tam olaraq bu kartlara keçmək nəzərdə tutulub.

    2009-cu ildə şərti adı Azadlıq prospekti olan yeni stansiyanın açılışı nəzərdə tutulub.


  7. #147
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Azerbaycan reqsleri
    Abayı (Rəqs)
    Azərbaycan (Rəqs)
    Asta Qarabağı (Rəqs)
    Asma Kəsmə (Rəqs)
    Alça gulu (Rəqs)
    Avarı (Rəqs)
    Ay bəri bax (Rəqs)
    Ənzəli (Rəqs)
    Üç badam bir qoz (Rəqs)
    Uzundərə (Rəqs)
    İki arvadlı (Rəqs)
    Birilyant (Rəqs)
    Bənövşə (Rəqs)
    Pəhləvanı (Rəqs)
    Tamara (Rəqs)
    Toy rəqsi
    Turacı (Rəqs)
    Tərəkəmə (Rəqs)
    Camış bağa girdi (Rəqs)
    Cəngi (Rəqs)
    Ceyrani (Rəqs)
    Cəhribəyim (Rəqs)
    Çattadı (Rəqs)
    Çalpapaq (Rəqs)
    Çit tuman (Rəqs)
    Xalabacı (Rəqs)
    Xançobanı (Rəqs)
    Dartma yaxam cırıldı (Rəqs)
    Darçını (Rəqs)
    Dəsmalı (Rəqs)
    Rəngi (Rəqs)
    Zoğalı (Rəqs)
    Sarıbaş (Rəqs)
    Samux (Rəqs)
    Səməni (Rəqs)
    Şalaxo (Rəqs)
    Şahsevani (Rəqs)
    Şəki (Rəqs)
    İnnabı (Rəqs)
    Qazağı (Rəqs)
    Qaytağı (Rəqs)
    Qoçəli (Rəqs)
    Qofta (Rəqs)
    Qıtqılda (Rəqs)
    Qızlar bulağı (Rəqs)
    Qızıl gül (Rəqs)
    Keçi məməsi (Rəqs)
    Kəsmə (Rəqs)
    Kəndiri (Rəqs)
    Koroğlu (Rəqs)
    Koroğlunun qaytarması
    Gəlin atlandı (Rəqs)
    Gəlin gətirmə (Rəqs)
    Gəlin havası (Rəqs)
    Gul gəz (Rəqs)
    Gulməyi (Rəqs)
    Lalə (Rəqs)
    Mücəssəmə (Rəqs)
    Misri (Rəqs)
    Mirzəyi (Rəqs)
    Mirvari (Rəqs)
    Naznazi (Rəqs)
    Vağzalı (Rəqs)
    Velaçola (Rəqs)
    Halay (Rəqs)
    Yerli rəqs (Rəqs)
    Yüz bir (Rəqs)

  8. #148
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Albert Aqarunoviç Aqarunov(1969-1992) - Azərbaycan Milli Qəhrəmanı. Tank komandiri.
    Həyatı
    Albert Aqarunov 25 aprel 1969-cu il Bakı şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir. 1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir.

    Qarabağ müharibəsi başlayarkən Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında həlak olur.

    Albert Qarabağ müharibəsində əfsanəyə çevirilmişdi. O dövrdə tankçılar tanklarını Albert adlandırırdılar. Ermənilər onun başına pul mükafatı qoymuşdular.

    Subay idi.

    Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

    Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir.

  9. #149
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Çingiz Fuad oğlu Mustafayev

    Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.

    Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.

    Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

    Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.

    Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

    Operator Vahid Naxışın qardaşıdır.
    Ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır.
    Fuad Mustafayevin oğludur.
    Naxış Mustafayevanın oğludur.

  10. #150
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Azərbaycan, Odlar Yurdu

    Heç nədən - hər şeyə gedən saxta yol
    93 il keçməsinə baxmayaraq bu gün də ermənilər tarixi saxtalaşdırmaqdan, olmayan hadisələri “olmuş” kimi təqdim etməkdən vaz keçmirlər. Əllərində isə konkret, iddia etdikləri reallığı əks etdirən faktlar olmadığından hər cür yalana, iftiraya əl atırlar.Aşağıda verilən bir neçə fakt buna nümunədir:
    1. Bir çox erməni mətbuat orqanları insan cəsədlərindən ibarət təpəciklərin təsvir olunduğu rəsmin türk “qatilləri” tərəfindən qətlə yetirilmiş erməni qurbanlara aid olduğunu iddia edirlər. Bir neçə vaxt öncə tədqiqatlar nəticəsində həmin rəsmin rus rəssamı Vasili Vereşaqinaya (1842-1904) aid olduğu və Tretyatovski qaleriyasında yerləşdiyi məlum oldu. Vereşaqinin “Müharibə apofeozu” adlanan bu əsəri 1871-ci ildə çəkilib. Açıq-aydın görünür ki, bu rəsmin ermənilərin qətlə yetirilməsi ilə heç bir əlaqəsi yoxdur.
    2. Ermənilər və onların tərəfdaşları tərəfindən “soyqırıma” aid təqdim edilən onlarla “sənəd” arasında Mustafa Kamal Atatürkün isveç jurnalisti Emil Xilderbranda verdiyi müsahibədən bir çıxarış çox geniş yer tutur. Originalı 1 avqust 1926-cı ildə “Los-Anceles İçzaminer” qəzetində yer alan müsahibədə M.K.Atatürk guya ermənilərin öldürülməsini təsdiq edib və bütün bunların günahının həmin dövrdə hakimiyyətdə olan “Gənc türklər”də olduğunu deyib. Bu müsahibənin surəti ABŞ konqresinin üzvləri və başqaları arasında paylanıldı və ermənilər car çəkdilər ki, hətta Türkiyə respublikasının banisi də “soyqırım”ın olmasını təsdiq edir. Əgər Xilderbrandın müsahibəsi həqiqətən də dəqiq olsaydı bu doğrudan da ciddi arqument olardı. Hər halda bu faktın qəbul edilməsi dərin tədqiqatlar tələb edir. Bu müsahibə haqqında söylənilən yuxarıdakı faktlar insanda bəzi suallar doğurur:
    -Türkiyə DİN-in konsulluq şöbəsində olan sənədlər 1926-cı ildə Emil Xilderbrand adlı bir İsveç vətəndaşının Türkiyəyə gəlişini təsdiq edirmi?(verilmiş müsahibənin tarixi-22 iyun 1926-cı il M.K.Atatürkün İzmirdə olması tarixi ilə üst-üstə düşür!)
    Cavab: 20-ci illər ərzində E.Xilderbrand adlı heç bir isveç vətəndaşı Türkiyədə olmayıb!
    - Mustafa Kamalın həyat və fəaliyyəti haqda olan minlərlə broşura və kitablarda Xilderbranda verdiyi müsahibə haqda məlumat verilibmi?
    Cavab: Xeyr, alimlərin əsərlərinin heç birində bu məqalədən sitat gətirilməyib.
    -Mustafa Kamalın görüş cədvəllərində isveç jurnalisti E.Xilderbrandla görüşü və 22 iyun 1926-cı ildə ona müsahibə verməsi haqda qeyd varmı?
    Cavab eynidir: Xeyr!
    - 20-ci illər ərzində Amerika mətbuatında ictimai simalarla yalnız ermənilərin sifarişi ilə müxbir təxəyülünün məhsulu olan buna bənzər müsahibələr mövcuddurmu?
    Cavab: Bəli

    Bütün bu faktları nəzərə alaraq 1926-cı il M.K.Atatürklə olan müsahibənin müxbir xülyası olmasına çox az şübhə qalır.Erməni təxribatçılarının mətbuatdakı xülyalara olan böyük meylini nəzərə alaraq xilderbrandın müsahibəsinin onların çap etdirməsi təəccüb doğurmur.
    Əslində əlində heç bir tutarlı faktı olmayan ermənilər bu cür ucuz “günahlandırma və polemikadan” istifadə edərək xarici mətbuatlarda saxta müsahibələr, məqalələr çap etdirməkdən belə çəkinmirlər. Lakin bəzi faktlar onların əleyhinə olduqda isə onu məharətlə ört-basdır etməyə çalışırlar. Aşağıdakı sənəd buna sübutdur:

    Erməni Baş nazirin Etirafları

    İstanbul Universiteti Atatürk Qanunları və İnqilab Tarixi İnstitutu Araşdırma Vəzifəlisi Məmməd Perinçekin tapdığı sənəd içimizdəki xəyanətin üzündə yumruq kimi partladı.
    Sənəd, Ermənistanın ilk Baş naziri Hovannes Kaçaznuninin 1923-cü ildə Bükreşdə keçirilən Daşnak Partiyası Konqresinə təqdim etdiyi hesabatı ehtiva edir.1927-ci ildə Tiflisdə tapılan Rusca tərcümə İstanbul Universiteti Atatürk Qanunları və İnqilab Tarixi İnstitutu araşdırma vəzifəlisi Məmməd Perinçekin Rus arxivlərində etdiyi və 7-8 ay davam edən işləri nəticəsi olaraq tapıldı. Kaçaznuninin 1923-cü ildə Bükreşdə partiya konqresinə təqdim etdiyi hesabat,1914-1923-cü illər arasında yaşanan gerçəkləri bütün çılpaqlığıyla ortaya qoyur. Hesabat, Ermənistanda qadağan edildi, qərb ölkələrinin kitabxanalarından da yox edildi. Kaçaznuni, İngilis himayəsindəki Ermənistan dövləti qurulduğu zaman 1918 İyul ayından 1919 Avqust ayına qədər hökuməti idarə edən ilk baş nazir idi.

    BUDUR HESABATIN MƏZMUNU

    Kaçaznuninin 1923-cü ildə Bükreşdə partiya konqressinə təqdim etdiyi hesabatın məzmunu, olduqca maraqlıdır. O, bu sahədə yeni bir dövrü açacaq kimi görünür. Budur hesabatın təəccüblü hissələri;

    -"Döyüşdən əvvəl və döyüş şərtlərində Rus Çarlığına qeydsiz şərtsiz
    bağlandıq.
    -İmperialistlərin önümüzə qoyduğu ’dənizdən dənizə Ermənistan’ kimi xəyali bir məqsədin ardınca getdik.
    -Silahlı könüllü birliklər yaratmağımız səhv idi.
    -Terror hərəkətlərimiz qərb ictimaiyyəti qazanmağa istiqamətli idi.
    -Qarşılıqlı Müsəlman və Erməni qırğınları oldu.
    -Güc tarazlığı Türklərin lehineydi, macəra etdik.
    -1915 ili yazında və payızında tətbiq olunan təhcir (məcburi köç etmə) Avropalı diplomatların bizə söz verdiyi müstəqil Ermənistan xəyalımızı suya saldı. Türkiyə nə etdiyini çox yaxşı bilirdi. Bu gün peşman olması üçün heç bir səbəb yoxdur.
    -Sevr müqaviləsi gözlərimizi kor etmişdi. Türklərin razılaşma təkliflərini rədd edərək dəhşətli səhv etdik. Sevr yerinə, Türklərlə razılaşsaydıq çox şey qazanardıq.
    -Müsəlman bölgələrində nizamı təmin edəcək administrativ tədbirlər görə bilmədik, silaha
    sarılmaq məcburiyyətində qaldıq, ordular göndərdik, yıxdıq və qırğınlar reallaşdırdıq.
    -Türklər müdafiə etmə motiviylə hərəkət etdilər. Fəxr ediləcək heç bir işimiz yoxdur. Öz xaricimizdə günahkar axtarmayaq.
    -Bəli, intihar etməyi təklif edirəm. Daşnaq Partiyasının artıq edəcəyi heç bir şey yoxdur. Partiyanı bağlayaq. Bu qərarı almasaq, bizi dağılma və şərəfsizlik gözləyir."

    “Əziz” qonşular əgər sizin iddia etdiyiniz kimi “soyqırım” məsələsi doğrudan da baş veribsə, niyə ortaya konkret, düzgün, yalanlardan uzaq olan faktlar çıxara bilmirsiniz?? Niyə tarixi yalanlardan, saxtakarlıqlardan istifadə edirsiniz??!
    Amma etiraf etmək lazımdır ki, bu sizdə çox gözəl alınır. Siz bu saxta faktlarla olsa belə istənilən terrorçunuzu “ Soyqırımdan təsirlənib, affekt durumuna gətirilib” iddiası ilə azad etdirməyi, məsuliyyətdən yayındırmağı çox gözəl bacarırsınız. Amma həqiqətən də soyqırıma məruz qalan, haqsızlığa uğradılan insanı isə “qatı terrorçu” damğası ilə,yuxarıda göstərilən, tarix boyu istifadə etdiyiniz üsullarla haqsız hökmlə üz-üzə qoyulmasına nail olursunuz. Siz özünüzə heç nədən tarix (yəni hər şey) yaratmısınız, əldə olan faktlar (yəni hər şey) sizə qarşı olanda isə onu heç nəyə döndərirsiniz. Lakin xalqımın çox gözəl bir məsəli var: “Yalanın ömrü cəmi 40 gün olur”. Sizin bu yalanlarınızın ömrü nə qədər olacaq bilmirəm amma hər şeyin üzə çıxacağı, reallıqların olduğu kimi qəbul ediləcəyi o möhtəşəm günün uzaqda olmadığına əminəm.

Sayfa 15/16 İlkİlk ... 513141516 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.